Hamilələr üçün faydalı şirə

  • Qadın
Sağlamlığa xeyirli olan Hindistan qozunun (kakos) suyu hamilə qadınlar üçün çox faydalıdır. Hindistan qozu suyunun hamilələrə 8 faydası:

1. Böyrəklərin işləməsinə kömək edir. Hindistan qozu suyu hamiləlik zamanı əhəmiyyətli olan maqnezium, kalium kimi mineralların qəbuluna kömək olması baxımından zəngin qidadır. Sidikqovucu olan kakos suyu sidik yolunun təmizlənməsinə, böyrək daşlarının yaranmamasına və böyrəklərin işləməsinə kömək edir.

2. Sağlam elektrolitlər tərkiblidir. Adətən hamilə qadınların səhər yuxudan oyanandan sonra qusduqları bədəndəki suyu və elektrolitləri bu meyvə yenidən bərpa edir. Həm də əzələlərin funksiyalarını dəstəkləyir və bədəni sakit saxlayan kalsium, fosfor və kalium baxımından zəngindir.
Davamı →

Tanınmış ginekoloqdan hamilələrə 12 faydalı məsləhət

Elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Analıq hissi dünyanın heç bir hissi ilə müqayisə edilə bilməz və bu, Tanrının qadınlara bəxş etdiyi ən gözəl duyğudur. Amma bəzən hamiləlik zamanı edilən yanlış davranışlar onun pozulmasına və dölün tələf olmasına səbəb olur. Bəs bu arzuolunmaz halların qarşısını almaq üçün nə etmək lazımdır? Tanınmış azərbaycanlı ginekoloq, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun hamiləlik zamanı diqqət edilməsi vacib olan məqamlarla bağlı faydalı məsləhətlər verib.


1. Hamilə qadınlar vaxtlı-vaxtında qidalanmalıdırlar, əks halda bu, onların zəifləməsinə və mədə turşuluğunun artmasına səbəb ola bilər. Qida rasionuna yumurta, tərəvəz kimi məhsullar əlavə edilməlidir. Yeməklər arasında fasilə ən az gündə 3-5 dəfə yemək üçün uzun olmalıdır.
Davamı →

Hamiləlik dövründə müşahidə olunan psixoloji problemlər

  • Qadın
Hamiləlik dövrü, ana üçün həm fiziki, həm də psixoloji dəyişikliklərin yaşandığı mərhələdir. Ana ilə uşaq arasındakı münasibət qadının hamilə olduğunu öyrəndiyi andan etibarən başlayır. Buna görə də ananın hamiləlik dövrünü necə keçirməsi, uşağı hansı yolla dünyaya gətirməsi, ana ilə uşaq arasındakı emosional kontaktın formalaşmasına təsir göstərir.
 
Analıq duyğusunun hiss edilməyə başladığı bu dönəm sosial və duyğusal sahələrdə müxtəlif dəyişikliklərə, eyni zamanda fiziki görünüş, özünü dərk və sosial rolda fərqliliyin yaranmasına səbəb olan və bundan dolayı təşviş hissinin müşahidə olunduğu mərhələdir.
Davamı →

Hamilə qadınlar niyə turş meyvələr istəyir?

  • Qadın
«Hamilə qadınların qida seçimində kreativlik axtarması yersizdir. Sağlam, təbii qidalara üstünlük vermək lazımdır”.

Pediatr Vaqif Qarayev bildirib ki, regionda yetişən meyvə və tərəvəzlərə, gündəlik menyumuzda olan qidalara genetik olaraq uyğunlaşmışıq:

»Həmin məhsullarla qidalanmaq lazımdır. Başqa ölkələrin mətbəxinin, müxtəlif tərkibli yeməklərinin bizə dəxili yoxdur. Qadınlar çox vaxt həkimin dediyi deyil, özlərinin haradasa gördükləri, qarşılaşdıqları qidaları yemək istəyirlər.
Davamı →

Əmizdirən ana qəhvə içə bilərmi?

Körpə əmizdirərkən qəhvə içmək olarmı? Kaffeinin südverən anaya və körpəyə hansı zərərləri ola bilər?
Hamilə olarkən bəzi qidaların qəbulunda məhrumiyyətlər normaldır, deyilmi? Bəs körpə doğulduqdan sonra necə olmalı? 9 aylıq qida qəbulundakı qadağalardan sonra köhnə yemək vərdişlərinə birbaşa qayıtmaq mümkündürmü?
 
Hamilə qadınlar əlbəttə ki, daha təmiz və faydalı ərzaqlar yeməyə çalışırlar. Hətta hamilə olduqlarını bilənə qədər yedikləri yumşaq pendir və suşi onların körpəsinə necə zərər verə bilər deyə təlaşa düşürlər. Amma südverən anaların narahatlığı körpə dünyaya gəldikdən sonra da davam edir.
Davamı →

Sağlam uşaq dünyaya gətirmək üçün belə qidalanın

  • Qadın

Sağlam, qüsursuz uşaq dünyaya gətirmək üçün qadınlar hamiləlik müddətində B3 vitamini qəbul etməlidirlər. Bununla bağlı Avstraliyalı alimlər 12 il araşdırma aparıb.

Alimlərin sözlərinə görə, bu vitamin hamiləliyin erkən sonlanması faizini də azalda bilər. Viktor Çang Kardiak Araşdırma İnstititutundan genetik alim Salli Dunvudie bu araşdırma üçün ilk olaraq hamiləlikdə düşük və qüsurlu uşaqların dünyaya gəlməsi halları arasında oxşarlığı axtardıqlarını deyib.
Davamı →

Hamiləlik zamanı təkrarlanan düşüklər

Hamiləliyin 20-ci həftəsindən öncə baş verən 2 və ya 3 ardıcıl düşüyə təkrarlanan düşük deyilir.
Təkrarlanan düşüklərin bir nömrəli səbəbi genetik faktorlardır.

Düşük, hamiləliyin 20-ci həftəsindən öncə sonlanmasıdır. Hamiləliyin ən çox rast gəlinən fəsadı məhz düşükdür. Hər hamiləliyin düşüklə nəticələnmə ehtimalı 12%-dir. Təkrarlanan düşüklərin cəmiyyətdə rast gəlinmə tezliyi 1%-dir. Düşüklərin əksəriyyəti 12 həftədən öncə, hətta ürək döyüntüsü USM-lə görünmədən baş verir. 12-ci həftədən öncə baş verən düşüklər ilk trimestr düşükləri sayılır. 12-ci həftədən sonra meydana gələn düşüklər 2-ci trimestr düşükləri sayılır.
Davamı →

Hamilələrin 5 şikayətinə çarə

Xanımlar hamiləlik zamanı bədəndə yaranan fizioloji, hormonal dəyişikliklər səbəbindən bir sıra problemlər yaşayır.

Ürək bulanması, qusma, bel ağrısı, halsızlıq, mədədə yanma və qəbizliyi buna misal çəkmək olar. Bu problemlər bəzi hamilələrdə yüngül seyr edilərkən, bəzilərində ciddi narahatlığa səbəb olur. Lazımı tədbirlər görməklə, bunlardan yaxa qurtarmaq mümkündür.

Doğum mütəxəssisi Belgin Selam, hamiləlikdə ən sıx rast gəlinən 5 şikayətdən söz açaraq, bu problemlərdən xilas olmağın yolunu açıqlayıb.
Davamı →

Kontraseptivlər haqda bilmədiyiniz faktlar

Bütün dünyada hamiləlik əleyhinə preparatlar (kontraseptiv həblər) arzuolumaz hamiləliyin qarşısını alan və tez-tez istifadə olunan vasitədir.

Müasir hamiləlik əleyhinə həblər daha effektlidir və onların yanaşı təsirləri, əks-göstərişləri daha azdır. Belə həblər arzuolunmaz hamiləliyin riskini 99% azaldır. Bundan əlavə düzgün seçilmiş belə preparat qadın orqanizminə müsbət təsir edir — hormonal fonunu tənzimləyir, bəzi qadın cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır, güclü qanaxmaların və menstruasiya öncəsi sindromun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır və s. Bu səbəbdən hamiləlik əleyhinə həblər bəzi pozulmalar zamanı cinsi həyatı yaşamayan qızlara da müalicəvi vasitə kimi təyin olunur.
Davamı →

Hamiləlikdə saça qulluq

Hamilə ikən saç boyamaq olar?
Hamilə ikən ilk 3 ay həkimlər saç boyamağı məsləhət görmür. Boyanın içində olan ammonyak kimi kimyəvi maddələr uşağınıza və sizə zərərə verə bilər. Adətən saç boyası başda 30-40 dəqiqə boyunca qalır. Bu müddətdə boyada olan zərərli maddələr saç dərisinə sürətlə nüfuz edir və az miqdarda da olsa qana keçir. Beləliklə, bu zəhərli maddələr ana qanından dölün qanına düşə bilər. 
 
Hamilə ikən saç kəsdirmək olarmı?
Hamilə ikən qadınlar adətən saç kəsdirməz. Bəzi insanlar orqanizmə girən maddələrin uşağa fayda vermək yerinə saça fayda verəcəyinə inanır. Lakin saçınıza gedən maddələrlə uşağınıza gedən maddələrin bir-biri ilə əlaqəsi yoxdur. Son dərəcə səhv olan bu davranış ananı mənfi mənada təsirləndirə bilər. Həkimlərin fikrincə, hamilə ikən saç kəsdirməyin heç bir mənfi yönü yoxdur. Əksinə, hamiləlik dövründə onsuz da çox həssas olan qadınlar uzanmış və baxımsız saçlarla özlərini mənfi düşüncələrə sürükləyə bilərlər.
Davamı →