Yalançı hüzur

Xaosla kosmos arasındakı məsafə demək olar ki, mövcud deyil. Bu məsafə həm də fərq və müqayisə anlamına gəlməkdədir. Kainat həqiqətən də bir simulyasiyadan ibarətdirsə, o zaman bütün keyfiyyət və kəmiyyət göstəricilərinin bir müəllifi var — o da insan düşüncəsidir. Fərdilik o qədər mühüm, o qədər qaçılmaz bir gerçəklikdir ki, konkret olaraq, xaosla kosmosun nə demək olduğunu sadəcə anlamaq mümkün deyil. Fərdi düşüncə toplumsal zorakılığa yol açdığı zaman keyfiyyət və kəmiyyət göstəriciləri ortaya çıxır. Halbuki, yaradılış qanunsuzluqdan qanuna deyil, qanundan qanunsuzluğa doğru istiqamətlənmişdir — əgər yaradılış deyə bir şeyin mövcudluğuna inansaq.

Davamı →

Mənəvi həyatı yaşamaq üçün

Əgər hüzurlu və sakit bir həyata malik olmaq istəyirsinizsə, gərək bir neçə mühüm işi görəsiniz. Bu işlərdən biri də bizi narahat edə bilən mühitlərdən qaçmaqdır. Mənfi ruhiyyəli insanlardan, fırıdaqçılardan, məntiqsiz və kinli insanlardan, insanları narahat edənlərdən, ürəkləri təşvişə salan insanlardan. Bu cür insanlar öz çirkin əməlləri ilə başqalarına ancaq əziyyət verər. Bu cür insanların yanında qalmaq və onların olduğu mühitdə iştirak etmək – insanən batinini təlatümə gətirər. Ola bilsin ki, bəzi ictimai səbəblərə görə insan bu işi etməli olsun, lakin çalışmalıdır ki, bu mənfi insanların ruhiyyəsi ona təsir etməsin.
Davamı →

Hüzur üçün kiçik sirlər

• Kiçik bir anlaşmazlığın böyük bir dostluğu məhzv etməsinə imkan vermə.

• Səhv etdiyini başa düşdükdə onu tez düzəlt.

• Danışmaqdan, söhbətdən xoşu gələn bir qadın/kişi ilə evlən.  Yaşlandığınız zaman söhbət hər şeydən daha vacib olacaq. 

Ardı →

Hüzura qovuşmaq və xoşbəxt olmaq.

İnsan bədən və ruhun birləşməsindən meydana gələn bir varlıqdır. Bədənimizin yeməyə, içməyə ehtiyacı olduğu kimi, ruhumuzun da qidaya ehtiyacı var.
Ruhun ən önəmli qidası sağlam inancdır. Allaha inanan və güvənən bir insan mənəvi cəhətdən qidalanmış və böyük bir güc qazanmış olur. Çünki, insan həmişə Allahın köməyinə möhtacdır. Möhtac olduğumuz o yüksək Varlığa inanıb, Ona bağlanmaq, hüzur və güvənmə mənbəyidir.

Böyük Allah belə buyurur:
“Diqqət edin, ürəklər ancaq Allahı anmaqla hüzura qovuşar.”
İman insanı yalnızlıqdan, boşluqda qalmaqdan qurtarır. İman ruhumuzun qidası qəlbimizin işığıdır. İmansız bir insanın ruhu qidasız, qəlbi qaranlıq qalır və özü də ən böyük köməkdən məhum olur.


Ardı →