Hədislər

1. Qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.


2. Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.

3. Gəncliyindən qocalmamış, sağlamliğindan da xəstələnməmiş istifadə et.

4. Allah qorxusundan ağlamaqla günahlar yuyular.

5. İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.
Ardı →

Kimlər cənnətə daxil olmayacaq

Peyğəmbər (s.ə.s) buyurur:
«Duasının qəbul olunmasını, kədərlərinin açılmasını istəyən, borcunu ödəyə bilməyən, çətin vəziyyətdə qalmış kimsəni bu vəziyyətdən qurtarsın».
«Ey ALLAH bəndələri! Bir-birinizə arxa çevirməyin, bir-birinizdən qırılmayın, bir-birinizlə qardaş olun. İki möminin bir-birindən küsməsi üç gündür. Əgər (üç gündən sonra) danışmasalar, bir-biriləri ilə kəlmə kəsməyənə qədər ALLAH onlardan üz çevirər».


Ardı →

Ən gözəl əxlaq-peyğəmbərimizin xüsusiyyətləri

İmam Hüseyn (ə.s) rəvayət edir ki, atamdan Peyğəmbər ( sallALLAHu aleyhi və səlləmin ) oturub, durduğu kimsələrə qarşı necə davrandığına dair sual verdim.  O: "..Peyğəmbər ( sallALLAHu aleyhi və səlləm ) daima gülərüzlü idi. Yumşaq və başqalarına qarşı sərt davranmayan birisi idi. Sərt, bağırıb qışqıran bir kimsə olmadığı kimi, nə tənə edər, nə də üzə vurardı.
Ardı →

Üç əlamət

İmam Sadiq (ə)  Loğman (ə) oğluna dedi: «Oğlum! Hər şeyin üç əlaməti vardır ki, onunla tanınar və sorular.
Dinin də üç əlaməti vardır: Elm, iman və ona (elminə) əməl etmək.
İmanın da üç əlaməti vardır: ALLAHA, Onun kitablarına və mələklərinə iman bəsləmək.
Alimin 3 əlaməti vardır: ALLAHI, Onun sevdiklərini və Onun bəyənmədiklərini tanıyar.
Möminin 3 əlaməti vardır: Namaz, Oruc, Zəkat.


Ardı →

100 nəfərin qatili

Bu hədisi dəfələrlə oxumuşam. Əminəm ki, çoxları oxumamış olmazlar. Amma yenə də icazənizlə hikmətlə dolu olan, uca Allahın nə qədər biz bəndələri sevdiyini, necə rəhman və rəhim olduğunu göstərən bu hədisi sizlərə təqdim edim.
Əbu Səid (r.a) rəvayət edir:
«Rəsulullah (s.a.s) buyurdular ki:
Sizdən əvvəl yaşayanlar arasında 99 adamı öldürən bir adam vardı. Bir ara yer üzünün ən məlumatlı adamını soruşdu. Ona bir rahib məsləhət edildi. Onu axtarıb tapıb, doxsan doqquz adam öldürdüyünü, özü üçün bir tövbə imkanının olub olmadığını soruşdu.


Ardı →

Namaz günahları yuyur!

1).Peyğəmbərimiz (sav) buyurmuşdur:
İslam beş əsas üzərində qurulmuşdur, şəhadət kəliməsini demək, namaz qılmaq, zəkat vermək, oruc tutmaq və həcc ziyarəti etmək.

2). Peyğəmbərimiz (sav) buyurmuşdur:
“ Siz böyük günahlardan çəkindikcə, beş namaz arası və cümədən cüməyə olan vaxt günahlarınız üçün kəffarədir.

Ardı →

Peyğəmbərə gələn ilk vəhy

Ürvə ibn əz-Zubeyir ona, Peyğəmbərin (s.a.v) zövcəsi Aişənin belə xəbər verdiyini rəvayət edir:
“Peyğəmbərə (s.a.v) ən birinci vəhyin gəlməsinin başlaması, yatdığı zaman sadiq yuxu görməsi olub ki, oyandıqda gördüyü hər bir yuxu sübh açılan kimi açıq-aşkar qarşısına çıxardı. Sonra ona tənhalığa çəkilmək istəyi sevdirildi.Hira mağarasında tənhalığa çəkilərək orada ailəsinə dönmədən bir neçə gecə ibadət edərdi. Bu məqsədlə yanında azuqə ehtiyatı olardı. Sonra Xədicənin yanına qayıdaraq eynilə bir neçə günlük azuqə götürərdi. Nəhayət bir gün Hira mağarasında ikən birdən ona Haqq gəldi. Onun yanına Mələk gəldi və “Oxu” deyərək əmr etdi.
Ardı →

Anamıza olan borcumuz

Əbu Burdə (r.a) deyir ki, mən ibn Ömərlə (r.a) bir yerdə idim. Yəmənli bir kişi öz anasını kürəyində daşıyaraq Kə'bəni təvaf edir və deyirdi:
Doğrusu, anamın müti dəvəsiyəm,
Dəvə qorxudulsa da qorxan deyiləm

Ardı →

Böyük günah

Teysələ ibn Məyyas rəvayət edir ki, “Mən Nəcdatlarla (Nəcdat – hərurilərdən olan Nəcdə ibn Amir əl-Xaricinin havadarlarıdır) həmrəy idim. Bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim, sonra da bunu ibn Ömərə (r.a) dedim. İbn Ömər: (r.a): “Nədir onlar?”- deyə soruşdu. Mən dedim: “Filan, filan (işləri görmüşəm)”. O dedi: “Bunlar ki, böyük günahlardan deyil.
Ardı →