Akademik Uqlovun 12 həyat qanunu

Zəmanəmizin görkəmli cərrahı, dünyanın vətən torakal və ürək-damar cərrahiyyəsinin banilərindən biri olan Fyodor Qriqoryeviç Uqlov (1904-2008) dünya tibb tarixində ən qocaman cərrah kimi Ginnesin «Rekordlar kitabı»na daxil olmuşdur. Fyodor Qriqoryeviç 6500 əməliyyat etmişdir. Şərəfli həyat yolu və onun fədakar əməyi heyranlıq doğurmaya bilməz, onun kitabının elə ilk səhifəsi oxucunun diqqətini öz xeyirxahlığı və səmimiyyəti ilə çəkmişdir. Qeyri-adi dözümü və daimi elmi axtarışları isə minlərlə insanın həyatını xilas etmişdir.


Davamı →

Arıqlamağa kömək edən ot çayı reseptləri

Bəzi otlar var ki, onlar arıqlamağa kömək edir. Bu otların orqanizmə olan təsiri müxtəlifdir — bəziləri orqanizmdə gedən mübadilə proseslərini sürətləndirir, digərləri iştahanı azaldır, bəziləri yüngül işlədici və ya sidikqovucu təsir edir.

Məhz bu səbəbdən arıqlamaq məqsədi ilə otları tək-tək deyil, yığım şəkildə istifadə etmək lazımdır. Bu halda təsir daha effektli olur.

Sizə arıqlamaq üçün olan bir neçə ot çayı resepti təqdim edirik. Təqdim olunan çayları növbələşdirmək olar — bir həftə bir dəmləmə, növbəti həftə digər dəmləmə və s. Bu halda effekt daha yaxşı olacaq.

Arıqlamaqdan əlavə bu çaylar orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir, cavanlaşdırır, mübadilə prosesləri, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Beləliklə, insan arıqlamaqdan əlavə öz orqanizmini daha sağlam edir.

1. Hər otdan 1 xörək qaşığı olmaqla kətan toxumu, razyana, qarğıdalı saçaqları, çobanyastığı, dəvədabanı və 1 çay qaşığı zəncəfil tozu yaxşı qarışdırılır. Hər gün bu qarışıqdan 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və hər qida qəbulundan 20 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla qəbul edin. Qarışıq qurtarana kimi dəmləməni qəbul edin.


Ardı →

Uşaqlarla necə davranmalı?

Uşaqlar həyatımızın ən böyük sevinci olmaqla bərabər, narahatlığımızın, qorxularımızın da ən böyük səbəbidir.
Ona görədə onlara qarşı diqqətli olmalı, qayğı göstərməli, ən başlıcası sevməliyik və sevgimizi hər zaman göstərməliyik.
Çünki onlar  göstərmədiyimiz hissləri anlaya bilmirlər. Uşaqlarınızı hər zaman sevin, öpün, oxşayın. Bu onlara özünə güvən duyğusunu aşılayır.

Bəzən uşaqlar səbəbsiz inadlaşır. Uşağın inadlaşarkən göstərdiyi hərəkətlər də hər yaşa görə fərqli olur.

1 yaşında uşaq yeriməyə başlayır, yerimək, bədəninə  sahib ola bilmək onu sevindirir. Artıq böyüklərə bağlı deyil. Yeni təcrübələr qazanmağa başlayır. Amma, hər təcrübənin də riski var. Uşaqlar bunu anlamır. Onların əvəzinə bu hissi valideyn yaşayır.
Ardı →