Bəndə düşən “ərköyün”

  • Flora

Adəmin minnətdarlıq gözyaşları
Zərif qoxulu, gözoxşayan rəngli bu çiçək əsrlər, minilliklər boyunca insanların sevimlisi olub. Şəninə şeirlər qoşulub, gözəlliyi, boynubüküklüyünün arxasındakı məğrurluğu vəsf olunub, əfsanələr, rəvayətlər vasitəsilə dildən-dilə düşüb. Hətta bəzi əfsanələrə görə, bənövşə Tanrı qarşısında günahları bağışlanan Adəmin minnətdarlıq gözyaşlarından yaranıb.

Yunan əsatirlərində isə deyilir ki, Günəş allahı Apollon nəhəng Atlasın qızlarından birini yandırıcı şüaları ilə izləyirmiş. Atlas Zevsə müraciət edir ki, qızını şüalardan qorusun. Zevs onu çiçəyə döndərib kölgəlikdə gizlədir. Zevsin qızları səmavi meşədə, kolluqda bənövşəni birinci dəfə görüb dərərkən onları oğurlamaq istəyən Plutondan qorxaraq, çiçəkləri əllərindən salırlar. Bənövşələr yerə düşür və o vaxtdan yerdə bitməyə başlayır.

 


Ardı →

Dünyanın ən bahalı gülləri

Elə bir kişi yoxdur ki, qadına hədiyyə alarkən ağlından çiçək keçməsin.

Hədiyyə olaraq çiçək verilməsi bir növ adətə çevrilmişdir. Maraqlıdır, görəsən ən bahalı gül hansıdır? Gəlin, ən bahalı güllər siyahısına baxaq:


Ardı →

Dünyanın 9 ən bahalı gülü

9-cu yer: Hydrangea (Гортензия) — Asiya həm də Şimali və Cənubi Amerikada  yetişən güldür. Adı Müqəddəs Roma imperiyasının şahzadəsi Charles Henryin Nassau-Siegen bacısı şəhzadə Hortense şərəfinə verilmişdi. Hydrangea gülünü 1 dənəsin orta qiyməti 6,5 dollar edir.


Ardı →

Əfsanəvi çiçək...

XARİBÜLBÜL:

«Xarı Bülbül” Şuşanın milli simvoludur. Dünyanın heç bir yerində rast gəlinməyən Xarı bülbül tanrının bizə göndərdiyi ən böyük möcüzədir. Təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Bu çiçəklər əsasən Alp çəmənliyində olur. Aran yerdə tez solsa da dağlarda uzun müddət qalır. 

Vətən bağı al-əlvandır.
Yox içində „Xarı bülbül”,
Ömür sürməli dövrandır,
Səsin gəlsin barı bülbül.
Xarı Bülbül haqqında bir çox rəvayətlər mövcuddur. Belə deyirlər ki, Qarabağ xanının qızı Ağabəyim ağanı İran şahlarından birinin oğluna verirlər. O vaxt xanlıqlar arasında əlaqələr yaratmaq üçün “Nigah diplomatiyası” deyilən qız alverindən istifadə edirdilər. Ağabəyim ağa da belə bir izdivacın qurbanı olmuşdu. Xan qızı qüssələnməsin deyə şahzadə sarayın yaxınlığında onun üçün bir vətən bağı saldırmış, Qarabağ torpağının yetirdiyi bütün ağaclardan, gül-çiçəklərdən gətirib həmin bağda əkdirmişdi. Amma nə qədər ediblərsə də „Xarı Bülbül”ü əmələ gətirə bilməyiblər. Bu xalq mahnısı da elə o vaxtdan yaranıb, həmin ovqata köklənib. 
“Xarı Bülbül” təbiətə verdiyi gözəlliyi ilə yanaşı müalicə əhəmiyyətli bitkidir. „Xarı bülbül”dən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində də geniş istifadə edilir. 
“Xarı Bülbül” rəvayəti xalqın yaddaşında 
Ardı →

Sevimli güllər haqqında

Qızılgül - dekorativ çiçək becərmədə gülçiçəklilər fəsiləsinin itburnu cinsinə aid mədəni bitki növlərinin qəbul olunmuş adı. Qızılgülün kök sistemi milvarıdır və torpağın 5 mdərinliyinə kimi işləyir. Çox gövdəli olmaqla, budaqlıdır. 1,5-2 mhündürlükdə koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir. İri kolunda 800-1000 ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60-120 ləçək olur. Ətraf mühitdən asılı olaraq,efiryağlı qızılgül 30-50 il ömür sürür. Bu dövrdə bitkinin budaqları tez-tez dəyişir. Qızılgüldə iki tip çoxillik budaqlar: Əsas və ya anac və boyu tükənən budaqlar mövcuddur. Beş tip birillik zoğları (boy-verən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas və ya anac budaqlar 5-6 yaşda olub,üzərində güçlü inkişaf etmiş boy və generativ zoğları daşıyır.



Ardı →

Qızılgülün sayına görə mənaları

Tanrın yaratmış olduğu doyulmaz gözəlliklərdən biri olan güllərin gözəlliklərinə,  xüsusən də sevgi simvoluna çervrilmiş  qızıl güllərə qarşı heç bir qadın biganə qala bilməz. Kişilər hər zaman hisslərini bu zərif gözəlləyi dəyər verdiyi qadınlara hədiyyə etmeklə, incə bir jetslə bir daha göstərmiş olurlar…
Bəs hədiyyə ediləcək güllərin sayına görə hasnı mənanı verdiyini  bilirikmi?

1 qızılgül — tənha ürək;

2 qızılgül — mən və sən;

3 qızılgül — mən səni sevirəm;

4 və 7 qızılgül — hədiyyə edilmir;

5 qızılgül — xoşbəxtlik, uğur və müvəffəqiyyət;


Ardı →

Hansı çiçək hansı otağa qoyulmalıdır?

Bildiyiniz kimi, ev dekorasiyalarında çiçəklərin əhəmiyyəti olduqca böyükdür. Otağa fərqli rəng və ahəng qata bilən bu canlılar ağıllı seçimlərdir.Əvvəlcə bunu bilməlisiniz! Çox qədimdən edildiyi kimi qonaq otağına və ya zala dekorasiya vermək məqsədilə hər tərəfi sarmaşıqlarla örtmək artıq dəbdə deyil. Çünki indiki vaxtda bu çiçəklərin oturduğunuz sahələrinizi çox örtməsi sizlərə boğulma və sıxılma hissi verə bilər. Ağılla istifadə etməklə yataq otağınızdan mətbəxə və ya vanna otağına qədər çiçəklərlə evinizin hər yanını dekorasiya edə bilərsiniz.Əvvəlcə qonaq otağınız üçün hansı bitiklərin daha gözəl olacağını bildirmək istəyirəm. Qonaq otağınız üçün mütləq yaşıl bitkilər seçməlisiniz. Böyük və kiçik formalarda dekorasiya etdiyiniz bitkilərlə otağınıza fərqli və xoş bir rəng qata bilərsiniz. Seçəcəyiniz çiçəklər rənglərini otağınızdakı əşyalara da uyğunlaşdırsanız, ciddi mənada gözəllik yaratmış olarsınız. Çiçəyi olmayan yaşıl bitkiləri seçməniz sizin üçün üstünlük təmin edə bilər.


Ardı →

Dibçək gülləri

  • Flora
Heç bir şey, hətta musiqi belə insanı təbiət qədər sakitləşdirə bilməz. Xüsusən də yaşıllıq insana xüsusi rahatlıq və zövq verir. Təsadüfi deyil ki, psixoloqlar da yaşılın insanı sakitləşdirdiyini və əsəblərə yaxşı təsir göstərdiyi deyir.

Təbiətin bizə bəxş etdiyi ən böyük nemətlərdən biri güllər, çiçəklərdir. Qədimdən bəri gül sevgi və firavanlıq simvolu sayılır. Güllər əsrlər boyu rəssam və şairlərin diqqətini çəkib və insan yaradıcılığının bütün sahələrində ilham verib.

Təbiətlə üsnisiyyətdə olmaq və güllərə quluq etmək isə onlara baxmaqdan daha çox zövq verir. Güllərə qulluq etmək üçün səbr və zəhmət tələb olunur. Həmçinin güllər hər bir insana xoşbəxtlik və sevinc gətirir. Yəni, onların insan aurasına təsiri yüksəkdir. Qeyd edək ki, güllərin yuxu yozumu da müsbət yozulur. Yəni, güllər hətta yuxuda da xoş təsirini bizdən əsirgəmir.

Güllər ev interyerində xüsusi yer tutur. Lakin hər qadın da dibçəkdə gül əkməyi bacarmır. Bununla bağlı ümumi fikir söyləmək çətindir. Çünki insanlar kimi hər bir gülün  də öz xüsusiyyəti və “xarakteri” var. Dibçək güllərinin hər birinə xüsusi qulluq göstərmək lazımdır.
Ardı →

Güllər və "mənaları"

Təbiətdə hər şey gözəldir.İnsanın yaşadığı mühiti isə çiçəklər və güllər,onların ətri,rəngarəngliyi daha gözəl bəzəyir.Çiçək və güllər insana sevinc,fərəh,inam gətirir.Buna hələ çox keçmişlərdən insanlar diqqət yetirmişlər,onlara rəmzi mənalar vermişlər.Bunlardan aşağadakılar daha geniş yayılmışdır:

  • Qızıl gül,qırmızı rəng — məhəbbət və həyat,razılıq almaq,təntənə,qələbə
  • Qərənfil —          ehtiras
  • Su zanbağı —     su pərisi
  • Astra —             qəm-qüssə,xatirə

Davamı →