Doğuşu yüngülləşdirən perineal massaj

Müasir tibbin ən başlıca məqsədlərindən biri qadınları təbii doğuşa həvəsləndirmək və müxtəlif vasitələrlə doğuş sancılarını və gərginliyini azaltmaqdır. Bunun üçün müxtəlif növ rahatladıcı qoxuları özündə cəm edən aromaterapiya, dartınma və gərilmə əsaslı idman çalışmaları, psixoloji səviyyədə stresi idarə etməyə və rahatlanmağa sövq edən üsulları sınamaq tövsiyə edilir.

Fiziki və psixoloji travmasız doğuş üçün tətbiq edilən üsullardan biri perineal massaj hamilələrə hamiləliyin sonlarına yaxın tətbiq etmək məsləhər görülür. Perineal massaj dedikdə qadın cinsi orqanının yəni doğuş yollarının ətrafının massaj edilməsi nəzərdə tutulur.
Davamı →

Dar çanaq

Normal ölçülərindən 1-3 sm və ya daha çox az olan çanaq dar çanaq adlanır. Dar çanağın olması doğuş zamanı bəzi patoloji vəziyyətlərin baş verməsinə səbəb olur.

Qadınlarda dar çanaq olduqda doğuş zamanı dölün başı çanaqda irəlilədikcə dayanır. Çanağın dar olması funksional cəhətdən normal doğuşun baş verməsinə mane olur. Bu ən çox da dölün başının böyük olduğu hallarda rast gəlininir. Bu səbəbdən də əksər hallarda dar çanaq zamanı keysər kəsiyinə müraciət edilir.
Davamı →

Aybaşı ola-ola hamilə qalmaq mümkünmüdür?

Bu sual bir çox qadınları narahat edir. Çünki əksər hallarda uşaq sahibi olmaq istəməyən qadınlar aybaşı olduqda rahat nəfəs alırlar. Bəzi hallarda isə bu əksinə olur. Yəni qadında aybaşı tsikli normal baş verir, amma hamiləlik də baş verir. Bəs bu necə olur və nə ilə əlaqədardır? Bu normal sayılırmı?

Əgər hamiləlik testi müsbət çıxmışsa və qadında aybaşı baş verirsə bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu döldə baş verən patoloji hal və qanaxma ola bilər. Bəzi hallarda isə baş verən qanaxmalar qadın cinsiyyət üzvlərində baş verən müxtəlif səbəblərdən yaranır.

Hamiləliyin ilk aylarında baş verən qanaxmalar isə uşağın həyatı üçün təhlükəli hesab edilir. Bu zaman ağrı, iltihabi proseslər vəziyyəti daha da çətinləşdirir. Buna görə də mütləq ginekoloqa müraciət etmək lazımdır.
Davamı →

Övladınızın oğlan olacağını göstərən 19 əlamət

Uşağınızın cinsiyyətini öyrənməyin ən güvənilən yolu təbii ki ultrasondur. Hamiləliyinizin 3-cü ayını bitirmisinizsə, yəni 13-cü həftə civarında edilən müayinələrdə uşağınızın cinsiyyəti müəyyən olur. Lakin bəzən onu öyrənmək üçün daha uzun gözləyə bilərsiniz. 20-ci həftədə uşağın cinsiyyəti tam şəkildə müəyyən edilə bilir. Əgər siz bu qədər gözləməyə səbirsizlik edirsinizsə, aşağıdakı əlamətlərdən də anlaya bilərsiniz.

1.
Uşağınızın ürək döyüntüsü dəqiqədə 140-dan daha azdırsa,
2. Qarnınız dikdirsə,
3. Ağırlığınız azdırsa və arxadan baxıldığında hamilə olduğunuz bilinmirsə,
4. Hamiləliyin ilk 3 ayında daima ürəyiniz bulanmırsa,
5. Sağ döşünüz soldakından daha böyükdürsə,
Davamı →

Hamiləlikdə təzyiq

Hamiləlik bir qadının ən qarışıq dönəmlərindən biridir. Bu dönəmdə gözəl təcrübələrlə yanaşı bir neçə sağlamlıq problemləri də özünü göstərir. Bunlardan biri təzyiqin düşüb-qalxmasıdır.

Hamiləlikdə aşağı təzyiq təhlükəlidir?
Hamiləlikdə təzyiqin düşməsi tez-tez müşahidə olunan haldır. Bir çox ana hamiləliyin ilk 3 ayında təzyiqinin aşağı olmasından şikayət edir. Ümumi olaraq hər hansısa bir problemə səbəb olmayan aşağı təzyiq, ağır vəziyyətlərdə pis nəticələr doğura bilər.
Davamı →

Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə

Hamilə qala bilməmək dövrümüzün ən önəmli problemlərindən biridir. Bunun səbəbi sizin cinsi sağlamlığınızın yerində olmaması ilə əlaqədar olmaya bilər. Həyat tərzinin normal olmaması, düzgün qidalanmama, stresli həyat tərzi və s. kimi faktorlar hormonların alt-üst olmasına gətirib çıxara, bu da hamilə qalmaq şansını azalda bilər. Lakin bütün bunları həyat tərzinizi dəyişərək idarə altına ala bilərsiniz! Hamilə qalmaq şansınızı artıracaq 5 tövsiyəni sizlərə təqdim edirik.

1. Çəkinizi kontrol edin
Artıq çəki və ya çəkinin az olması mensturasiya qaydasını pozur. Esterogen hormonunun böyük bir qismi digər hormonların yağ təbəqəsinə çevrilməsi ilə ortaya çıxır. Bu tarazlığı qorumaq üçün bədəninizdəki yağ kütləsi 17-21% olmalıdır. Əks təqdirdə qandakı esterogen səviyyəsi arta və ya azala bilər. Bu da yumurtlama qaydasını pozur və hamilə qalmağı çətinləşdirir.
Davamı →

Çin təqvimi

Uşaq sahibi olmaq istəyənlərin ən çox eşitdiyi şeylərdən biri də Çin təqvimidir. Çin təqvimi ilə cinsiyyət hesablamaq mümkündür?

Çin təqvimi nədir?
Çin təqvimi, çinlilərin çox qədim zamanlardan bəri uşaqların cinsiyyətini təxmin etmək üçün istifadə etdikləri tamamilə batil inanclara söykənən bir üsuldur. Ultrasəs müayinəsinə girməzdən əvvəl əyləncə olaraq bu üsuldan istifadə etmək olar.
Davamı →

Hamiləlikdə intim münasibət uşağa zərər verirmi?

İntim münasibətdə önəmli olan, uşağa təzyiq göstərməyən pozisiyaları seçməkdir. Bəzi cütlüklər və inanclar hamiləykən intim münasibətdə olmamağa üstünlük verir. Əslində əlaqəyə girməmək uşaq üçün daha zərərlidir. Çünki münasibət əsnasında ifraz olunan serotonin hormonu uşağın birbaşa inkişafına yönəlir. Bu hormon, cütlüklər arasındakı sevgini də artırır, uşağın ruhi olaraq sağlam bir ailədə doğulmasını təmin edir.
Davamı →

20 yaşdan əvvəl hamiləlik təhlükəlidir


Havayi Universiteti alimləri sübut ediblər ki, çox cavan yaşlarda ana olan qadınların orqanizmində qocalma prosesləri sürətlənir. Alimlər bunu müxtəlif ölkələrdən olan 1000 qadının həyat şəraiti və sağlamlığını analiz etdikdən sonra aşkar ediblər. 

Alimlərin müşahidələrinə görə 20 yaşdan əvvəl ana olan qadınlarda erkən klimaksın riski 43% artıqdır. Bundan əlavə belə qadınlar müxtəlif səbəblərə görə (qanaxma, uşaqlıq xəstəlikləri və s.) daha tez-tez uşaqlığın xaric edilməsi (histerektomiya) əməliyyatına məruz qalır.
Davamı →

Hamiləlikdə epilyasiya

Arzuolunmaz tüklər əsasən də üzdə olanlar qadınların ən böyük problemlərindən biridir. Artıq tüklərdən qurtulmaq üçün bir çox üsullar mövcuddur. Bu tüklərdən qurtulmaq üçün bir neçə üsul vardır. Onlardan ən müasiri və qalıcı olanı epilyasiyadır.

EpilyasiiyaBu üsulların hamiləlikdən öncə və ya hamiləlik zamanı istifadəsi narahatçılığa səbəb olur və hamiləlik zamanı istifadəsinin nə dərəcədə ziyansız olması sualı hamilələri düşündürür.

Lazer epilyasiyası
Lazer (Laser) işıq enerjisi istifadə olunan bir üsuldur. Ortaya çıxan elektromaqnit dalğalar rentgendə istifadə olunan X şüalarından fərqlidir və toxuma içərisində irəliləmə xüsusiyyəti yoxdur. İşıq sadəcə prosedura edildiyi sahəyə, məsələn üzə təsir edir və təsir sahəsi sadəcə bir neçə millimetrdir.
Davamı →