Ömür bitmiş fikir deyil | Səhər Əhməd

Necə xoşbəxt görünür hər kəs öz tələsində.Son damla goz yaşı da kirpiklərin ucundan ozunu atar mənfi sonsuzluga...

Öldürmək də ölmək qədər asanmış, yaşatmaq da yaşamaq kimi çətin.

Gerçəkliklə romantika arasından sərhədlər götürülsə  aydın olar ki, əsl gerçək – ən dərində hiss etdiyindi, ən asan yaşadığın yox.

… Heç bir ömür bitmiş fikir deyil, onsuz da, çünki heç bir fikir bitmir, əslində.

Bu dünyada ölümlər belə təkrardı, ölümlərin belə surəti çıxarılmış.

Bizə zamanı tanıtmadılar, əbədiyyət barədə nağıllar yanlış.

Piyadalar ən yaxşı halda vəzirə çevrilər,  şaha yox.

Gecikmiş məğlubiyyət qocalıqdakı ölüm kimidir, adamı elə də incitmir.

Bir ovuc Vətən torpağı satılır, bir udum qürbət havasına…


Ardı →

Salam almayanlar arasında yaşamaq

İnsanın ən boyuk rəqibi zaman, onun ucunsə  ən dəyərsiz olan insan duşuncələri.Həyat bir neçə notdan və onun çoxlu təkrarından ibarət, uzun, üzücü bir nəqarət. Bu gün bayram, sabah matəm.

Onları nə vaxt yaşadın ki, indi ildönümləri yaxandan əl çəkmir. Bu yaşadığın həyatın əsli deyil, bəlkə, surətidir, bəs onda hanı bu həyatın əsli?!
Uzun, üzücü bir nəqarət...

Sən yenə solo oxumaq istərdin,  lakin imkansız,  “Bir çayda yalnız bir dəfə çimmək mümkündür”.

Sən özündən ən azı yaşca nə qədər böyük olan fikri  dəyişə  bilməzsən, onunla döyüşə  bilməzsən, ancaq  barışa bilərsən.

Bilirəm, çətindir, çoxdan sözə çevrilmiş, dırnağa (hasara) alınmış bu fikirlərin əhatəsində yaşamaq.

Cəmiyyətdən kənar, xəyali səhralar çoxdan  zəbt edilmiş, “yeni torpaqlar” kəşf olunmuş, dənizlər keçilmiş, göylər ayaqlanmış.

Körpülər dilənçilərin, parklar, küçələr səfillərin.


Ardı →

Bu gün də qurtarsaydı....

   Kayzenə üzv olan gündən nə isə maraqlı bir şey yazmaq istəyirdim, ancaq vaxt çatışmamazlığı və ilham pərisinin mənə uzun müddətdir ki, baş çəkməməsi buna inkan vermirdi. Bu iş günü də qurtarsa idi, gedərdim evə. Bəlkə evdə hansısa mövzu haqda yaza bilərdim. Əslində bir tərəfdən iş gününün bitməsini istəyirəm, digər tərəfdən isə fikirləşirəm ki, həyat elə sürətlə keçir ki, onsuz da heç bunu arzulamağa dəyməz. Onsuz da bu gün axşam olacaq. Mənimlə, ya mənsiz. Bu günün bir dənə də önəmi ondan ibarətdir ki, bu gün maaş günüdür.
   Sabah cümə günüdür, sabahkı günü həftənin digər günlərindən daha çox istəyirəm. Əslində bu gün həm də müqəddəs gündür, ancaq mənim xoşuma daha çox sabahkı günlərin istirahət günləri olmasıdır. Həmin gün nə qədər çoz yorulsam da bu hal mənə təsəlli verir. Axı sabah saat 11-ə kimi yatacam. 6-cı günlər saata baxıb saatın bir göz qırpımında saat 15-00 oldüğünü görəndə anlayıram ki, bu gün də belə getdi.
   Bazar günlər çalışıram ki, səhər tez durum, axı istirahət gününü yalnız yatmaqla xərcləyə bilmərəm. Ancaq yenə də həftə boyu yığılıb qalan işlər ( uşağı nənə-babası agilə aparmaq, maşını ustaya, moykaya aparmaq, bərbərə aparmaq) günü aparır. Axşam tərəfi isə dostlarla çay içib günü başa vururam. Bu da mənim həftə boyu gözlədiyim 6-bazar)))
   Budur, vaxt-vədə yetişdi, komandirski den, işə getmək vaxtı yaxınlaşdı. Belə ağır gün, üstəlik də Bakı-Sumqayıt yolunun tıxacı, vah-vah-vah)) Gəl indi yuxulu-yuxulu işlə.
   İkinci  gün nisbətən yüngüldür, Gunun yarısı Mərkəz ofisdə iclasda keçdiyindən xəbərimiz olmur. Axşam isə bizi evdə sevimli komandamızın futbol matchı gözləyir.
   Üçüncü gün -  gecə gec yatdığımızdan səhər adətən yuxudan durmağımla maşının açarını götürüb qaçmaq bir olur, gecikməyimiz bir yana, təzədən o qədər mərtəbəni geri qayıdıb ayaqqabının digər tayını da geyinmək əlavə vaxt aparır))) Artıq işdə vaxt normal keçir. Hamı dünənki oyun barəsində öz təsüratlarını danışır. Arada da iş görəndə -hər şey normal.
   Bu da 4-gün. Bu iş günü də qurtarsa idi......
   Ömrümüzdən günlər su kimi axıb gedir.


Davamı →

Həyat haqqında aforizmlər


1. Insan heyati bir kibrit qutusuna benzeyir. Onunla ciddi davranmaq gülmeli geler. Ciddi davranmarsan tehlükeli olar.
A. Ryunoske.
2. Dogulmaq-bedbextlik, yasamaq-ezab, ölmek-kederdir.
B. Klervoski.
3. Heyat yolunda ne qeder çox getsen, yolunu azdigini göreceksen.
P. Buast.
4. Heyati düzgün yasamagi, onu elden buraxdiqda anlayiriq.
M. Monten.
5. Heyat yalniz basqalari ile söhbet etdikde asan görsenir.
J. Norman.
6. Heyat cennetin sigortasidir.
K. Veber.
7. Heyat öten günler deyil, yadda qalan günlerdir.

P. Pavlenk

 


Ardı →

Yaşanan həyat & Seyr edilən həyat

Axşamlar evdə nə edirsiniz?

Divana uzanıb, heç tanımadığınız amerikalı detektivlərlə heç tanımadığınız amerikalı quldurlarımı qovursunuz, yoxsa yerli seriallara qapanıb heç bilmədiyiniz evlərdə yaşanan həyatlarımı seyr edirsiniz?
 Dörd saat televizor seyr etmənin səkkiz saat işləmək qədər beyni yorduğunu bilirsinizmi ?
İki cür həyat var:
1. Yaşanan həyat.
2. Seyr edilən həyat.

Axşamlarınız televiziyaya kilidlidirsə, bilin ki, həyatı yalnız seyr edirsiniz !
Axşamları evdə nə edirsiniz? Axşamlarınızı necə keçirirsiniz? «Bir çoxu kimi biz də semiçka çırtlayıb saatlarla televiziya izləyirik» deyirsinizsə, dayanıb bir düşünün; Dünyaya bir neçə dəfə daha gələcəyinizəmi inanırsınız?!
Belə bir şans olsaydı, hal-hazırkı həyatımızın bir hissəsini ziyan etmək indiki qədər acı nəticələr doğurmazdı  bəlkə də...
Reallıq budu ki, yalnız bir həyatımız var. Və bu həyat da təəssüf ki, çox qısadır...
Təxminən, altmış illik ömrün  iyirmi ili yuxuda keçir. Qalan qırx ilin iyirmi ili uşaqlıq, təhsil, və s. Son iyirmi ili də ziyan etsək, bizə yaşanacaq bir şey qalmaz.
Axşamlarınızı yalnız televiziyaya verirsinizsə, saylı nəfəslərinizin bir hissəsini «zibil qabına» atırsınız deməkdir! Çünki televiziya izləyən adam həyatda deyil, çünki heç bir şey etməməkdə davam edir, heç nə əldə etmir, heç nə öyrənmir; bu da dolayısı ilə yaşamamağa bərabərdir.


Ardı →

Yenidən başlamaq

Özünüzü, sizə verilən rolu oynayan kiçik bir oyunçu kimimi hiss edirsiniz? Bir zamanlar xəyalını qurduğunuz həyatın uzağına sovrulduğunuzumu düşünürsünüz? Unutmayın, neçə yaşında və hansı vəziyyətdə olursanız olun, arzu etdiyiniz həyatı reallaşdırmaq üçün gecikmiş sayılmazsınız.Sizin üçün mənalı və xoşbəxt bir həyatın başlanğıcı olmasını istəyirsinizsə  bu ipuclarına nəzər salın.

• Həyatınızdakı əskiklikləri, problemlərinizin qaynağını qavrayın.
Həyatınızı, başqasının həyatı üzərinə düşünürmüş kimi nəzərdən keçirin. Bir mənada həyatınızla özünüz arasına məsafə qoyaraq ona çöldən baxın. Zaman zaman dostlarımız bizə dərdlərini açdıqlarında özümüzü onların yerinə qoyduğumuz olar. Bu səfər başqasını özünüz yerinə qoyun. Məsələn bu həyatı yaşayan siz deyil də, ən yaxın dostunuz olsun. Sizcə onun xoşbəxt, mənalı bir həyat yaşamasının önündəki maneələr nədir? Problemlərinə öz seçimi ya da səhvlərimi səbəb olmuş? Bu, kiçik dəyişikliklərlə asanca həll edə biləcəyi bir şeymi, yoxsa problemlərinin öhdəsindən gəlmək və həyatını dəyişdirmək üçün uzun vədəli planlaramı ehtiyacı var? Okeanda üzən balıq kimi, özümüzü geniş bir perspektivdən görə bilmərik. Başqasını özünüz yerinə qoyaraq problem və çıxmazlarınızı daha geniş bir dünyagörüşüylə görə bilərsiniz.


Ardı →

Bir insanın iki üzü

insanlar çox fərqlidirlər evdə başqa çöldə başqa. Başqalarını necə olduğunu bilmirəm amma, mən özümə fikir verdikdə nə qədər 19 yaşım olsada evdə uşaq kimi hərəkət edir, çox vaxt çox danışır, çox hərəkətli oluram və s. Amma çöldə isə özümü yaşımdan böyük dərəcədə ciddi və  sakit oluram .
Görəsən başqa insanlar necədirlər .



SİZDƏN XAHİŞ OLUNUR XEYLİ RAHAT OLUN MƏNİM ETİRAFIM KİMİ SİZDƏ ETİRAF EDİN ÇÖLDƏ NECƏ EVDƏ NECƏSİNİZ.
Davamı →

Arzulamaq yeterli deyil...Cehd etmek lazimdi...

Qəfəsdə
bir quş yaşayırdı. Hər dəfə o
qəfəsdən acıq səmaya baxır,
kuləyin səsini dinləyir, o ağacdan
bu ağaca ucan quşlara tamaşa
edirdi. Yazıq quşcuğazın dərdi
boyuk idi. O da digər quşlar kimi
azad, təmiz, sonsuz səmada
qanadlarını cırparaq uzaqlara
ucmaq istəyirdi. Hərdən başqa
quşlar qəfəsin yanında qonub
ona təəccublə baxırdılar. Onlar
quşun qəfəsdə necə tək
yaşadığını başa duşə
bilmirdilər.Yazıq quş isə ağacların
budaqlarında ozunə yuva qurub
balalarını boyutmək, yazda
çiçəklərin ətrini alıb, payızda
golməcələrdə cimmək istəyirdi.
Gunlərin bir gunu quşun sahibi
qəfəsin qapısını bağlamağı
unudur. Quş parlaq səmaya baxır,
kuləyin səsini dinləyir. Qəfəsin
açıq qapısından ucuşan quşlara
tamaşa edir. Ağaclardakı yuvaları
gorur, cicəklərə baxır.Ucsun ya
yox? Seçimini etmək istəyir. Elə
butun gunu bu secim qarşısında
duşunur. Gunun sonunda quşun
sahibi gəlib qəfəsin acıq
olduğunu gorub yavaşca qapını
bağlayır….

Davamı →

Böyüməmiz və inkişafımız eynilə bir ağac kimidir

Hər insanın içində kəşf edilməmiş bir qabiliyyətlər xəzinəsi vardır. Bundan tamamilə faydalana bilən insanların sayı çox təəssüf ki çox azdır. Bunun səbəbi ya bu xəzinənin fərqinə çata bilməyişimiz, ya da onu inkişaf etdirmək üçün lazımlı məlumata sahib ola bilməyişimizdir.
Böyüməmiz və inkişafımız eynilə bir ağac kimidir. Bu ağacın, üzərində xeyli çox budaq və yarpaqları olan sağlam bir ağacmı, ya da bəstəboy bir bitkimi olacağına qərar vermək sizin əlinizdədir.
Həyat ağacınız 4 hissədən meydana gələr.
1. KÖKLƏR: Həyata baxış bucağınız
2. TORPAQ: Ətrafınız
3. GÖVDƏ: Fərdi hədəfləriniz
4. BUDAQLAR: Məlumat və bacarıqlarınız
Ardı →