Duş kabinlərini təmizləməyin effektiv üsulu

Hamamda ən çox çirklənən və tez-tez təmizlənməli olan yerlərdən biri duş kabinləridir. Amma bu, hər zaman asan olmur və nə qədər təmizlənsə də, çirk ləkələri getmir.

Qabartma tozu və sirkə
Qabartma tozu və sirkəni bir qabın içində qarışdırın. Qarışımı duş kabinəyə sürtüb, 15 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun. Ləkələrin asanlıqla təmizləndiyini görəcəksiniz.

Qabyuyan maye və sirkə
Boş bir sprey şüşəsinin içinə bir az su və sirkə tökün. Bir az çalxaladıqdan sonra içinə qabyuyan maye töküb, bir az da çalxalayın. Bu qarışımı duş kabinə sıxın və 15 dəqiqə saxlayın. Daha sonra bir süngərlə ovalayın. Nəticə sizi heyran edəcək.
Davamı →

Kiçik hamamı olanlar üçün tövsiyələr


Hamamınız kiçikdirsə, fərqli aksessuar, ya da fikirlərə ehtiyacınız ola bilər. Hamamda həyatınızı asanlaşdıracaq ipucları üçün bu yazıya diqqət edin.

Bir neçə kiçik detal və dəyişiliklərlə hamamınızı daha da əlverişli hala gətirə bilərsiz. Daha çox asqı üçün tək qollu deyil, çox qollu geyim asqıları alın.

Duş başlıqlarını azca sirkəylə təmizləsəniz, yeni kimi görünəcək.


Ardı →

Dünyada ilk hamam harada yaradılıb?

Hamam həmişə insanlar üçün rahatlıq, təmizlik, dirilik, sağlamlıq, mənəvi dincliyin, istirahətin, ruhun təzələndiyi məkan sayılıb. Tarixən insanların daim icra etdiyi rituallar-çimmək, su ilə yaxalanmaq fiziki təmizliyin başlıca şərtinə çevirilib. Hamam həm də bir mədəniyyətdir. Bu mədəniyyətinin tarixi isə çox-çox qədimlərdən başlayır.  

Qədim hamamlar
Müxtəlif xalqların folklorunda hamamla bağlı deyimlər, atalar sözləri, mahnılar, şeirlərin olması təsadüfi sayılmamalıdır. Dünyada ilk hamamın harada yaradıldığı barədə dəqiq və konkret məlumat yoxdur. Ayrı-ayrı mənbəələrdə hamamın yaradılması müxtəlif xalqların adı ilə bağlanılır. Amma əksər araşdırmalarda ilk hamamın yaradılması ideyasının Şərqə mənsub olduğu iddia olunur. Bəzi tarixi mənbəələrə görə, hamam mədəniyyəti qədim şumerlərdən başlayıb.
Ardı →