Nikah və mülkiyyət hüquqları

  • Hüquq
I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.
II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.

Davamı →

Əlilliyə görə müavinət

Əlilliyi olan şəxslərə müavinətin təyin olunması üçün hansı məqamlara diqqət edilir ?
Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müavinət növlərindən biri də 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinətdir.
Müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir.

Müavinətin məbləği aşağıdakı kimidir:
Davamı →

Mülki Prosesdə iddiaçının seçiminə görə aidiyyət

Mülki Prosessual Məcəllənin (MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
Amma qanun bəzi hallarda ümumi qaydadan kənara çıxmağa və aidiyyətin ərizəçi tərəfindən seçilməsinə imkan verir.

Bəs bu hallar hansılardır?


Davamı →

Valideyn himayəsindən məhrum olmuş şəxslərə ödənilməli olan təcrübə dövründəki əmək haqqının alınma qaydası

Valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları barədə nələr bilməliyik ?
Tələbələr üçün təyin oluynan ödənişlər hansı müəssisə tərəfindən ödənilməlidir və bunun üçün nələr lazımdır ?  

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir.
Davamı →

Hansı məhsullar dəyişdirilmir?

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı bu hüququndan malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində istifadə edə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya
Davamı →

İşçi hansı hallarda işdən azad edilə bilər?

Azərbaycan Respublikası Əmək Məcəlləsində işəgötürən və işçi arasındakı münasibətlər qaydalarla tənzimlənir. Bu məcəllənin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından bəhs edilir.
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
a) müəssisə ləğv edildikdə;
b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
Davamı →