Nikah və mülkiyyət hüquqları

  • Hüquq
I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.
II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.

Davamı →

Nikah müqaviləsi haqda 9 ən vacib məqam

Bir çox hallarda, ailə qurmaq istəyən tərəf digər tərəfin “mənimlə evlənmədən öncə boşanmağı düşünür” fikirləşməsindən çəkinərək, nikah müqaviləsi bağlamağı təklif etmir. Lakin nikah müqaviləsi cütlüyün bir-birini az və ya çox sevməsinin göstəricisi deyil. Hətta çox vaxt vaxtında bağlanmış nikah müqaviləsi gələcəkdə yarana biləcək əmlak mübahisələrini minimuma endirir. Bu baxımdan, nikah müqaviləsi və onun mahiyyəti haqda 9 ən vacib məqamı Sizinlə paylaşmaq istərdik.


Davamı →

Şərəf və ləyaqətin alçaldılmasına görə qanunla hansı cəzalar nəzərdə tutulub?

Konstitusiya ali qanun hesab olunur. Onda hüququn ən ümumi, prinsipal müddəaları öz əksini tapır. Azərbaycan Respublikasının Konstitusiyasında şərəf və ləyaqətin müdafiəsi hüququ təsbit edilmişdir. Bu hüquq BMT-nin 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbitini tapmış müddəalarda da qeyd olunur. Bu hüququn əhatə dairəsi kifayət qədər genişdir, müdafiəsi üsulları bir sıra qanunvericilik aktlarında müəyyən edilir. Müdafiə üsullarından əvvəl şərəf, ləyaqət və işgüzar nüfuz anlayışlarına verək.
Davamı →

Qarşılıqlı iddia hansı hallarda verilə bilər?

Qanunla qarşılıqlı iddianın verilməsi, Mülki Prosessual Məcəllə ilə tənzimlənir. 


Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir.
Məcəlləyə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Qarşılıqlı iddianı da bu müddətdə verməlidir.
Davamı →

Aliment öhdəlikləri

Aliment dediyimiz zaman adətən boşanma zamanı valideynlərdən birinin uşağa verdiyi aliment bilinir. Amma qanunda hər bir ailə üzvünün digərinə aliment ödəməsi barədə 3 punkt var.

  • Valideynlərin və uşaqların aliment öhdəlikləri;
  • Ər-arvadın və keçmiş

Davamı →

Bağışlanan əmlak geri alına bilərmi?

Əmlak bağışlanmasının qanunla biir çox yolları, üstünlükləri var.
Bəs bağışlanmanın hansı üstünlükləri var ? 

Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən “bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.”
Davamı →

Mülki Prosesdə iddiaçının seçiminə görə aidiyyət

Mülki Prosessual Məcəllənin (MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
Amma qanun bəzi hallarda ümumi qaydadan kənara çıxmağa və aidiyyətin ərizəçi tərəfindən seçilməsinə imkan verir.

Bəs bu hallar hansılardır?


Davamı →

Valideyn himayəsindən məhrum olmuş şəxslərə ödənilməli olan təcrübə dövründəki əmək haqqının alınma qaydası

Valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları barədə nələr bilməliyik ?
Tələbələr üçün təyin oluynan ödənişlər hansı müəssisə tərəfindən ödənilməlidir və bunun üçün nələr lazımdır ?  

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir.
Davamı →

Zaminlikdən imtina etmək mümkündürmü ?

Əgər kredit müqaviləsinə zaminin xəbəri olmadan dəyişiklik edilibsə, bu halda zaminliyə xitam verilir:

1.
Qanunvericiliyə əsasən, zaminlik öhdəliyi kredit müqaviləsi bitənədək davam edir. Amma Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsi halları nəzərdə tutulur.
Belə ki,
Davamı →