Hamilə qadınların və anaların hüquqları

Hamiləlik və əmizdirmə dövrü hər bir qadın və onun ailəsi üçün çox çətin və məsuliyyətli bir dövrdür. İşləyən və ya təhsil alan qadınların bu dövrdə məsuliyyətləri daha da artır. Üstəlik bəzi problemlərlə də üzləşirlər. Çünki, hamiləlik vaxtı qadınlar gərgin iş rejimində çalışa bilmir, əmizdirmə dövründə isə hər 2–3 saatdan bir körpənin yanında olmaq lazım gəlir.

Bu çətinlikləri aradan qaldırmaq üçün dövlətlər analara bəzi güzəştlər tətbiq edir, onlara xüsusi hüquqlar verirlər. Bu hüquqlar əmək, cinayət, ailə və s. məcəllələrdə öz əksini tapır.

Lakin təəssüf ki, bəzən anaların öz hüquqları ilə bağlı məlumatları olmur və bəzi iş yerlərində onların bu hüquqları çox tez–tez pozulur. Bunları nəzərə alaraq, biz Azərbaycan Respublikasının Əmək Məcəlləsində hamilə qadınların və süd verən anaların hüquqları ilə bağlı bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq. 

Təbii ki, ilk növbədə, bütün anaları hamiləlik və doğuşa görə verilən məzuniyyətlər maraqlandırır. Körpələrini ana südü ilə qidalandıran analar gün ərzində bir neçə dəfə uşaqlarının yanında olmalıdırlar. Bununla əlaqədar olaraq Əmək Məcəlləsində məzuniyyət dövrü iki hissəyə bölünür: doğuşdan əvvəl və doğuşdan sonra.


Davamı →

Hamiləlikdə qaraciyər yemək olar?

El arasında bir çox inanclar var ki, həqiqət olduğu düşünülür və ciddi-cəhdlə onlara əməl etməyə çalışılır. Bunlardan biri də hamilə qadınların qaraciyər və dalaq yeməsi ilə bağlı qadınlar arasında yayılan inancdır. Belə ki, hamilə qadınlar 9 ay müddətində qaraciyər və dalaq yeməkdən çəkinirlər. Çünki deyilənə görə, bu qidaları yesələr, uşaqlarının üzündə böyük ləkə, xal yaranacaq.

Hətta hansısa uşağın üzündə tünd ləkə, böyük həcmli xal gördükdə dərhal deyirlər ki, yəqin anası hamilə olanda ciyər yeyib. Hətta bəzi bölgələrdə inanc var ki, hamilə qadın heyvanın dalağına əl vurub qarnına qoyarsa, uşağının həmin nahiyəsində iri xal yaranır. Bəs əslində həqiqət necədir və bəzi uşaqlarda rast gəlinən iri xalların yaranma səbəbi nədir?


Davamı →

Toksikoz

Amerika Hamiləlik Asossiasiyasının verdiyi məlumata görə 50% qadın hamiləlikdə ürəkbulanmaları, daha dəqiq desək toksikozdan əziyyət çəkirlər. Toksikoz əsasən hamiləliyin ilk trimesterində hormonların bədəndə sürətli artımı nəticəsində baş verir. Bu halın əsas simptomları cüzi və ya şiddətli ürəkbulanma hissinin olması, halsızlıq, iştahasızlıq, qusma halları, bədəndə susuzlaşma, başgicəllənmələri və s. müşahidə oluna bilər.

Hal-hazırda da toksikoz haqqında irimiqyaslı araşdırmalar aparan xanım Fejzo 2009-cu ildə əldə etdiyi məlumata görə ürəkbulanmaları əsas etibarilə hamiləliyin 27-ci həftəsinə qədər keçib qurtarır.
Davamı →

Hamilə qadınlar üçün ciddi təhlükə

Sağlam hamiləlik keçirmək üçün hamiləliyin ilk aylarında bəzi məsləhətlərə, hətta qadağalara əməl etmək vacibdir. Gözəlləşmək üçün edilən saç rəngləmə, saç  düzləşdirmə, saç rəngini açdırmaq və s. hamiləlik üçün təhlükəlidir.
Saç boyalarının tərkibindəki kimyəvi maddələr hamilələr ciddi təhlükədir. Hamiləliyin ilk 3 ayında saç boyamaq, açdırmaq, düzləşdirmək olmaz.
Hamiləlikdə saçlarınızı xına ilə rəngləyin
Saç boylarının tərkibindəki ammonyak boyanın bir qismini buxarlandırır və bu buxarın nəfəs alarkən udulması böyüməkdə olan uşaq üçün ciddi təhlükəyə səbəb olur. Saç boyasının bir qismi saç dərisi tərəfindən əmildiyi üçün hamiləlik zamanı saç boyalarından istifadə etməmək daha təhlükəsizdir. Buna görə hamiləlik zamanı qısa müddətli boyamalar və reflelər təhlükəsiz hesab edilir. Saç düzləşdirilməsi zamanı da istifadə edilən kimyəvi maddələrin qoxusunun udulması təhlükəli olduğu üçün bunlardan uzaq durmaq vacibdir. Saçlarınızı rəngləmək istəyirsinizsə, xınadan istifadə edin.
Saçlarınızı rənglədikdən sonra salonda çox gözləməyin. Saç boyasını saçınızda çox saxlamayın. Sonra saç dərinizi yaxşıca durulayın. Saç rəngləyərkən əlcəklərdən istifadə edilməlidir. Qaş və kirpiklərə kimyəvi tərkibli boyalardan istifadə etməyin. Həssas və alergiyası olan insanlarda ilk öncə alergik test edilməlidir.
Gözəllik salonunda çalışan hamilə qadınlar kimyəvi maddələrdən istifadəyə diqqət yetirməlidir. Qoruyucu geyim, əlcəklərdən istifadə etməklə həmin yerin yaxşı havalandırılması salonda yeyib-içməməklə sizi gözləyən bu təhlükədən az da olsa, qoruna bilərsiniz.
 
Yazar: Fərizə Əhmədova



Davamı →

Hamilə qadınların bilməsi vacib olan məlumatlar

Diabet və hamiləlik — Hamiləlik zamanı enerjiyə olan təlabat karbohidrat mübadiləsinin dəyişməsinə səbəb olur. Mama – ginekoloqlar hamiləliyi diabet xəstəliyinin yaranması üçn risk faktoru hesab edirlər. Ona görə də bütün hamilə qadınlarda müntəzəm olaraq qan və sidik şəkərə görə yoxlanılır.
Əgər hamilə qadın şəkərli diabet xəstəliyi ilə xəstədirsə, hamiləlik zamanı onu toksikoz, damar ağırlaşmaları və böyrək infeksiyaları narahat edə bilər. Belə qadınlarda bəzən  uşaqlıq – cift qan dövranının pozulması nəticəsində düşük baş verə bilər.
Davamı →

Hamilə qadının qidalanması

Hamilə qadının orqanizmində baş verən dəyişikliklər fiziolojidir və normal həyat tərzi kecirilərsə, hamiləlik hec bir problem yaratmaz.Normal həyat tərzi dedikdə qiqiyenik normalara riayət, fiziki əməyin və istirahətin düzgün balanslaşdırılması, ətraf mühitin qənəətbəxş şəraiti və düzgün qidalanma nəzərdə tutulur.
Uşaq öz inkişafı üçün lazım olan maddələri ananın qanından alır, buna görə də hamilənin düzgün qidalanmasının dölün sağlamlığının qorunması və normal inkişafı ücün böyük əhəmiyyəti var. Hamilənın qidalanma rejimini tərtib edərkən həm qadının orqanizmində baş verən dəyişikliklər, həm də dölün yeni qurulan və inkişaf edən orqanizminin tələbləri nəzərə alınmalıdır.
Davamı →

Vaxtından əvvəl doğuş və infeksiyalar

Adətən hamiləlik 280 gün davam edir. Vaxtında doğuş dedikdə 37-41 ci həftə nəzərdə tutulur. Vaxtından əvvəl doğuş dedikdə isə 28-37-ci həftələr nəzərdə tutulur. Vaxtından əvvəl doğuşun səbəbi müxtəlif olur.Məsələn: infeksiya, endokrin pozulmalar, infantilizm, döllə ana arasında qanın izoantigen uyğunsuzluğu, çoxdöllük, ağır hestoz, ürək-damar xəstəlikləri və s. Mikroblar da döldə olanda anaya və körpəyə ziyan verir.

Ən əsas mikroblar və fəsadları
T-toksoplazma(toxoplasmosis)
O-digər infeksiyalar (others)
R-qizilca (rubella)
C-sitomeqalovirus (cytomegalovirus)
H-herpes (herpes simplex virus)
Davamı →

Hamilə qadınlar

Hamiləliyin normal cərəyan etməsi və əmələ gələ biləcək bir sıra mürəkkəbləşmə hallarının qarşısının alınması üçün əsas şərt rasional rejimə riayət edilməsidir. Hamiləlik dövründə qadın üçün həyata keçirilməsi zəruri olan bütün tədbirlər hər bir ayrı-ayrı halda fərdi olaraq tətbiq edilir.
Hamiləliyin axırıncı aylarında qarnın düz əzələlərinin aralanmasının qarşısını almaq məqsədilə qarnın möhkəm saxlanması üçün bel bandajı tətbiq edilməlidir. Bandaj taxılması və bağlarının bağlanması arxa ü stə uzanma vəziyyətində keçirilir. Xüsusi olaraq, qarnın ölçü və həcminə görə seçilmiş bandaj hamiləlikdən sonrakı dövrdə də taxılmalıdır.
Hamilələrdə venaların varikoz genəlməsibaşlıca olaraq aşağı ətraflarda müşahidə edilir, lakin xarici cinsiyyət üzvləri və uşaqlıq yolu sahəsində də ola bilər.
Davamı →