Arzular dəfn olunanda.

Xatirə.
......Uzaqdan gələrək, aşıb dağları,
Gəlmişdi, görsün o, gül uşaqları.
Çağırıb yanına Gülnar balasın,
Şeirlə şad etsin Şaxta Babasın.
Başladı qızcığaz şeir deməyə,
Babasa o qıza verdi hədiyyə.
Soruşdu o qızdan bu qoca baba:
“Dəcəllik etmədin bu il, əcaba?”
Sevincdən yekəldi gözləri qızın
Davamı →

İki qardaş haqqında pritça

Çox-çox əvvəllər kəndlərin birində iki əkiz qardaş dünyaya göz açdı. Baxmayaraq ki, doğumları arasında fərq dəqiqələr idi, qalan bütün həyatı boyu ilk doğulan qardaş özünü böyük və deməli daha ağıllı hesab edirdi. Qardaşlar artıq böyüyəndə elə oldu ki, bir yolçu  gecələmək üçün onların evlərində qaldı. Bəlli oldu ki, o Ruh adamıdır və Müdrikdir. Bu vaxt kəndin insanları qonşu camaatla müharibə aparırdı. Bu müharibə insanlara artıq çoxlu qəm-qüssə gətirmişdi. Amma heç kim bilmirdi ki bu müharibədən və ölümdən necə yaxa qurtarsınlar. Və qardaşlar Müdrikdən nəsihət istədilər.
Davamı →

Paltar geymiş Mələyin fəryadı və ya ruh yerinə Mələk olan insanın əzabları.


Kimə, nə üçün yazıram mən bu sətirləri? Yəqin ki, elə ancaq özüm özümə. Axı, illərlə müqəddəs məkanda olarkən, yalnız iki dəfə tanındım, o da Allahın izni ilə Ruhu ağıldan azad insanlar tərəfindən. Ağıl Ruhun qarşısında durmuş bir daşdır, yox bu daha çox bir qayadır. Mümükün deyil onu adlamaq, üstündən keçmək. Iti daşlarla yuxarı qalxmaq əlləri qanaya-qanaya və ağlın şirin həzz yolları ilə aşağı sürüşmək və yenidən ruhani qüvvə toplayaraq irəli doğru sürünmək… Hər kəsə nəsib olmur bu. Qayanın dibində isə elə gözəl, rahat, ləzzətli və istidir ki. Və ağıl fani paltarlardan, sənin üçün istədiyin hər şeyin illuziyasını yaradacaq. Təki, sən istə. İsti ocaqla fani sevgi, nəsli artıracaq uşaqlar, var-dövlət, şöhrət istə-fərq etməz. Təki sən istə. İstə, istə və hər şey sənə veriləcək. Bu ya başqa illuziyada fərqi yoxdur təki sən istə. İstə! Fani olanı istə...
       “Bu ki, çox çətindir!” — deyə çoxları qışqırırlar. Yox, çətin deyil. Mən dəfələrlə paltar geymişəm. Əlimdə əl ağacı, cismimi hər nə tapdığımla qıdalandıraraq sonsuz yollar getmişəm. Hökmdar idim və saysız-hesabsız xalqlara başçılıq etmişəm. Hər dəfə də paltar məni basırdı, sıxırdı və yaşamağa mane olurdu. O qorxudan əsir və xəstələnirdi, onu ram etməyincə hamıdakı kimi əvvəlcə çox şey istəyirdi. O vəhşi heyvandan toxunulmuş paltar, yalnız sahibindən — Ruhdan qorxur. Bir çoxları Ruhdan heyvandan qorxan kimi qorxarlar, onlara mane olar necə ki mənə paltar yaşamağa mane olur. Belə insanları mən anlaya bilmirəm. Bütün əbədiyyəti bir ana dəyişmək? Bunun mənası nədir? Heyvan dərisinin ağuşunda əzab çəkmək, gündən-günə dağılan paltara xidmət etmək. Budurmu həyat? Həyat sonsuzdur! Onda əzab yoxdur, o dağılmır, çünki Ruh heç vaxt dağıla bilməz. Paltarın isə Evi yox, ancaq müvəqqəti saxlandığı anbarçası olar. Yalnız Ruhun həqiqi Evi var! Məhz elə Ruh, Əbədiyyətə sarı can atmaqla, insanın bütün ömrü boyu axtardığı bu Ev hissini doğurur.


Rigden Djappo
Anastasiya Novıx. AllatRa.


Davamı →

Ağac ək...

Ağac əkir bir qoca — öləcəyini bilir.
Nə bayağı mövzudur. Buna yazılmır şeir.
Yazıldı yazılmadı — qoca üçün nə fərqi?
Ağac əkir bir qoca — yeri gəldi gəlmədi.
Balaca koma dikib, bir oğul da böyütdü.
Yerinə tam yetirib məsəldəki öyüdü.
İndiysə ağac əkir çuxur qazıbdır yenə:
Ağac əkir bir qoca...
                                 … baş daşı əvəzinə.
Davamı →

Həyat

  • Esse
“Görürsünüzmü, həyat nə biz düşünən qədər yaxşı, nə də pisdir...” Bu cümlə fransalı yazıçı Gi de Mopassanın ilk romanı olan “Həyat”(‘Une Vie’) əsərində yazılıb. Roman həmin cümlə ilə sonlanır.

Mopassan ən sevdiyim yazıçıdır. Onun kitabı daim yatağımın yanında olur və ara-sıra, təkrar-təkrar Mopassanın novellalarını oxuyur və xoşbəxt oluram. Dilimizdə 1989-cu ildə çap olunmuş 'Həyat’ romanını böyük həvəs və hərisliklə oxumuşdum. 1883-cü ildə yazılmış həmin əsər möhtəşəmdir və onu oxumağı hamıya məsləhət görürəm.

Həmin şedevr romanı bu yaxında Bakı kitab klubu cəmi 50 tirajla yenidən çap edib. Yəqin ki, nəşriyyat bunu maddi vəziyyətə görə elə az çıxarıb. İstənilən halda bu, mənim üçün ağır və dəhşətdir.
Davamı →

Müasir İblis

 
"İblis nədir? 
                  — Cümlə xəyanətlərə bais..."
Oxudu təkrar-təkrar, oxudu aciz-aciz
Oxuyurdu cümləni, oxuyurdu qəzəblə,
Sonra səmaya baxıb «Yox, mən deyiləm belə»
Dedi pıçıltı ilə. Xəstəxana önündə
Bircə kitab əlində
Gəlmiş idi aparsın evə öz arvadını.
Abort ilə götürdüb növbəti uşağını.
Evdə onları gözlər kiçik bircə balası,
İkinci uşağasa çatmır əmək parası.
Kitabısa almışdır metronun çıxışında
Cəmi iki manata adsız qoca dayıdan.
Gözləri sataşmışdır, sanki gördü özünü,
O qədər adlar içrə sezib "İblis" sözünü.
Sayırdı o özünü qatili diləklərin:
— Hanı bəs yeddi oğul? Hanı bircə qız-gəlin?
Düşündü biixtiyar məktəbdəki illəri.
Heç önəmsəmədiyi şeirdən sətrləri
Gülüb özünə dedi: «Sən niyə ağlayırsan?
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!»
Bu zamansa arvadı enirdi pilləkəni,
Cənnətə təhvil verib doğulmayan körpəni.
Qəlbində utanc hissi, gəldi əri tərəfə,
Salam-kəlamsız dedi «Nə olar, gedək evə.»
Fəhlə dedi qəlbində «Bağışla, Allah, məni.
Kaş gələrkən mən bura kəsərdin dizlərimi.»
Ancaq bilirdi fəhlə bu peşmançılıq hədər:
Çünki dönmür Cənnətdən geri körpə mələklər.
Abort edib uşağı gedirdilər vaqona,
Körpə səmaya doğru, onlar — yerin altına.

Cavidan Hacıyev
Davamı →

Hər insanın bacarmalı olduğu 50 şey

Sağlam və məhsuldar bir həyat yaşaya bilməyin yolu, yeni bacarıqlar inkişaf etdirmək və öz-özünüzə kifayət edə bilməkdən keçir. Davamlı olaraq yeni şeylər öyrənmək, eyni zamanda özgüvəninizi də artırmağın ən təsirli üsullarından biridir. Başqalarına ehtiyac duymadan, bəzi işlərinizi praktiki yollara həll edə bilmək üçün təməl mövzularda bilgi sahibi olmalı, əlinizdən bir çox işin gəlməsini təmin etməlisiniz. Bu, həyatınız asanlaşdırar.

1. Od qalamaq – Od qalamağı öyrənmək; çətin vəziyyətlərdə, isinmə və işıqlanma kimi təməl və həyati ehtiyaclarımızı qarşılamağımızı təmin edə bilər.

Davamı →

Həyatı ciddiyə almaq

“Axtardığın hər nə varsa, səndən kənarda deyil, sənin öz içindədir” — deyir Mövlana. Onu ancaq öz ruhunun dərinliklərində tapa bilərsən. Çünki həyat — biz onu gördüyümüz yerdədir.

Uşaq vaxtı rus yazıçısı Viktor Draqunskinin məşhur əsərini — “Deniskanın sərgüzəştləri”ni oxumuşdum. Kitabda heç unuda bilmədiyim bir məqam var; müəllim uşaqlara belə bir sual verir: “Həyatda nələri sevirsiz? Nələr sizi xoşbəxt edir?”

Deniskanın dostu uzun bir siyahıda sevdiklərini yazır. “Mən cemli bulkanı, kişmişli şəkərçörəyinı, kolbasanı, yağlı donuz budunu, dondurmanın bütün növlərini, şirin nabatları, şokoladı, limonadı, alma, armud, gilənarı… sevirəm”.
Davamı →

Yarımçıq yaşayanlar üçün həyat qısadır

Beyninizdə bir ideya yarandı. Birdən-birə oldu. Heç gözləmirdiniz. Nəsə eləmək istədiniz. Nəsə yazmaq və ya nəsə çəkmək istədiniz. İş toplantısında nəsə demək istədiniz. Ani baş verən qığılcım sizin daxilinizi hərəkətə gətirdi. Super həyəcan yarandı. Hər dəfə etdiyiniz kimi bu dəfə də etmədiniz. İdeyanı tam düşünmədiniz. Yazmadınız. Çəkmədiniz. Demək istədiyinizi demədiniz. Gün keçdi. Günlər keçdi. İllər keçdi. Hər şey keçdi. Getdi. Əlinizdə olan əbədiyyən yaşamaq fürsəti əlinizdən qum dənəsi kimi sürüşüb yaxasını qurtardı.
Davamı →

ƏN BÖYÜK SƏHV HANSIDIR?

Belə bir kritik bir sual ortaya çıxır: həyatda insanın ən böyük səhvi nədir?...Hansı səhv, ən böyük və nəticəsi ən ağır səhvdir?..

Cavab: Həyatda insanın ən böyük səhvi, öz səhvini qəbul etməməsidir!..Bəli, bəli, ən böyük səhv, məhz budur!...Bütün səhvlərin başlanğıcı məhz, budur-öz səhvini qəbul etməmək və ya görməzdən gəlmək!...

İzah edək.


Tutaq ki məsələn mağazadan bir əşya almısan. Amma bu əşya, keyfiyyətsiz çıxıb...Və məlum olub ki sənin, tutaq ki texnologiya barədə biliklərin yetərli deyil...Amma bu, sənə xoş gəlmir...Yetərsiz olduğunu, savadının bu sahədə az olduğunu qəbul edə bilmirsən, deyirsən ki «yox e, mən hər şeyi bilirəm, həmçinin də texnologiyanı da..» Və öz yetərsizliyini də evdə belə əsaslandırırsan ki «bu əşya, özü zavodskiy defektdir, problem məndə deyil»…
Davamı →