Körpə qoxusu niyə insanı xoşbəxt edir?

Emosional və fiziki cəhətdən 5 duyğu insanlara fərqli hisslər yaşadır. Xüsusi ilə hadisələrin yada salınması, xatırlanması üçün ətirlər əvəzsizdir. Bir insanın qoxusu əsasən də körpə qoxusu tam fərqli olur. Bu ətir bizi xoşbəxt edir. Bəs bunun səbəbi nədir?


Emosianal duyğularımızdan biri olan qoxlamaq, psixoloji baxımdan hərşeyi hiss etmə gücünə sahibdir. Xüsusi ilə yeni doğulan körpənin qoxusu anaları xoşbəxt edir. Ana olmayanlara belə bu ətir müsbət təsir edir. Anatomiya üzrə psofessoru Johannes Frasnelli mötəşəm qoxunu araşdırıb.
Davamı →

İncəlik

“Bir incəlik göstərin, inciməsin ürəyim.” (Cahid Zərifoğlu )

İncəlik, insan münasibətlərində insanın başqalarının qavramalarına duyarlı olmağı, düşüncəli davranmağı; onların duyğularına diqqət göstərməyi deməkdir. Müəyyən bir durumda nəyin uyğun olduğuna duyarlılıq göstərmək, aqressivlikdən uzaq danışmaq və nəzakətli davranmaqdır. İncəlik, bütün insanlar arası münasibətlərdə həm ünsiyyəti asanlaşdırıcı, həm də insanlara sayğı anlamında bir təsirə sahibdir. İncəlik bir bacarıqdır; amma bu təməl bacarıq gündəlik həyat içərisində çox vaxt gözardı edilir. Bir çox yetkin insanın belə bacarıqsız olmağının ardında yatan təməl səbəb, insanlar arasında yumşaq münasibətlər qurulub davam etdirilməsində incəliyin önəmini qavraya bilməməkləridir.

İncəliyi öyrənmə, ana və ata tərbiyəsi ilə başlayan bir prosesdir. Yaxşı xasiyyət, gözəl davranış, yaxşı əxlaq, nəzakət, bu bacarığın təməl ifadələridir. İncəlik, əbəttə nə davranışda yaltaqlıq, nə də gərəksiz aşırı vericilik biçimində olmalıdır. İncəlikdə ideal olanı, insanın bunu münasibətdə olduğu hər kəsə görə və onların bizə necə davranmaqlarını istəyiriksə, eynilə o şəkildə tənmizləməsidir. Doğru tətbiq edildiyi halda, incəlik həqiqətən bir insanda zəhmətsiz və təbii bir xüsusiyyət halına gələr.
Davamı →

Kimin üçünsə dünyada hər şeydən üstünsən

Bu dünyada ən azı iki adam sənin üçün həyatını qurban verməyə hazırdır. 

Ən azı 13 nəfər səni özünəməxsus şəkildə sevir. 

Əgər səni sevməyən biri varsa, çox böyük ehtimalla o sənə bənzəmək istəyir. 

Sənin təbəssümün hətta sənə nifrət edən birinin də əhvalını dəyişə bilər. 

Hər gecə kimsə yatmazdan əvvəl səni düşünür. 

Sən kimin üçünsə dünyada hər şeydən üstünsən. 


Ardı →

Yayı sevdirəcək yazı

Qış aylarında yayı səbirsizliklə gözləyirik. Amma yayın cırhacırında qışı arzu edirik. Tərləmək, nəfəs ala bilməmək, işdə kondisioner davaları bizi bezdirir. Bütün bunlara baxmayaraq yayda zövq ala biləcəyimiz şeylərin siyahısı digər fəsillərə baxanda daha çoxdur.

Yayı nələrə görə sevirik?...
Səhər tezdən yuxudan duranda fikirləşirsən ki, artıq yay gəlib, şortik geyinmək, rahat geyimlərdə gəzmək olar.

Yay paltarı geyinməyin dözülməz yüngüllüyünü hiss etmək.

Açıq pəncərədən qəfildən əsən küləyin təravətləndirici sərinliyini hiss etmək.

Təzə biçilmiş otun qoxusunu duymaq.
Ardı →

Adi sevinclər

Həyat təfərrüatlardan ibarətdir. Sevincli anlar hər gün baş verir. Yəqin ki, bu xırda anlardan zövq almaq bacarığı bizə xoşbəxtlik hissini bəxş edir.
Sadəcə bir an dayanın və ətrafınıza nəzər yetirin. 
Biz sizə bu məqalədə sevinə biləcəyimiz xırda anları təqdim edirik. Lakin unutmayın ki, ətrafımızda minlərlə belə xırda anlar baş verir.

Təmiz mələfələri olan yataqda yatmaq.

Üç dəfə və daha çox səbr gətirmək.

Ayaqlarınızı suya salmaq.

Sizin çox sevdiyiniz bir kitabda bir neçə daha oxunmamış səhifənin olduğunu aşkarlamaq.

Ayağınız sürüşür, lakin siz yıxılmırsınız.

Barmaqlarının arasında qum dənəciklərini hiss etmək.
Ardı →

Möcüzə

1. Möcüzələr mövcuddur.

2. Onlar yalnız onlara inananlara baş verir.

3. Möcüzələrə inam – Bu özü – özlüyündə qeyri-real möcüzədir.

4. Möcüzənin izahı və sübutu yoxdur.

5. İstəyirsən inan, istəyirsən inanma.

6. Hər halda inan, onsuz da heçnə itirmirsən.

7. Möcüzələr onları heç gözləmədiyin anda baş verir.

8. Amma eyni zamanda inanırsan.

9. Gözləmirsən, amma inanırsan.

10. Bəli, bax belə. Möcüzələr uyğunsuzluğun olduğu yerdə mövcuddur.
Ardı →

Puldan önəmli məfhumlar

Həyatda puldan önəmli, dəyərli elə məfhumlar var ki, biz bəzən onlar haqqında unuduruq. Belə ki, onların bəzilərini sadalayaq :

Müdriklik  — Əgər siz düşünürsünüz ki, siz sualın cavabnı bilirsiniz, o zaman siz heç də müdrik deyilsiniz. Təhsil almağa, oxumağa davam edin. Müdriklik bilikdən yaranır.

Nigah  — Birini öz həyatına bütünlüklə qəbul etmək, sizin həyatınızı dəyişir. Siz o insana stimullaşaraq yaxşı biri olmaq üçün can atırsınız.

Fiziki sağlamlıq  — Sağlamlığı almaq olmaz, lakin ona şəxsi seçimlər kömək edə bilər, hansıları ki, biz edirik.

Psixoloji sağlamlıq  — Öz hislərimizi sağlam yolla ifadə etmək. Bizi narahat edən problemlərə müraciət etmək, qaçmaq yox.

Komunikasiya  — Öz fikirlərmizi və hislərmizi  auditoriyaya bildirmək qabiliyyəti həqiqətən qiymətsizdi. Bu bizim daxili aləmizi başqaları ilə bölüşməyə imkan verir.


Ardı →

Bağışlamaq

Dəyər verdiyiniz bir insan sizi incitdikdə siz ya qəzəb, kin və qisas hissinə qapılmalı ya da həmin insanı bağışlamalı və həyatınıza qaldığınız yerdən davam etməlisiniz.

Demək olar ki, hər birimiz başqalarının hərəkətləri və sözlərindən incimişik. Bu yaralar sizdə daimi qəzəb, kin və ya hətta qisas almaq hissi yarada bilər,  lakin siz əgər həmin insanı bağışlamasanız, bundan ən çox siz zərər görəcəksiniz. Siz bağışlamaqla rahatlıq və ümid üçün də qucaq açmış olursunuz. Başqasını bağışlamağın sizi fiziki, emosional və mənəvi cəhətdən necə sağlamlaşdıracağını nəzərə alın.

Bağışlamaq nədir?
Ümumilikdə, bağışlama dedikdə qəzəb və qisas fikrindən çəkinmək nəzərdə tutulur. Sizi incidən və ya qəlbinizə toxunan hərəkətlər yaddaşınıza həkk oluna bilər və ya hərəkətləri yaddan çıxara bilməzsiniz, amma onları bağışlamaqla siz özünüzü sakitləşdirə və həyatınızdakı daha müsbət məsələlərə fikrinizi yönəldə bilərsiniz. Sizi incidən birini bağışlamaq həmin insana qarşı sizdə mərhəmət və anlayışlılıq hissləri doğura bilər.

Siz bağışlamaqla həmin insanın sizi incitməsinə haqq qazandırmır, əksinə həmin insanın buna görə cavabdeh olduğunu qəbul edirsiniz. Sizin həmin insanı bağışlamağınız o demək deyil ki, siz onun etdiyi hərəkəti doğru hesab edir və qəbul edirsiniz. Həmin insanı bağışlamaq sizin mənəvi rahatlıq tapmağınıza kömək edir.
Ardı →

Alma səndən küsməsin

Ağac ağac diliynən, quş quş diliynən, ot ot diliynən Allahı zikr edir.

Sağımızda, solumuzda gördüyümüz hər şey Ona yönəlir, Onu çağırır. Və sən insan olaraq bu Yer üzünün xəlifəsisən. O ağac da, o ot da, o quş da, o dənizlər də sənin üçündür. Şüursuz hesab elədiyin, istədiyin kimi şəklini dəyişdirdiyin, başqalaşdırdığın bu təbiəti Allah-Təala sənin xidmətinə verib.

Soruşsaq ki, ən xoşbəxt alma hansıdır, yəqin ki, təəccüblənəcəksən. Amma burada təəccüblənməli nə var ki? — Ən xoşbəxt alma möminin dizində təpərə, gözündə nura çevrilən almadır.

Ətrafda hər şey Allahı zikr edir, ibadət halındadır. Allahı zikr edən o ağac, o heyvan sənin xidmətindədir. O ağacın, o heyvanın ibadəti sənin ibadətinə qatılanda hər şey öz yerini tapmış olur. Sən yer üzünün xəlifəsisən. Xəlifə olduğun halda, öz vəzifəni bilmirsənsə, borcunu yerinə yetirmirsənsə, aldığın nəfəs içdiyin su, yediyin alma səndən gileylidir.

Bu dünya dincini almaq üçün oturduğun ağac kölgəsidir. Bir az sonra qalxıb yoluna davam edəcəksən. Yolun hansı ünvanadır? — Onu bir Allah bilir. Əslində sən özün də az şey bilmirsən. Qəlbinə boylan, özünü hesaba çək və gedəcəyin ünvanı təxmin eləməyə çalış.


Davamı →

Ən xoş səslər

yagış səsi insanlara xoş təsir edir — Quş cəhcəhi — ilahi bir səsdir. Əsasən də səhər quşların səsini eşitmək hər şeyə dəyər.

— Pişik mırıltısı — insan kefsiz, halsız olduğu vaxt bu səs insana dərman kimi kömək olur.

— Qarın səsi — yeni yağmış qarın üzəri ilə gəzmək hər kəsə xoşdur.

— Yağış səsi — damlara düşən yağış səsi insanlara xoş təsir edir. 

— Ləpələrin səsi — dənizi, dalğaları seyr etmək hər kəsi sakitləşdir, ilhamlandırır.


Ardı →