Dur, bax, düzəlt və hərəkətə keç

«Həyəcan» hiss etmək məncə, müvəffəqiyyət üçün ən vacib şərtdir. Karieranızda isə müvəffəqiyyət üçün isə ən əsas tələblərdən biridir. İşinizi böyük bir həyəcan və sevgiylə görürsünüzsə, hər gün kreativ fikirlər axtarırsınızsa, qarşınıza çətin hədəflər qoyub ona çatmağa çalışırsınızsa, deməli siz sizin üçün ən doğru olan işdəsiniz.
İşinizdən həyəcan duyduğunuz, işinizi sevgiylə gördüyünüz müddətcə siz müvəffəqiyyətli olacaqsınız.

“Stop, look, correct, take action” yəni «Dur, bax, düzəlt və hərəkətə keç» Yalnız bir an dayanıb, hisslərinizi yoxlayın. Xoşbəxtsinizsə davam edin, tərəddüdləriniz çox, həyəcanının azdırsa bəlkə nəzarəti ələ alıb, hərəkətə keçmək zamanıdır. Unutmayın, işinizdə xoşbəxt və müvəffəqiyyətli olmağınız, yalnız sizdən asılıdır.


Ardı →

Stres haqqında bilmədiklərimiz

Stres və onun törətdiyi fəsadlar haqqında bir çoxumuzun müəyyən qədər məlumatı var. Stresin potensial təhlükəsi ilə demək olar ki, hər gün üzləşirik. Məlumatımız da var ki, stres qan təzyiqinin qalxmasının yaxud da enməsinin, iştahanın artmasının və ya əksinə, qarınqululuğun, yorgunluğun, və ya bəzən yüksək aktivliyin, çox danışmanın, və ya əksinə, özünəqapanmanın səbəbi olur. Bilirik ki, stressin təsiri altında biz infeksiyalara, depressiyalara, bədbəxt hadisələrə məruz qalırıq. Streslə tez-tez rastlaşırıq. Lakin onun haqqında yaxşı biliklərimiz yoxdur. Stres nədir və stres yaradan vəziyyətlər hansılardır? Stres gücü xarici təsir nəticəsində orqanizmdə yaranan gərginlik halıdır.
Ardı →