Bakı Sağlamlıq Mərkəzi. Tibbi səhv yoxsa vicdansızlıq? Iki uşaq anasının əməliyyatdan sonra vəfatı

Elşən Abbasovun kədəri böyükdür. Həyat yoldaşı Aytəkin Abilovanı «Bakı Sağlamlıq Mərkəzi» klinikasında necə itirib?
«O, ürəyin mitral qapağının xordalarını bərpa etmək üçün əməliyyat olunmalı idi. Əməliyyat masasına özü uzandı, amma bundan əvvəl mənimlə vidalaşdı. Son sözlərini xatırlayıram: ölməkdən və uşaqların anasız qalacağından çox qorxurdu. Biz bunu ciddi qəbul etmədik, çünki həkimlər bizi bunun qorxulu bir əməliyyat olmadığına inandırmışdı. Lakin təəssüf ki, Aytəkini bir daha görmədik».
Elşənin sözlərinə görə, tibb müəssisələrinin əksəriyyətində bu əməliyyatı çox baha edirdilər, «Bakı Sağlamlıq Mərkəzi» isə qiyməti 5500 manata endirdi.
Davamı →

Cərrahlar niyə məhz yaşıl və mavi forma geyinir?

Heç düşünmüsünüzmü ki, əməliyyat otağındakı həkimlər nəyə görə ağ deyil, yaşıl, yaxud mavi rəngli forma geyinirlər?

İlk öncə tibb işçilərinin hamısının geyimi ağ rəngdə olub. Lakin 1914-cü ildə nüfuzlu həkimlərdən biri bu rəngdən imtina edərək əvvəlcə yaşıl, sonra isə mavi rəngi seçdi. Məsələ burasındadır ki, cərrah baxışlarını qanın tünd rəngindən həmkarlarının xalatına yönəldərkən ağappaq rəng bir neçə anlıq onu kor edə bilər. Eyni şeyi biz evdən çıxarkən günəşli havada qara baxanda yaşayırıq.
Davamı →

Tibbi etik qaydalar nələrdir?

Tibb sistemindən şikayətlənən vətəndaşlarımızla yəqin hər gün qarşılaşırsınız. Haqlı tərəfləri vardır — doğrusu, bizim səhiyyə sistemimizi bəyənmək üçün həqiqətən kor, ya da vicdansız olmalısan. Səhiyyəmiz barəsində yersiz tərif yağdıranların çoxu əsasən ikincini, yəni vicdansızlığı seçirlər. Lakin yenə də onları qınamıram, zira bizim cəmiyyət vicdansızlığı geniş təbliğ edir və mükafatlandırır.

Sözümün canı isə başqadır.

Hüquqda belə bir mövhum vardır: qanundan xəbərsiz olmaq müafiyyətə, yəni məsuliyyətdən azad olmağa gətirib çıxarmır. Əksər şeyləri, elə götürək tibbi etika qaydalarını, həkimlərin davranış və müayinə sırasında hansı “adət-ənənəyə” uyğun davrandıqlarını çoxumuz bilmirik. Çoxumuz bu məsələ haqqında kökündən yanlış təsəvvürə malikdir.

Gəlin, tibbi etikaya kiçik bir nəzər yetirək. Doğrudur, tibbi etika haqqında məsələni məndən daha yaxşı yaza biləcək insanlarımız vardır, lakin onlar susqunluq nümayiş etdirdikləri üçün özümü qabağa verirəm.

Davamı →

Hansı həkimlər hansı xəstəlikləri müalicə edir?

Bir çox hallarda orqanizminin fəaliyyətində müxtəlif pozulmalarla üzləşən insan hansı həkimə müraciət edəcəyini bilmir.
Bu səbəbdən insan həkimləri «gəzməyə» başlayır ki, nəticədə qiymətli vaxt itkisi baş verir. Nəhayət lazım olan mütəxəssisə düşdükdə məlum olur ki, xəstəlik artıq ağırlaşıb.

Ali tibbi təhsili olmayan insan xəstəliyin simptomlarını ayırd edə bilməz və, təbii ki, xəstəliyin dəqiq (hətta təxmini) diaqnozunu qoya bilməz. Bir çox xəstəliklərin simptomları bir birinə bənzəyir, bəzən hər hansı bir xəstəlik özünün ilk baxışdan bu xəstəliyə uzaq olan simptomlarla büruzə verir. Məsələn, insanda öskürək ürəkdə olan problemlərlə bağlı ola bilər, bəzi göz xəstəlikləri baş ağrıları ilə müşayiət olunur, nevroz zamanı insanda müxtəlif orqan və sistemlərinin xəstəliklərinə bənzər simptomlar meydana çıxa bilər və s.

Bir çox hallarda səhhətlə bağlı hər hansı narahatçılıq hiss etdikdə ilk növbədə terapevtə müraciət etmək lazımdır. Lazım olan müayinə və analizlərdən sonra terapevt xəstəni digər mütəxəssislərin müayinələrinə göndərə bilər. Bir çox ölkələrdə ailə həkimləri var. Belə həkimlər ailələrə tibb nəzarət edirlər. Bu həkimlərə bütün ailə üzvləri səhhətlərində istənilən pozulma olduqda müraciət edir.
Ardı →