Dərd olmayan "DƏRDİMİZ"

Belə bir fikir var ki, hər kəs dünyaya göz açdığı gündən öz dərdlərinə ağlayır. Körpə hələ gələcəkdə başına gələcəkləri hiss edir və göz yaşlarına qərq edir göz görməyən al yanaqlarını. Coşub ətrafa  səs salmağıyla sanki ətrafındakılara “məni gələcəkdə bu dərdlər gözləyir” demək istəyir. Ancaq onun nə demək istədiyini heç kim anlamır. Kimisi acdır deyir, kimisi də yuxusuzluğunu əsas gətirir. Nəticədə körpə ya yemək verilərək, ya da ağzına əmzik qoyularaq sakitləşdirilir. Bu minvalla dərdləri hiss etdiyimiz anlarda bir yolla özümüzü sakitləşdirməyə çalışırıq. Dərdlərin çoxluğunu unutmaq və ya düşüncələrimizi bulandırmaq üçün bəlkə də fərqli  yollara və vasitələrə əl atırıq. Kimisi dərdlərinin bir neçə yüz qram spirtli içkiylə azalacağını zənn edir. Mən bu vasitələrin nə qədər doğru olub-olmaması haqqında danışmaq istəmirəm. Bunu siz məndən daha yaxşı bilirsiniz. Buradan keçid almaq istəyirəm mövzumuzun əsas hissəsinə. 


Ardı →

Tanatos mehmanxanası

Andre Moruanın hekayəsi.

 «Stil» aksiyaları neçəyə düşüb? — Jan Monye soruşdu.

— Əlli doqquz dörddə birə — deyə on iki makinaçıdan biri cavab verdi.

Makinaların taqqıltısı bir-birinə qarışıb, caz ritmini otağa doldururdu. Pəncərədən Manhettenin nəhəng binaları görünürdü. Telefonlar cingildəyir, xəbərlər, rəqəmlər, çap olunmuş kağız lentlər bir göz qırpımında qıvrılıb uzanır, otağın içində qalaqlanırdı.

— «Stil» aksiyaları neçədir? — deyə Jan Monye yenidən soruşdu.

Hertrud Ouen cavab verdi:

— Əlli doqquz.

Ardı →