Siseron metodu

Siseronun yadda saxlama metodu qədim və məşhur Roma siyasətçilərindən birinin adını daşıyır. Bu siyasətçi öz çıxışları zamanı heç bir qeydlərdən istifadə etməməsi ilə məşhurdur. Bununla yanaşı, natiq öz danışığında çoxlu sayda rəqəm, ad, faktlardan istifadə edir və kifayət qədər tez-tez sitatlar səsləndirirdi.

Bəzi mənbələrə görə, Siseron metodu hələ hazırda adını daşıdığı müəllifdən əvvəl də istifadə olunurmuş. Belə ki, qədim yunan şairi Simonid fəal və uğurlu şəkildə bu metodu təcrübədən keçirmişdi. 

Bu metod çox sadə və effektivdir. Onun digər adı “Roma otağı sistemi”dir. Metodun mahiyyəti ondan ibarətdir ki, yadda saxlamalı olduğumuz cəhətləri beynimizdə müəyyən səliqə ilə yerləşdirməliyik. Belə ki, beyninizdə boş otaq təsəvvür edirsiniz və yadda saxlamalı olduğunuz cəhətləri bu otaqda müəyyən yerlərdə yerləşdirirsiniz.
Davamı →

Yaddaş haqqında

Yaddaş — böyük xüsusiyyətdir və onsuz insan həyatını təsəvvür etmək çox çətin olardı. Onun sayəsində biz öz təcrübəmizdən və ötən nəsillərin təcrübəsindən gündəlik həyatımızda istifadə edirik. Yaddaşın iki növü var: qısamüddətli və uzunmüddətli.
Tələbələr imtahan zamanı bir gecə ərzində çox böyük həcmdə məlumatı beyinlərində yerləşdirməyə çalışırlar. Sözsüz, bu məlumatlar imtahandan sonra dərhal yox olur. Huşsuzluqdan əziyyət çəkən qocalar uşaqlıqda və ya neçə il əvvəl baş verən hadisələri ən cüzi xırdalıqlarına qədər xatırlayırlar, lakin yarım saat əvvəl baş verənləri yadda saxlamağa qadir deyillər.
Davamı →

Hafizə

İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır. Keçmişdə baş verənlərin psixikada «izi», işarələri, kodu, sürəti qalır. Bizlərdən hər birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə yaşadığımızı söyləyərik.
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik.
Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı, yüksək tonla mənasını özünun də başa düşmədiyi yunan və latın dillərində danışmağa başlayır. Məlum olur ki, uşaqlıqda o, keşişin yanında qulluqçu işləmişdir. Keşiş adətən antik klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmış. Qadın isə qeyri-ixtiyari olaraq onları yadda saxlamış, lakin xəstələnənə qədər bunu heç özü də bilməmişdir.


Ardı →

Yaddaşı möhkəmlətmək

Mütəxəssislər daha yaxşı yaddaşa sahib olmağın 10 qaydasını tapıblar. Araşdırma «Yahoo» portalında da yer alıb. Beyin əzələlərini hərəkətə keçirərək, daha güclü yaddaşa sahib olmağın yolları aşağıdakı kimidir:
1.Bir şeyi öyrənmək üçün əl hərəkətlərindən istifadə etmək beyinin məlumatı qavramasını asanlaşdırır.
2. Fasiləsiz ən azı 6 saat yatmaq
3.Sakitlik və stresdən uzaq durmaq beyinə məlumatı qavramağa və onu yadda saxlamağa kömək edir.
4.İdman beynin bütün, xüsusilə yaddaşa cavabdeh olan hissəsinə qan dövranını yaxşılaşdırır.
5. Brokolli, kələm, qabaq, yaşıl bitkilər, gilas, qırmızı alma, badımcan və üzüm kimi meyvə və tərəvəzlər yaddaşı qüvvətləndirir.
6.Oxumaq və oxunan kitabı müzakirə etmək yaddaşı gücləndirir. Beyinin düşünmək üçün cavabdeh hissəsini gücləndirmək üçün tərcümə ən yaxşı variantdır.
7. Qoxu xatırlamağa kömək edən hissdir.
8. Tək bir işlə məşğul olmaq beynə ötürülən informasiyanı yadda saxlamağa yardımçı olur. Məsələn, kitab oxuyarkən televizora baxmamaq, yemək bişirərkən telefonla danışmamaq.
9. Mahnı əzbərləmək
10. Daima yeni şeylər öyrənmək də yaddaşın güclənməsinə yol açır.

Davamı →

Hafizə

1.            Hafizə haqqında anlayış.
2.            Hafizə növləri və tipləri.
3.            Hafizə prosesləri və mnemotexniki üsullar.

1-ci sual. Hafizə şəxsiyyətin psixi həyatının əsasıdır. Odur ki, insan hafizəsinin qanunlarının öyrənilməsi psixoloji elmlərin çox mühüm bölmələrindən biridir. Məlumdur ki, bizim hər bir hissimiz, yaşantılarımız, hərəkətlərimiz müəyyən izlər qoyurlar ki, bu uzun müddət saxlanılır, müvafiq şəraitdə yenidən təzahür edir və şüurun predmeti olur. Ona görə də hafizə dedikdə, keçmiş təcrübənin nəqşləndirilməsi, yadda saxlanması və yada salınması başa düşülür. Bu insana imkan verir ki, informasiya toplasın, keçmiş təcrübənin izləri ilə bu təcrübəni doğuran hadisə yox olduqda da iş aparıla bilsin. Hafizə hadisələri eyni dərəcədə emosional sahəyə və qavrayış sahəsinə, hərəki proseslərin və intellektual təcrübənin möhləmləndirilməsinə də aiddir.


Ardı →