Gözəlliyinizə gözəllik qatacaq 8 möcüzəvi qida

Yediklərinizin gözəlliyinizin üzərində də təsiri çoxdur.  

Quru dərinin həlli
Dəriniz quru və pul pul tökülür və bunun ən əhəmiyyətli dərmanı omeqa-3 yağlarıdır. Bu yağları əldə etmənin yolu isə qidalanma siyahınıza kətan toxumu yağını əlavə etməkdir. Kətan toxumu yağı dərinizi qidalandıracaq və nəmləndirəcək. Bu təsiri göstərməsi üçün etməniz lazım olan; hər gün 1 şorba qaşığı kətan toxumu yağını seçiminizə görə salat və yeməklərinizə əlavə etməkdir.

 Gənc qalmanın  sirri
'' Nebahat Çehrə, Cindy Crawford, Catherine Zeta Jones, Halle Berry, Heidi Klum, Julia Roberts, Demi Moore, Kate Moss''- adlar fərqli, amma ortaq cəhətləri yaşlarını müəyyən etməkdə çətinlik çəkməyimiz və qidalanma menyularında olan möcüzəvi C Vitaminidir.
Siz də sonsuz gəncliyin sirrini tapan qadınlardan biri olmaq istəyirsinizsə C vitaminindən imtina etməyin və C vitamini anbarı olan kivi bolluca istifadə edin. Bu meyvənin sayəsində dərinizdəki kolajen istehsalı artacaq, uzun illər çox sağlam və bir o qədər də gənc görünən bir dəriyə sahib olacaqsınız.


Ardı →

Mən daha gözələm


İnsanların çoxu özünü daha gözəl hesab edir. Çikaqo universitetindən olan Nikolay Epli və Virciniya universitetindən olan Erin Uitçerç insanların özlərini həddən artıq qiymətləndirməsinin nə dərəcədə olduğunu öyrənməyi qərara aldılar.

Alimlər könüllülərin şəkillərini çəkib, kompüter vasitəsi ilə bu şəkillərdəki insanların sifət cizgilərindəki qüsurları siliblər. Nəticədə hər iştirakçının iki şəkli hazır idi: birində insan real görsənirdi, o birisində isə —  qırışlarsız, xalsız və digər kiçik qüsurlarsız. Bundan sonra alimlər həmin könüllülərə fotoların ikisini də göstərib, onlardan original fotonu seçmək xahiş ediblər. İştirakçıların çoxu daha gözəl görsəndikləri şəkli səçib.


Ardı →

Gəlin saç modelləri

Bu payız gəlinlər sıx daranmış, yığılmış topuz saç modelindən xilas olacaqlar. Belə ki, sıx yılğılmış topuzlar neçə müddət idi ki, dəbdə idi. Bu il isə əksinə olacaq. Boş yığılmış topuzlar və açıq saç modellər dəbə minib. Dalğalı saç modelləri mövsümün trendidir. 
 
Ardı →

RUHUMUZUN SEVGİYƏ EHTİYACI VAR, NİFRƏT İLƏ ÖZÜMÜZƏ ZÜLM ETMƏYƏK

Bütün insanlar fitrətən sevgi ilə bərabər doğulurlar. Allah sevməyi və sevilməyi sevdiyi üçün bizi də sevgi ilə yaradıb. İnsan dünyaya gəldikdə fitrətində sevgi olduğu üçün tərtəmiz və məsum olur. Uşaqlara diqqət etdikdə bunu daha yaxşı anlayırıq. Kin, nifrət nədir, qəzəb nədir bilmirlər. Sadəcə ətrafa sevgi saçırlar. Böyüdükcə isə insan nifrəti, zülmü, önmühakiməni, kini, düşmənçiliyi öyrənir. İnsana zərər verən, ruhunu qaraldan bu hissləri ona öyrədən şeytandır.


Ardı →

Qadının ən gözəl olduğu yaş dövrü

  • Qadın
Qadın şərab kimidir.Ən gözəl yaş təbii ki, gənc yaşlardır. Çoxları elə hesab edir ki, qadınların ən gözəl olduğu dövr 20 yaşında olduqları vaxtdır. Əslində isə bu yanlış düşüncədir.

Yeni araşdırmalar göstərir ki, qadınların ən gözəl yaşı 30-35 yaş arasıdır. Bu yaşlar arasında qadın yetkin olmaqla birlikdə, gözəlliyinin zirvəsini yaşayır. 30 yaşında olan qadınlar gənc qızlara daha cazibədar görünür. 

Qadın 25 yaşından sonra gün keçdikcə cavanlaşır və gözəlliyinə gözəllik qatır. Bu isə “Qadın şərab kimidir” aforizmini xatırladır. Mütəxəssislər onu da qeyd edir ki, qadının gözəlləşməsi onun xarakterinin formalaşması və yetkinləşməsi ilə əlaqədar olur. Yəni, yetkin qadınlar daha gözəl görünür. 

Hətta məlum olub ki, özünə güvənən 30 yaşındakı qadınlar, 20 yaşındakı gənc qızlardan daha gözəl görüntüyə sahib ola bilir.
Davamı →

Kleopatra reseptləri

Hamısının bir ucu Kleopatraya gedib çıxır
Kleopatra reseprtləriBir anlıq düşünək ki, bəşəriyyət kosmetika, parfümeriya, baxım və gigiyena vasitələrindən istifadə eləmir. Dünyanın estetik görünüşünü boş verin, bütün dünya iqtisadiyyatının vəziyyəti indi başqa cür olardı. 
Ən ucuzundan, canqurtaranından tutmuş, brendləşərək fantastik qiymətlərə satılan bu “min cür xırdavat”ın hər növü, hər çeşidi ən müxtəlif vaxtlarda, ən müxtəlif ölkələrdə, ən müxtəlif insanlar tərəfindən icad olunub, yaradılıb, ilkin versiyasından bu günki halına gətirilib. 
Ətirlər, bədən yağları, dodaq boyaları, sürmələr, ənlik-kirşan, təravətləndirici maskalar, sabunlar, tərönləyicilər, hətta qadın bezləri...

Bir gözəllik layihəsi ilə bağlı bütün bu məhsulların tarixçəsini araşdıranda, qəribə (əslində, onun həyatını bilən adam üçün qəribə gəlməməli idi) bir şeyə təsadüf elədim.
Ardı →

Monica Belluccinin gözəllik sirləri

Monica Bellucci
  • Gözəl aktrisa günə soyuq duş alaraq başlayır. Soyuq duş dərinin elastiklyini qoruyub saxlayır və onu sıxlaşdırır. 
     
  • Üzü üçün isə termal su və canlandırıcı sprey istifadə edir. 
     
  • Monica Bellucci hesab edir ki, çox makiyaj qadını gözəlləşdirmək yerinə çirkinləşdirir. Azca tonal krem çəkdindən sonra gözlərinə qəhvəyi tonlarında göz kölgəsi çəkir. 

Ardı →

Çay gözəlləşdirir

Soyuq keçən qış, stress, vitamin çatışmazlığı, mühitin çirkli olması kimi faktorlar dərini köhnəldir. Dərinizin hər zaman gözəl görünməsini istəyirsinizsə, çay sizə köməkçi ola bilər.
 
Çində çay 4 il əvvəl də dərman kimi istifadə edilirdi. Günümüzdə də mütəxəssislər yaşıl çayın bədənimizdəki yararlı  təsirlərə malik olduğunu deyirlər.
Çayda olan vitaminlər və yod insana uzun müddətli yaşama özəlliyi qazandırır. Çaydakı tein qan damarlarını genişləndirib, dövranı möhkəmləndirir, orqanizmin enerjisini qoruyur. Hətta çay ürək və mədəni gücləndirir, kollestrol  səviyyəsinin yüksəlməsinin qarşısını alır.
 
Bəs gözəllik üçün çaydan necə istifadə etmək lazımdır? Bunun üçün aşağıdakıları diqqətlə oxumağınız daha msələhətlidir.
 
Ardı →

Gözəllik - estetik kateqoriya kimi

Dünya estetiklərinin əksəriyyəti belə bir doğru faktı etiraf edir ki ,gözəllik estetikanın ən ümumi ,ən universal kateqoriyası ,estetik qiymətləndirənin ən mühüm amilidir.O istisnasız olaraq  obyektiv aləmin bütün təzahürlərini :təbiət və cəmiyyət hadisələrini ,əmək ,ictimai münasibətlər və incəsənət sahələrini əhatə edir.Ən əsası isə budur ki ,gözəllik insanın həyatında mühüm rol oynayır.O,insanlara sevinc bəxş edir ,fərəh gətirir ,həzz verir,onlarda həyat eşqi oyadır.Odur ki ,dünyanın dahi insanları hansı ölkədə və hansı dövrdə yaşamağından asılı olmayaraq, heç vaxt gözəlliyə biganə qalmamış ,ondan ilhamlanmış və onun şərəfinə təriflər söyləmişlər.Məsələn: F.M.Dostoyevski kimi dünya şöhrətli bir yazıçı insanlıq üçün nə dərəcədə vacib rol oynadığını göstərərək yazır:“Bilirsinizmi ,siz bilirsinizmi ki,bəşəriyyət ingilissiz də yaşaya bilər ,almansız da yaşaya bilər,russuz lap yaxşı yaşayar,elmsiz,çörəksiz yaşayar.Yalnız gözəlliksiz yaşaya bilməz,çünki onda həyatda heç nə etməyə lüzum qalmaz.! Bütün sirr bundadır!”
Ardı →

Dünya qadınlarının gözəllik sirləri

Hindistan 
Hind qızları uzun və ipək saçları ilə dünyada məşhurdur. Belə gözəl saçların sirri kokos yağındadır. Hindistanlılar ilıq kokos yağı ilə saç dərisini masaj edir. Bir gecə saçda qalan yağ səhəri gün yuyulur. Beləliklə, saç parlaq və canlı olur.

Fransa
Möhtəşəm və parlaq dəriyə malik olan fransız qadınları albalı və nar maskalarından istifadə edir. Onlar, albalı və nar dənələrini blenderdə əzərək üzə çəkir. Bu maska həftədə bir dəfə olmaqla 5-6 dəqiqə istifadə olunur. Dərinizin necə parlaq və canl olduğunun özünüzdə şahidi olcaqsınız. 

İtaliya 
İtalyan qadınlarının parlaq saçlarının sirri qatıqdadır. Bir az qatıq və bir qaşıq zeytunu qarışdıraraq saçınıza çəkin. 5 dəqiqə sonra saçlarınızı su ilə yuyun. Nəticə canlı və parlaq saçlar olacaq.
Ardı →