"Çox gecdir" deyə bir zaman yoxdur!

Universitetin ilk günü dərsdə professorumuz əvvəl özünü təqdim etdi, sonra «Bu il yepyeni bir tələbəmiz var. Çox maraqlı biridir, görək tapa biləcəksinizmi?» dedi. Ayağa qalxıb ətrafa boylanırdım ki, yumşaq bir əl çiynimə toxundu. Döndüm. Üzü əməlli qırışmış bir yaşlı xanım, gülümsəyərək mənə baxırdı.

«Mənim adım Rozadır, gözəl qız. 87 yaşındayam. Tanış olduqsa, səni qucaqlaya bilərəm?»
Güldüm. "Əlbəttə" dedim. Elə ürəkdən qucaqladı ki, " Bu qədər gənc və məsum yaşda niyə universitetə gəlmisiz?" deyə zarafat etdim.
Davamı →

Hər şey yaxşı olacaq

Nick Vujicic1983-cü ilin 4 dekabrı Avstaliyanın Brisben şəhərinin xəstəxanaların birində bir oğlan uşağı dünyaya gəlir. O doğulanda həkimlər təşvişə düşmüşdülər. Bu xəbəri valideyninə necə çatdıracaqlarını düşünürdülər. Doğuş stolunda olan ananın hələ ki, heç nədən xəbəri yox idi. Həkimlər atanı çağırıb hər şeyi dedilər və uşağı ona göstərdilər. Şoka düşən ata arvadına nə deyəcəyini düşünürdü. Onun yanına gəldi. Gözlərinə baxmağa cəsarət etmədən yalnız bir söz deməyə gücü çatdı: «Bizim oğlumuz çox gözəldir...»

Nik adını qoyduqları bu oğlanı gənc ana dörd ay qucağına ala bilmir, əmizdirməkdən imtina edir. Ancaq uşaq böyüdükcə həyata «dördəlli» sarılırdı. Hətta yeriməyə cəhd edirdi. Sadəcə bir balaca dayaq rolunu oynayan ayağı sayəsində. Sonralar o, bu ayağını əl kimi istifadə edir, hətta hovuzda belə üzə bilirdi. Nikin bu inkişafı ailəsinin onunla bağlı ümidsizliklərini tamamilə unutdururdu. Evdəki bir çox texnikalar, hamamda tuş, demək olar ki, hər şey Nikin onlardan rahat istifadə edəcəyi vəziyyətdə quraşdırılmışdı. O, yazmağı bacarır, kompüterdən istifadə edir, ağlı ilə hamını heyrətləndirirdi.

Ancaq məktəbdə hər şey o qədər də asan olmadı. Nik uşaqlarla dil tapmaq, onlara özünü qəbul etdirmək üçün çalışırdı. Təbii ki, bir gün ümidləri tükəndi. Və bu dünyada hamıya yük olduğu qərarına gəldi. Vannada çimərkən suyun altına girib, özünü boğmağa cəhd etdi. Amma son anda fikrindən daşındı. Axı atası, anası, bacısı, qardaşı onu çox sevirdilər. Onlara bu acını yaşatmağa dəyərmi?!
Məhz bundan sonra o, gələcəyi barədə düşünməyə başladı.
Ardı →

25 ildə öyrəndiyim 25 həyat dərsi

  1. Sən ya yazıq ola bilərsən, ya da güclü – bunların hər ikisinə eyni qədər enerji gedir
  2. Ətrafındakı insanları diqqətlə seç – qırılmış ruhları düzəltmək əvəzinə güclü olanları ilə dostluq et
  3. Dəlilik et – ruhunu cəmiyyətin stereotip qəfəsindən çıxartmaq üçün
  4. Başqaları sənin haqda hər zaman nəsə düşünəcək, həmişə kiminsə səndən xoşu gəlməyəcək, bunu qəbul et və özün ol
  5. Hirslənəndə kimisə dişlə
  6. Gülümsə – qarşındakının üzündən zəhrimar yağsa belə
  7. Xeyr, filmə baxmaqla kitab oxumaq eyni şey deyil. İkincini seç
  8. Haqsızlıq görəndə səsini çıxart – bu sənin xarakterini formalaşdıracaq
  9. Ağlamaq istəyəndə tualetə get – sonrada peşman olmayasan deyə
  10. Həyatda pis insanlar var, onlarla qarşılaşanda şoka düşmə, özünə inamlı ol

Ardı →

Bir fincan qəhvə ilə həyat dərsi

       Məşhur bir universitetin gözəl karyera əldə etmiş bir qrup məzunu öz qoca professorlarını ziyarət etməyə gəlirlər. Söhbət zamanı növbə iş mövzusuna da gəlib çatır. Məzunlar öz professorlarına saysız çətinliklərindən və həyat problemlərindən gileylənirlər. 
      Professor öz qonaqlarına qəhvə içməyi təklif edərək mətbəxə gedir. Bir müddət sonra qoca professor əlində müxtəlif fincanlardan ibarət qəhvə dəsti ilə otağa daxil olur. Bu fincanların hər biri ayrılıqda çini, şüşə, plastik və xrustaldan idilər və bəziləri baha, bəziləri isə ucuz qiymətə idi. 
Məzunlar fincanları götürdükdən sonra professor dedi:
  — Fikir verin ki, siz ancaq gözəl və baha olan fincanları götürmüsünüz, sadə və ucuz olanlar isə yerdə qalıb. Bu sizin üçün normaldır – özünüz üçün ən yaxşısını seçməyə çalışırsınız və bu da sizin bütün problem və stresslərinizin əsas mənbəyidir. Anlamağa çalışın ki, fincan özlüyündə qəhvəni daha dadlı etmir. O sadəcə material olaraq bahadır və bəzən bizim içəcəyimiz şeyləri də gizlədir. Əslində sizin istədiyiniz sadəcə qəhvə idi, fincan deyil. Lakin siz özünüzdən asılı olmayaraq ən yaxşı və gözəl fincanları seçdiniz və eyni zamanda digərlərinin də hansı fincanları götürdüyünə də fikir verdiniz.
İndi isə düşünün: həyat – bu qəhvədir. İş, pul, vəzifə, cəmiyyət isə fincandır. Bütün bunların hamısı həyatı təşkil etmək üçün yalnızca vasitələrdir. Sahib olduğumuz fincan bizim həyatımızın keyfiyyətini nə müəyyən etmir, nə də dəyişdirmir. Bəzən, yalnızca fincana fikrimizi yönəldərək qəhvənin dadından həzz almağı unuduruq.
     Daha çox xoşbəxt olan insanlar ən gözəl şeylərə sahib olanlar deyil, əksinə sahib olduqlarından ən gözəl şəkildə istifadə etməyi bacaranlardır!
 

Qoyma gedim

Ən çox sevdiyim bir türk filmi var… Babam və oğlum. O filmə baxdıqdan sonra yazdım bu şeiri. Filmə baxanlar daha yaxşı anlayacaq...
 Yola düzəlib gedirəm,
Bəlkə bir də qayıtmadım.
Mən gedəndə yatmış idin,
Özüm səni oyatmadım.

Ata,səni oyatmadım.
Getməyə qoymazdın axı.
Sözünə baxmasaydım mən,
Vurmağa qıymazdın axı.

Gedirəm yuxudan oyan,
Oyan ata,oyan,tələs!
Gedib bəlkə qayıtmadım,
Tez ol mənim yolumu kəs!

Yolumu kəs,qoyma gedəm,
Gəl yolumdan durdur məni.
Sözünə baxmasam ata.
Lazım gəlsə sən vur məni.

Sən vur məni,qoyma gedəm,
Birdən gedib qayıtmaram.
Bir də belə yatma ata,
Gedib səni oyatmaram!!!

08.10.2012

Ölməyə 1 saatınız qalıb

İşimə yeni başlamağın həm ləzzətini, həm də həyəcanını yaşayırdım. Xüsusilə də, “həkim“ xitabına öyrəşməyə çalışırdım
Təcili tibbi yardım xidmətində işə yenicə düzəlmişdim. İşimə yeni başlamağın həm ləzzətini, həm də həyəcanını yaşayırdım. Xüsusilə də, “həkim“ xitabına öyrəşməyə çalışırdım. Bütün böyük xəstəxanaların təcili yardım şöbəsində olduğu kimi, burada da qaynar iş qrafikimiz vardı. Təcrübəli həkimlərin yanında mənə çox iş düşməsə də, mən öz işimi daha dərindən öyrənmək və təcrübi biliklərimi artırmaq üçün hər işdə yaxından iştirak etməyə cəhd göstərirdim...
Gecə saat 1 idi. İki qadın qollarından tutduqları 16-17 yaşlı bir cavan oğlanı xəstəxananın qapısına doğru gətirirdilər. Onların arxasınca isə təngnəfəs halda yaşlı bir kişi gəlirdi. Oğlanın atası olduğu bəlli idi. “Oğlumu xilas edin“, — deyə yalvarırdı.
Davamı →