Ruslan Mollayev " Mauzer "

            Açıq şabalıdı rəngdə saçları az qədər də uzansaydı çiyninə tam çatardı. Kök, yumru üzlü bu qadını deyəsən həbsxanada, müsahibə alanda görmüşdüm. İndi qarşımda dayanıb əlindəki tapançayla məni nişan alır, aramızda on beş metr məsafə olar, mənim də əlimdə onun silahındandı.
Atəş açılır, üzərimə doğru gələn gülləni görürəm, çatar – çatmaz güllədən yayınıb cavab atəşi açıram, hədəfdən yan keçir. Qadının növbəti atəşi ilk güllədən daha sürətlidir, bu dəfə də yayına bilirəm. Baş nahiyyəsini nişan alıram, güllə sinəsinə tərəf uçub paltarına yapışır, sanki çörəkdəndi, ya uzaqdan elə görünür; bir qədər də stulların ayağına vurulan keçəyə bənzəyir… Qadın atəş açmağa davam edir…
Bu qadın qoca dünyadı dostum, hər gün sənə atəş açır, yayına bildiyin qədər qədərini yaşayırsan, sənin atəşin isə hədəflərindir…



14 fevral 2019 cı il

Davamı →

Hədəfi gör, ağrını yox

Benoit Lekomte 1988-ci ildə Amerikada yaşayan fransız vətəndaşı olub. O, 80 günə 5980 km üzərək Atlantik okenanı keçmişdir. Lekomte professional idmançı deyildi. O, hava limanı işçisi idi.

Bəs bütün yolu onu motivasiya edən nə idi?

Lekomte bunun üçün 6 il məşq etmişdi. O, bunu xərçəngdən dünyasını dəyişən atasının şərəfinə və eyni zamanda xərçəng xəstəliyinin araşdırılması və müalicəsinə dəstək üçün pul yığmaq məqsədi ilə etmişdi. Benoit artıq 175.000 dollardan çox pul toplamışdır.

Atlantik okeanını keçərkən o, gün ərzində 6 saat suda dayanırdı və 7.5 metr radiuslu maqnit sahələr ona köpək balıqlarından qorunmağa yardım edirdi. O, gün ərzində 9000 dən çox kalori itirirdi və buna görə 4 saatlıq yemək yeməli olurdu, və həmçinin bir çox çətin maneələrlə — 8 dəfə tufanla və dəhşətli qasırğalarla üzləşmiş, 6 metr hündürlüyündə olan dalğalardan keçməyi bacarmışdır.

Dəhşətli təbii hadisələrlə üzləşməsinə baxmayaraq, 80 günə 5980 km üzən bu şəxs, sizcə, dəli idi? Xeyr, əlbəttə, o, dəli deyildi. O, ən güclü motivasiyaya sahib idi: sevgi, mənəvi bağlılıq – o, atasına dərin hörmət bəsləyirdi. O, atasının arzusunu yerinə yetirdi. O, öz xəyallarını gerçəkləşdirdi və sevgilisinə evlənmə təklifi etdi.

Siz Atlantik okeanından keçə bilərsiniz?

Mən soruşmuram ki, sən bunu istəyirsən? Mən deyirəm ki, sən istəsən bunu bacararsan, özün üçün, öz arzularına, məqsədinə çatmaq üçün edə bilərsən

Bu bir faktdır ki, bizi nəyin motivasiya edə biləcəyini hələ də kəşf edə bilməmişik. Ben Lekomtesin etdiyi ağlasığmaz olsa da, o öz motivasiyasını tapa bilmişdir.

Bəs sən məqsədinə necə çatırsan?

Ben Lekomtenin dediyinə görə, o, yalnız səyahətin dadını çıxarır və onun daha çox faydalarına fikir verir, ağrılara yox, onsuzda, gündəlik həyatda bir çox çətinliklərlə üzləşməli olur.

Daha çox yorucu idman növləri olan asta qaçış, marafonda qaçmaq, üzgüçülük, dağa dırmaşmaq, tenis, xizək sürmə və s. haqqında düşün. Belə idman növləri ilə məşğul olan zaman biz ancaq yorğunluq, ağrı- acı, əzab-əziyyətə fikir veririk. Buna SON vermək lazımdır!

“Bizim hamımız, onsuzda, bu iki şeydən birinin dərdini çəkməliyik: nizam-intizam dərdi və ya peşmanlıq və məyusluq dərdi” – Cim Ron
Davamı →

Gülümsə, hədəf seç, mübarizə apar!

Mənim həyatım konkret olaraq tərəfimdən müəyyən olunmuş prinsiplər üzərində qurulub. Bu prinsiplər əvəzedilməz, dəyişilməz və ləğvedilməzdir. Əks halda bu mənim sonumdur. “SON” olmamaq üçün düşünürəm.
Varsansa, gülümsə. Sadəcə şəkil çəkdirərkən deyil, şəkil çəkərkən də gülümsə. Gülümsə, müləq gülümsə! Sabah bundan da pis ola bilər. Amma sən hər zaman gülümsə. Uğurun gülüşündən asılıdır. Sən gülürsən və uğurun nə vaxt qazandığını hiss belə eləmirsən. Yəni, uğurun öz əlindədir.
Nə? Şans? Yox, qətiyyən inanma! O sənin də qapını döymüşdü, evdə yox idin, bəs harada idin?! Mən bilirəm, öz şansın və uğurunun arxasınca getmişdin.


Ardı →

Nə istəyirəm?

Həyatda nə istədiyimizi bilmək çox vacibdir. Niyə? Bunun bir neçə səbəbi var. Birincisi, həyatda nə istədiyimizi bildiyimiz zaman qarşımıza məqsədlər qoyur və bu məqsədləri reallaşdırmağa çalışırıq. İkincisi, bu zaman özümüzə hörmət edir və özümüzü olduğumuz kimi qəbul edirik. Üçüncüsü, bu zaman biz başqa şəxslərlə səmimi münasibətlər qurmağa və bu münasibətləri qoruyub saxlamağa müvəffəq oluruq.

Biliyinizi artırmaq və özünüzü inkişaf etdirmək istəyirsinizsə daim qarşınıza məqsədlər qoyun. Heç kəs mükəmməl deyil və buna görə də biz bacardığımız qədər özümüzü inkişaf etdirmək və həyatdan nəticə çıxarmağa çalışırıq. Fərdi inkişafın ən mühüm müsbət cəhəti ondan ibarətdir ki, insan həyatda təcrübə qazandıqca daha da kamilləşir. Həyat bizə qarşı həmişə ədalətli olmur amma biz çətinliklərin öhdəsindən necə gəlməyi bilsək onda yaşamaq da daha asan və mənalı olar.

Həyatda nə istədiyimizi bilmək bizə kim olduğumuzu və gələcəkdə nə kimi nailiyyətlər əldə etmək istədiyimizi anlamağa da kömək edir. Bu, özümüzü olduğumuz kimi qəbul etməyin və özümüzə hörmət etməyin ilkin şərtidir.
Ardı →

Hədəf və məqsəd

İki uşaq evlərinin arxasında böyük bir quyu qazmağı qərara aldılar. Qazmağa başlayan kimi, başqa iki uşaq onlara tamaşa etməyə gəldilər. Bir qədər tamaşa etmişdilər ki:

— Nə etmək istəyirsiniz? — deyə «qonaqlardan» biri maraqla soruşdu. 

— Dünyanın mərkəzindən keçən bir quyu qazmaq istəyirik, — deyə uşaqlardan biri həyəcanla cavabEarthworm  verdi.

Bunu eşidən «qonaqlar» qəhqəhə ilə gülməyə başladılar və belə bir şeyin qeyri-mümkün olduğunu dedilər.

Uzun bir səssizlikdən sonra uşaqlardan biri quyudan içi hörümçək, soxulcan və başqa həşəratlarla dolu şüşə bir qab gətirdi və bu şüşə qabı bayaqdan onlara istehza ilə baxan «qonaqlara» göstərdi. Sonra da özündən arxayın bir şəkildə:

— Düzdür, axıra qədər qaza bilmədik. Ancaq görün, yolda nələr taqdıq, — dedi.


Ardı →

Hədəfi görmək...

34 yaşlı Florens Çedvik La-Manş boğazını keçən ilk qadın üzgüçü idi. Ancaq onun başqa xəyalı da var idi: Katalina adasından Kaliforniya sahilinə qədər olan 21 millik məsafəni üzən ilk qadın üzgüçü olmaq. Ancaq bu heç də o qədər asan bir iş deyildi. Florence May Chadwickİlin ən isti günlərindən biri(1952-ci ilin 4 iyulu) olsa belə, Çedvikin üzəcəyi dənizin suyu insanın bədənini donduracaq qədər soyuq idi. Üstəlik, hava o qədər dumanlı idi ki, Çedvik onu müşayiət edən qayıqları çox çətinliklə seçə bilirdi. Bu yoldakı başqa bir təhlükə isə La-Manş boğazının məşhur köpək balıqları idi. Ancaq Çedvik soyuğa, dumana və köpək balıqalarına baxmayaraq, 15 mil üzdü. Onu müşayiət edən qayıqlardan birində Çedvikin anası və məşqcisi oturmuşdu. Hər ikisi durmadan nə isə deyir və onu ruhlandırmağa çalışırdı. 


Ardı →

Yarış

Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi. Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı. Hətta bəziləri, “Boş yerə zəhmət çəkirsiniz. Onsuz bu qalaya çıxa bilməyəcəksiniz”, — deyə qışqırırdılar. Və çox keçmədi ki, qurbağalar yorulub bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa… O nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. Çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı. Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar.” Sonra da yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: “Bu çətin işin öhdəsindən necə gəldin?” – deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarlasa da, yenə cavab ala bilmədi. Çünki… Çünki qurbağa kar idi!..

P.S. Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Kim nə deyirsə desin, yolunuza davam edin. Hətta lazım gəlsə, qulaqlarınızı da bağlayın.

Mənbə: «Ailəm» jurnalı


Davamı →

OxAtan = >

darts oyunuBaşlığı görən kimi elə bildiniz ki, bürclərdən yazmışam..,??? )))) Bax burda
yanılırsınız.İndi isə yaxın əyləşin və əgər həvəsiniz varsa mənim məlumatımı sonuna qədər oxuyun.birdən lazım olar.
Sözün düzü bu mövzu haqqında yazmaq heç fikrimdən keçməmişdi.Sadəcə olaraq son vaxtlar «darts» sözüylə yaman tez-tez rastlaşırdım.Maraqlandım ki, bu söz nə ifadə edir.Əslində bir idman növü olduğunu bilirdim.Amma konkret hansı idman növüdür?? bax onu bilmirdim. Və bir az araşdırma aparandan sonra sizə bu idman növü haqqında məlumatları çatdırmağı qərara aldım.Yəqin ki, çoxunuz bu haqda bilirsiniz.Amma bilməyənlər də az deyil.Mən öyrəndim.İndi də yazım ki,qoy bilməyənlər də bilsin.Beləliklə…
Ardı →

3. Hədəf müəyyənləşdirmək

Məqsədi və ona çatmaq üçün zəhməti olmadan
heç bir insan yaşaya bilməz.
Fyodor Dostoyevski


Qoca yemir-içmir, böyük çətinliklərə qatlanaraq pul yığır və ev alır. Evi aldığı ilk gün «Evim, sən mənim illərdir çəkdiyim zəhmətin bəhrəsisən. Ömür boyu sənin üçün işləmiş, həyatımı tükətmişəm. Ona görə səndən bir xahişim var. Heç olmasa yıxılmazdan əvvəl məni xəbərdar et ki, ehtiyatımı görə bilim», — deyə səslənir. Evdən isə heç səs çıxmır, qoca da bunu razılaşmanın ifadəsi olaraq anlayır. Bu anlaşmanın üstündən bir il keçir. Bir gün pəncərə tərəfdəki divar çatlayır, qoca mala ilə ora sement vurur. Sonra qapı tərəfdəki divar çatlayır, qoca oraya da sement vurur. Bir müddət sonra başqa bir yer, qoca oranı da təmir edir.


Ardı →