Hamiləlik və laktasiya dövründə COVID-19 riski

Hamiləlik zamanı qadın orqanizmində bir sıra hormonal dəyişikliklər baş verir ki, bu da dolayı yolla immun sisteminin zəifləməsinə, orqanizmin bakterial və viruslu xəstəliklərə qarşı həssaslığının artmasına gətirib çıxarır. İmmun sistemi orqanizmin yad cisimlərə qarşı təbii müdafiə reaksiyasıdır.
Hamiləlik dövründə ananın immun sisteminin zəifləməsi və ana bətnindəki körpənin immun sisteminin hələ tam inkişaf etməməsi bir sıra bakteriya və viruslara qarşı yoluxma riskini artırır. Bu səbəbdən hamilə qadınların özlərini virus və infeksiyalardan qoruması olduqca vacibdir.

Davamı →

Hamiləlik zamanı müayinələr

Hamiləliyiniz ərzində körpənizin yaxşı inkişaf etdiyindən əmin olmaq üçün sizə iki dəfə müayinə təklif oluna bilər: 12-ci həftədə ilk müayinə və 20-ci həftədə anomaliya müayinəsi. Əgər həkiminiz bunun lazım bilirsə hamiləlik zamanı əlavə ultrasəs müayinələri təyin oluna bilər.
Burada təsvir olunan ultrasəs müayinəsi səs dalğalarını istifadə edərək ekrana qara və ağ rəngli görüntüləri ötürən, əldə tutulan cihazı ultrasəs müayinəsini aparanın sizin qarnınızda hərəkət etdirməsidir. Müayinə üçün sizdən çoxlu su içməyiniz xahiş oluna bilər, çünki dolu sidik kisəsi uşaqlığın qabağa basılmasına kömək edir və ultrasəs müayinəsini aparanın daha çox detal görməsinə imkan yaradır.
Davamı →

Hamiləlik müddəti və əlamətləri

Qadınlarda hamiləlik orta hesabla 9 təqvim (10 mama) ayı, başqa sözlə, 40 həftə (280 gün) davam edir. Hamiləliyin başlanğıcı son menstruasiyanın (aybaşı) ilk günündən hesablanır.

Ancaq bu zaman ovulyasiyanın (mayalanmaya hazır olan yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) günü dəqiq məlum olmadığı üçün bu üsulu da dəqiq hesab etmək olmaz.

Hamiləliyin başlanğıcı həmçinin dölün tərpənişinin ilk günündən hesablamaqla da müəyyən etmək olar. Belə ki, bu təxminən 1-ci hamiləliyin 20-ci həftəsinə, təkrar hamiləliyin isə 18-ci həftəsinə təsadüf edir.

Hamiləlik qadın yumurta hüceyrəsinin kişi yumurta hüceyrəsi (spermatozoid) ilə uşaqlıq borusunda birləşməsindən — mayalanmadan başlayır. Mayalanmış yumurta hüceyrəsi bölünməyə və uşaqlıq borusu ilə hərəkət etməyə başlayır və 7-8 gün ərzində uşaqlıq boşluğuna çatır. Bölünmə yolu ilə artan və “blastomer” adlanan hüceyrələr kompleksi ifraz etdikləri fermentlərin təsiri ilə uşaqlığın selikli qişasını əridərək oraya implantasiya olurlar (birləşirlər). Əgər mayalanmış yumurta hüceyrəsi uşaqlığa deyil başqa yerə (uşaqlıq borusu, yumurtalıq və ya qarın boşluğuna) implantasiya edirsə, bu zaman patoloji hal sayılan uşaqlıqdankənar hamiləlik baş verir ki, bu da mütləq cərrahi müdaxilə tələb edir.
Ardı →

Hamiləlik təqvimi

1. Hamiləliyin 1-ci həftəsi


Təxminən 7-ci gün
Adətən hamiləliyin başlanğıcı olaraq, hamilə qalınan gün kimi cinsi əlaqənin olduğu gün deyil, bundan təxminən 14 gün əvvəli yəni son aybaşının ilk günü qəbul edilir. Bu vəziyyətdə aybaşınızın başladığı gün statistik mənada hamiləliyiniz başlandığı gün hesab olunur. Bu şəkildə hesablandığında insanlarda hamiləlik 280 gün yəni 40 həftə davam edir. Ay hesabı etmək qarışıqlığa səbəb ola biləcəyindən siz də hamiləliyinizi izləyərkən həftə olaraq ifadə etməyi öyrənməli və ay hesabını buraxmalısınız.
28 gündə bir aybaşı olan qadın üçün mayalanma zamanı aybaşının başlanğıcından etibarən 14 gün ətrafındadır. Bu günlər zərərli vərdişlərdən imtina etmək üçün ən uyğun dövrdür. Məsələn, siqaret çəkməyə son qoyulmalı, spirt və dərman qəbulu məhdudlaşdırılmalıdır. Uyğun və sağlam qidalanma vərdişi əldə edilməyə çalışılmalıdır. Bu vərdişlər rahat bir hamiləlik müddəti üçün də əhəmiyyətlidir. Bol miqdarda təzə meyvə və tərəvəz qəbul etmək, süni maddələr təşkil edən qidalardan uzaq dayanmaq və ola bildiyincə çox su içmək faydalıdır. Hamiləlik əvvəli dövrdə müsbət düşünmək və mümkün olduqca istirahət edərək stressdən uzaq dayanmaq dünyaya gətirməyə çalışdığınız körpəniz üçün olduqca yaxşı bir başlanğıc olacaq.
Davamı →

Qısa hamiləlik təqvimi

Təxminən menstruasiya dövrünün 14-cü günündə toxum hüceyrəsi yetkinləşir və mayalanmaya hazır olur. O, yumurtalıqdan çıxır və uşaqlıq yoluna (fallopian yoluna) düşür, orada isə 24 saata qədər həyat qabiliyyətini qoruyur; əgər mayalanma baş verməsə, toxum hüceyrəsi məhv olur və növbəti menstruasiyada uşaqlıq ifrazatı ilə xaric olur.
Orqazm zamanı kişi qadının uşaqlıq yoluna 200 — 400 mln spermatozoid ifraz edir. Spermanın çox hissəsi geriyə axır, spermatozoidin qadın orqanizmində qalan hissəsi hədəfə çatmır, lakin onun bir qismi uşaqlıq yolu ilə uşaqlıq boşluğuna və oradan da fallopian yollarından birinə daxil olur. Burada spermatozoidlər 48 saat ərzində həyat qabiliyyətini qoruya bilir. Spermanın tərkibində toxum hüceyrəsi pərdəsini aralayan maddə var ki, bu da spermatozoidin ora daxil olmasına imkan yaradır. Bundan sonra digər kişi hüceyrəsi içəriyə daxil ola bilmir. Spermatozoid yumurta ilə qarışır və təkhüceyrəli rüşeym – ziqota əmələ gətirir.
Davamı →