Bağırsaq niyə tənbəlləşir

Tənbəl bağırsaq” sindromu termini həzm proseslərinin və bağırsağın boşalmasının ləngiməsi deməkdir. Mütəxəssislərin müşahidələrinə görə, müasir insanların əhəmiyyətli hissəsi bu sindromdan əziyyət çəkir. Bu pozulması olan insanlarda qəbizlik, defekasiya zamanı nəcisin az olması, qarında daim köp, ağırlıq və ağrılar, ürəkbulanması kimi simptomlar meydana çıxır.Tənbəl bağırsaq sindromundan əziyyət çəkənlərdə tez-tez babasil, ana çatı kimi fəsadlar inkişaf edir.
Davamı →

Qıcqırma əleyhinə təbii əlac

Mədə yanması bütün yaş dövründə olan insanların ümümi xəstəliyidir, lakin bu xəstəlik əlbəttə ki, nisbətən yaşlı nəslin nümayəndələrini daha çox və tez – tez narahat edir.

Bu problemin həlli yolunda sizi maraqlı və ən əsası təbii yolla müalicə yolu ilə tanış edəcəyik. Bu problemdən qurtulmağın 3 təbii qurtulma vasitəsi mövcuddur.

Bu ənənəvi üsulun köməyilə mədə şirəsinin turşuluğu azalacaq və mədənin şirəli divarları qıcıqlandırıcılara qarşı cavab reaksiyası daha da möhkəmlənəcək.
Davamı →

Ezofagit nədir?

Hazırda az qala hər 3 nəfərdən birində rast gəlinən, mədəni zondla müayinəsində diaqnoz olaraq təyin edilən ezofagit — mədə yanması, qıcqırma, qida borusuna yemək qalığı və mədə şirəsinin sıçraması ilə xarakterizə olunan qida borusu divarının iltibabi xəstəliyidir.

İlk öncə xəstələrin ciddi qəbul etmədiyi, sadəcə gəyirmə, yanma, qıcqırmadır deyib yan keçdiyi patologiya getdikcə dərinləşərək, iltihab sahəsi dərinləşir və məhz ezofagit gələcəkdə qida borusu xərçənginə səbəb ola bilir.

Qida borusu divarının iltihabının əsas səbəbi: reflüksdür. Həkimlərin QERX dediyi, qastroezofagel reflüks xəstəliyi qida borusu ilə mədə arasında qida ötürülməsinin pozulmasıdır. Normada qida həzm sistemində bir istiqamətdə getməlidir: qida borusudan mədəyə, ordan bağırsağa və s.
Davamı →

Mədə ağrısının 9 səbəbi

1. Reflü problemi – bu zaman mədədən turş qida qida borusuna keçir, nəticədə güclü ağrı yaranır;

2.
Laktozaya dözümsüzlük – Dünyada milyonlarca insanda rast gəlinir. Süd və süd məhsullarındakı şəkərin həzm olunmasında problem olur. Bu zaman yüngül mədə ağrısı, köp, ishal, gəyirmə, qaz müşahidə olunur;

3. Bəzi dərmanların əlavə təsirlərindən – mədə ağrısı yarana bilər. Bunlara əsasən qeyri steroid iltihab əleyhinə olan dərmanlar aiddir;

4. Glütenə dözümsüzlük – Bəzı insanlarda buğda, arpa, çovdarda protein olan glütenə qarşı həssaslıq olur.Bu zaman mədə bölgəsində ağrı,köp, qaz kimi problemlər baş verir;
Davamı →

Medikamentoz mədə xorası

Medikamentoz mədə xorası — bu, tez-tez rast gəlinən problemlərdən biridir. Bu xəstəlik dərman preparatlarının təsiri nəticəsində mədənin selikli qişasının zədələnməsi ilə müşahidə edilir.

Bu cür patoloji proses dərman maddələrinin uzun müddətli qəbulundan sonra müşahidə edilə bilər. Buna görə də, ilkin əlamətləri müşahidə edən kimi yaxşı olardı ki, həkimə müraciət edəsiniz. Çox vaxt medikamentoz mədə xorası zamanı qanaxma yaransa belə, bu simptomsuz inkişaf edir. 

Qanaxmadan əlavə, mədə divarının perforasiyası da meydana gələ bilər ki, bu da xəstənin sağlamlığı üçün çox təhlükəlidir. Çox zaman bu xəstəlik iltihabla müşayiət olunur. Medikamentoz mədə xorası tibbdə ciddi problemlərdən biridir. Bunun səbəbi isə bir çoxları tərəfindən xəstəliklər zamanı həkim təyinatı olmadan qeyri-steroid tərkibli dərmanları qəbul etmələridir.
Davamı →

Mədə yanmasına faydalı qidalar


Mədə turşuluğu çox olduqda, mədədə iltihabda və həzm pozuntusunda yanğı, qıcqırma, qida qalıqlarının qida borusundan ağız boşluğuna kimi geri qayıtması halları çoxunuza tanışdır.

Bəs el arasında " izjoqa” deyilən mədə yanğısını tez söndürmək üçün hansı vasitələrdən, qidalardan əlüstü istifadə etmək olar.
Davamı →

Pilorospazm

Nevrozdan əziyyət çəkən şəxslərdə mədə çıxacağının spastik yığılmasıdır. Klinik şəkli: epiqastrumda intensiv ağrı, turş, mədə möhtəviyyatı ilə bol qusma, palpasiyada epiqastrumda ağrı, bəzən isə mədə çıxacağının spesifik yığılması hiss olunur.

Mədənin rentgenoskopiyasında kontrastın mədədən evakuasiyası ləngiyir və mədə çıxacağının spesifik yığılmalarını görmək olur. Diaqnoz fibroqastroskopiya ilə təsdiqlənir.

Laborator və instrumental müayinələr:
1. Qanın, sidiyin, nəcisin ümumi analizi; 
2. Qanin biokimyəvi analizi; 
3. Mədənin secretor funksiyası (bəzən mədə hipersekresiyası və xlorid turşusunun miqdarının artması);
Davamı →

Qəbizliyə faydalı qidalar

Qəbizlik bir çox insanın yaşadığı ortaq problemdir. Əminik ki, çox eşitmisiniz amma qəbzliyi nə olduğunu bilməyənlər varsa bu, nəcis sıxlığının azalması, qəbz olan insanlarda şişkinlik, həssasiyyət və tualetə getmədə çətinliyə səbəb olması kimi izah oluna bilər. Simptomların tipi və şiddəti insandan insana görə dəyişir. Bəzi insanlar nadirən qəbzlik yaşayərkən, digərləri üçün bu xroniki bir vəziyyətdir.

Qəbizliyin səbəbləri fərqli ola bilər:
— yetəri qədər maye qəbul etməmə,
— duyğusal vəziyyət,
— sağlıqsız qidalanma,
— hərəkətsizlik və istifadə olunan bəzi dərmanlar.
Davamı →

Gəyirmənin qarşısını necə almalı?

Gəyirmə mədədən və yemək borusundan qazın ağız boşluğu vasitəsilə, bəzən mədə möhtəviyyatının qarışığı ilə birlikdə özbaşına qəfildən çıxmasıdır. Qaz hava düşməsi nəticəsində mədədə toplanır. Sistematik olaraq təkrarlanan gurultulu gəyirmə çoxlu qaz udanda və isteriyada müşahidə edilir.

Belə ki, tez-tez baş verən gəyirmə qastrit, xora xəstəliyi və digər mədə xəstəliklərinin, həmçinin qaraciyər, öd kisəsi və kor bağırsaq xəstəliklərinin əlaməti ola bilər. Turş gəyirmə bəzən mədə şirəsinin yüksək turşuluğundan xəbər verir.

Acı gəyirmə ödün onikibarmaq bağırsaqdan mədəyə keçməsi nəticəsində meydana gəlir. Lax yumurta qoxusu verən çürüntülü gəyirmə hidrogen-sulfidin ayrılıb çıxmasını göstərir və bu, mədədə qida kütlələrinin uzun müddət qalması nəticəsində əmələ gəlir.
Davamı →