Həyat bir sevdadır

Həyat bir Hədiyyədir… Onu al !
Həyat bir tapmacadır....Onu tap !
Həyat bir fürsətdir....Onu tut !
Həyat bir mahnıdır… Ona yoldaşliq et !
Həyat bir bağçadır....Onu dər !
Həyat bir yaxşılıqdır....Ona qarşılıq ver !
Özünə bir yaxşılıq et
Hərkəsə gülümsə
Çünki...

Səmimi bir sevginin yerini başqa nə tuta bilər bu həyatda...
Birinə qarşılıqsız yaxşılıq etmənin həzzini başqa hansı şey yaşada bilər insana...
Hansı intiqam, daha güclüdür. Pisliyə yaxşılıqla cavab verməkdən...
İnsan yaşadıqca onsuz da, imtina edə bilmərik ki sevməkdən...
Bilirsen, insanlığımız böyüdükcə böyüyür yaxşılığın isti qucağında...
Yaxşılıq üzərinə yazılar, hekayələr, təkliflər, gözəl sözlər və daha nələr nələr....
İndi özünə bir yaxşılıq et
Hər kəsə Gülümsə...


Davamı →

Yaşamaq gözəldir

İnsanın bir ömür yorğunluğu onun həyatının hər saniyəsinə xüsusi xidmət etməsi anlamındadır. Ölümdən danışmaq insanlar üçün asandır. Amma ölümü yaşamağı heç kəs istəmir. Ölümə qədər yaşamaq çox gözəldir. Həyata daha rəngli baxmaq, daha fərqli yanaşmaq, standartlardan qaçmaq kimi tərzlər isə maraqlı körpülər yaradır...

Başlanğıc...

Dünyaya göz açmış körpənin yaşamaq üçün gəldiyini onun ağlamasından anlamaq olur. İnsan doğulanda artıq başa düşmədən yaşamağa meyillidir. İlk addım atdıqda onun üzündəki təbəssüm bunun əyani sübutudur.
Ardı →

Həyatın əks-sədası

Bir kişi və oğlu meşədə gəzişirlərmiş. Birdən uşağın ayağı ilişib yıxılır və 'AHHHHH' deyə qışqırır.
İrəlidə bir dağın təpəsindən 'AHHHHH' deyə bir səs eşidir və çaşır.
Maraqlanır və
— ''Sən kimsən?'' deyə qışqırır. Aldığı cavab 'Sən kimsən?' olur.
Aldığı cavaba hirslənib — ''Sən bir qorxaqsan!'' deyə təkrar qışqırır. Dağdan gələn səs 'Sən bir qorxaqsan!' deyə cavab verir.
Ardı →

Həyat çox qəribədir

HƏYAT ÇOX QƏRİBƏDİR-hörmətə layiq olanlar ayaq altında tapdanarkən,layiq olmayanlar əl üstündə saxlanılır.
HƏYAT ÇOX QƏRİBƏDİR-vicdansızlar çoxaldıqca,vicdanlılar ortada əzilir.
HƏYAT ÇOX QƏRİBƏDİR-ədalətsizliyin baş alib getdiyini bilə-bilə hamı susur…
Ardı →

Həyat sevgisi

Edamqabağı hakim məhkumdan soruşur:
-Sənin yaşamaq üçün səbəbin varmı?
Məhkum:
-Bəli. Səbəb özüməm.
Hakim:
-Bunu necə başa düşək?
Məhkum:
-Çünki məndə bir həyat yaşayır.
Hakim:
-Elə isə niyə günahsızı qətlə yetirdin?
Məhkum:
-Onda içimdəki həyat sevgisini anlamamışdım.    
Davamı →

Həyat nədir???

Həyat — ŞANSDIR -istifadə et
Həyat — GÖZƏLLİKDİR — zövq al
Həyat — SEVİNCDİR — qəbul et
Həyat — ARZUDUR- həyata keçir
Həyat — ÇAĞIRIŞDIR — cavab ver
Həyat — MƏCBURİYYƏTDİR — yerinə yetir
Həyat — YOLDUR- keç
Həyat — OYUNDUR — oyna
Həyat — VAR-DÖVLƏTDİR — qoru
Həyat — SEVGİDİR — həzz all
Həyat — SİRRDİR — aç
Həyat — VERİLMİŞ SÖZDÜR — üstündə  dur
Həyat — AĞRIDIR — qalib gəl
Həyat — NƏĞMƏDİR — oxu
Həyat — MÜBARİZƏDİR- qələbə qazan
Həyat — FACİƏDİR- buna hazır ol
Həyat — MACƏRADIR — sına
Həyat — HƏYATDIR — yaşa
Həyat — XOŞBƏXTLİKDİR — əldən vermə!!! VƏ NƏ OLAR ONU BOŞ-BOŞUNA HƏDƏRƏ SƏRF ETMƏ…
Davamı →

Özünü Tanı

Bir meşədə iki adam ağac kəsirmiş. Birinci adam səhərlər erkəndən qalxır ağac kəsməyə başlayırmış.
Bir ağac aşarkən dərhal digərinə keçirmiş.Gün boyu nə istirahət edir nə də günorta yeməyi üçün özünə vaxt ayırırmış.Axşamları da yoldaşından bir neçə saat sonra ağac kəsməyi buraxırmış.İkinci adam isə arada bir istirahət edir və hava qaralmağa başladığında evə dönürmüş.Bir həftə boyunca bu tempdə çalışdıqdan sonra nə qədər ağac kəsdiklərini saymağa başlamışlar.


Nəticə: İkinci adam çox daha çox ağac kəsmiş. Birinci adam hirslənmiş :«Bu necə ola bilər? Mən daha çox çalışdım. Səndən daha erkən işə başladım səndən daha gec bitirdim. Amma sən daha çox ağac kəsdin.Bu işin sirri nə?»


İkinci adam üzündə təbəssümlə cavab vermiş :«Ortada bir sirr yox. Sən dayanmadan çalışarkən mən arada bir istirahət edib baltamı itiləyirdim. İti baltayla daha az səylə daha çox ağac kəsilər „


Özümüzə zaman ayırıb həyatımızı obyektiv bir baxışla nəzərdən keçirməliyik. Zəif tapdığımız sahələrimizi inkişaf etdirmək üçün səy göstərməliyik. Bu zehinimizin ruhumuzun xarakterimizin güclənməsi üçün olmazsa olmaz bir şərtdir. Delfidəki məşhur məbəddə Sokratesin bu sözü yazılıb:»İnsan: Özünü Tanı"
Özünü tanımaq bu anda olduğumuz nöqtəylə olmaq istədiyimiz nöqtə
arasındakı yoldur. Özünü tanımaq özümüzü necə gördüyümüz ilə
başqalarının bizi necə gördüyü arasında bucaq olmaması mənasını verər.
Fərdi və iş həyatımızda müvəffəqiyyətli xoşbəxt və  olmaqın istəyiriksə özümüzə zaman ayırmalıyıq...


Davamı →

Həyat sonsuzdur, necəki zaman sonsuzdur

Adını və onun haqqında hər şeyin gizli saxlanılmasını istəyən çox yaxın bir dostumdan...

Hava çox soyuqdur ancaq şaxta adama çox təsir edə bilmir, pəncərədən baxanda yalnız azacıq işıldayan qar və qonşu pəncərəsində zəifcə yanan işıq görünür, səssizlik bütün şəhəri bürüyüb. Bilmirəm insanlar hardadır, çoxları bayrama hazırlaşır, axı burda hər şey fərqlidir. Saat təzəcə altını göstərir ancaq elə bil gecəyarıdır. Budur göüdüyüm son işıq da söndü, yəqinki harasa gedirlər. Düz bir il bundan qabaq hər şey daha fərqli idi, hər şey daha maraqlə və mənalə idi, indi bir az çətindir evvəlki kimi yaşanan hər gündən həzz almaq. Artıq dostlarımdan burda demək olar ki, heç kim qalmayıb, bir yandan hər çeydən uzarda yaşamaq və təkliklə mübarizə aparmaq, bir tərəfdən də üzərimə düşən böyük məsuliyyəti yerinə yetirmək təşvişi adamı lap sonsuzluğa aparır.

Ardı →