Sağlam uşaq dünyaya gətirmək üçün belə qidalanın

  • Qadın

Sağlam, qüsursuz uşaq dünyaya gətirmək üçün qadınlar hamiləlik müddətində B3 vitamini qəbul etməlidirlər. Bununla bağlı Avstraliyalı alimlər 12 il araşdırma aparıb.

Alimlərin sözlərinə görə, bu vitamin hamiləliyin erkən sonlanması faizini də azalda bilər. Viktor Çang Kardiak Araşdırma İnstititutundan genetik alim Salli Dunvudie bu araşdırma üçün ilk olaraq hamiləlikdə düşük və qüsurlu uşaqların dünyaya gəlməsi halları arasında oxşarlığı axtardıqlarını deyib.
Davamı →

Hamiləlik zamanı təkrarlanan düşüklər

Hamiləliyin 20-ci həftəsindən öncə baş verən 2 və ya 3 ardıcıl düşüyə təkrarlanan düşük deyilir.
Təkrarlanan düşüklərin bir nömrəli səbəbi genetik faktorlardır.

Düşük, hamiləliyin 20-ci həftəsindən öncə sonlanmasıdır. Hamiləliyin ən çox rast gəlinən fəsadı məhz düşükdür. Hər hamiləliyin düşüklə nəticələnmə ehtimalı 12%-dir. Təkrarlanan düşüklərin cəmiyyətdə rast gəlinmə tezliyi 1%-dir. Düşüklərin əksəriyyəti 12 həftədən öncə, hətta ürək döyüntüsü USM-lə görünmədən baş verir. 12-ci həftədən öncə baş verən düşüklər ilk trimestr düşükləri sayılır. 12-ci həftədən sonra meydana gələn düşüklər 2-ci trimestr düşükləri sayılır.
Davamı →

Hamilələrin 5 şikayətinə çarə

Xanımlar hamiləlik zamanı bədəndə yaranan fizioloji, hormonal dəyişikliklər səbəbindən bir sıra problemlər yaşayır.

Ürək bulanması, qusma, bel ağrısı, halsızlıq, mədədə yanma və qəbizliyi buna misal çəkmək olar. Bu problemlər bəzi hamilələrdə yüngül seyr edilərkən, bəzilərində ciddi narahatlığa səbəb olur. Lazımı tədbirlər görməklə, bunlardan yaxa qurtarmaq mümkündür.

Doğum mütəxəssisi Belgin Selam, hamiləlikdə ən sıx rast gəlinən 5 şikayətdən söz açaraq, bu problemlərdən xilas olmağın yolunu açıqlayıb.
Davamı →

Kontraseptivlər haqda bilmədiyiniz faktlar

Bütün dünyada hamiləlik əleyhinə preparatlar (kontraseptiv həblər) arzuolumaz hamiləliyin qarşısını alan və tez-tez istifadə olunan vasitədir.

Müasir hamiləlik əleyhinə həblər daha effektlidir və onların yanaşı təsirləri, əks-göstərişləri daha azdır. Belə həblər arzuolunmaz hamiləliyin riskini 99% azaldır. Bundan əlavə düzgün seçilmiş belə preparat qadın orqanizminə müsbət təsir edir — hormonal fonunu tənzimləyir, bəzi qadın cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır, güclü qanaxmaların və menstruasiya öncəsi sindromun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır və s. Bu səbəbdən hamiləlik əleyhinə həblər bəzi pozulmalar zamanı cinsi həyatı yaşamayan qızlara da müalicəvi vasitə kimi təyin olunur.
Davamı →

Hamiləlikdə saça qulluq

Hamilə ikən saç boyamaq olar?
Hamilə ikən ilk 3 ay həkimlər saç boyamağı məsləhət görmür. Boyanın içində olan ammonyak kimi kimyəvi maddələr uşağınıza və sizə zərərə verə bilər. Adətən saç boyası başda 30-40 dəqiqə boyunca qalır. Bu müddətdə boyada olan zərərli maddələr saç dərisinə sürətlə nüfuz edir və az miqdarda da olsa qana keçir. Beləliklə, bu zəhərli maddələr ana qanından dölün qanına düşə bilər. 
 
Hamilə ikən saç kəsdirmək olarmı?
Hamilə ikən qadınlar adətən saç kəsdirməz. Bəzi insanlar orqanizmə girən maddələrin uşağa fayda vermək yerinə saça fayda verəcəyinə inanır. Lakin saçınıza gedən maddələrlə uşağınıza gedən maddələrin bir-biri ilə əlaqəsi yoxdur. Son dərəcə səhv olan bu davranış ananı mənfi mənada təsirləndirə bilər. Həkimlərin fikrincə, hamilə ikən saç kəsdirməyin heç bir mənfi yönü yoxdur. Əksinə, hamiləlik dövründə onsuz da çox həssas olan qadınlar uzanmış və baxımsız saçlarla özlərini mənfi düşüncələrə sürükləyə bilərlər.
Davamı →

Doğuşun rahat keçməsi üçün bunlara əməl edin

  • Qadın
Doğuşdan əvvəl hamilələr ümumi olaraq qayğılanırlar və bu, təbii bir vəziyyətdir. Daha əvvəl heç doğum etməmiş bir qadın bilmədiyi bu vəziyyət üçün narahat olur, ya da qorxur. Bəzi qadınlar isə birinci doğuşdan sonra ikinci uşaq dünyaya gətirməkdən imtina edirlər.

1. Xəstəxana seçin
Doğuşdan əvvəl yatacağınız xəstəxananı ziyarət etmək əhəmiyyətlidir. Bununla doğuşa gedərkən qayğınız daha az olar. Xəstəxananın evə yaxın olması sizi daha da rahatladacaq.

2. Doğuşla əlaqədar kurslara gedin
Belə kurslara getmək müəyyən mənada sınaq etmənizi təmin edəcək. Əgər doğuşu zehninizdə böyütmüsünüzsə, bu, narahatlıqlarınızı azaldacaq.
Davamı →

Hamiləliyi daha tez aşkar edən simptomlar

Adətən hamiləliyin baş tutub-tutmamasını təyin etmək üçün hamiləlik testlərindən istifadə olunur. Müasir testlər çox həssasdır və hamiləliyi menstrusiyanın ləngiməsinin ilk günündən etibarən aşkar etməyə imkan verir. Lakin müəyyən simptomlar hamiləliyi daha tez aşkar etməyə kömək edə bilər. 

1. Səbəbsiz yuxululuq. Qadın yuxudan doymur, bütün günü ancaq yatmaq istəyir.
2. Hərarətin səbəbsiz olaraq bir qədər artması. Qadına elə gəlir ki, o, xəstələnir.
3. Təzyiqin birdən-birə düşməsi, başgicəllənmə.
Davamı →

Hamiləliyin qarşısını alan kontraseptiv və təbii üsullar

Ailə planlaşdırılmasının ayrılmaz hissələrindən biri də kontraseptiv üsulların seçilməsidir. Kontrasepsiya — hamiləliyin müxtəlif üsullarla qarşısını alır, arzuolunmaz hamiləlikdən qorunmanı təmin edir. Beləliklə, həm ailə arzuolunmaz hamiləlikdən qorunur, həm də qadın üçün abort təhlükəsi yaranmır. Bəs bu gün Azərbaycanda daha çox istifadə olunan kontraseptiv üsullar hansılardır?

Kontraseptiv Həblər — arzuolunmaz hamiləliyin qarşısını almaq üçün gündə bir dəfə qəbul edilən həblərdir. Onların tərkibində növündən asılı olaraq qadın orqanizmində hasil olunan hormonlarla analoji olan sintetik estrogen və progestin hormonları vardır. Qadın hamiləlikdən qorunmaq istədiyi müddət ərzində həbləri hər gün eyni vaxtda qəbul etməlidir. Düzgün istifadə edildikdə həblər yüksək dərəcədə effektlidir. Bəzi həblər ginekoloji pozğunluqlar olduqda müalicəvi məqsədlə də istifadə edilir. Həblərin qəbulunu dayandırdıqdan sonra qadının hamilə qalmaq qabiliyyəti tezliklə bərpa olunur. Bu həblər yüksək dərəcədə etibarlı və zərərsizdir.
Davamı →

Uşağı bu yaşdan sonra dünyaya gətirin

Koimbra Universiteti (Portuqaliya) alimləri araşdırma zamanı aşkar ediblər ki, 33 yaşından sonra ilk uşağını dünyaya gətirən qadınlar daha cavan yaşlarda uşaq sahibi olan qadınlarla müqayisədə daha çox yaşayır.

The Hindistan Times xəbər verir ki, 33 yaşdan sonra uşaq doğan qadınlarda uzunömürlülüklə bağlı olan genetik markerlərə cavan yaşlarda doğan qadınlarla müqayisədə 3 dəfə daha tez-tez rast gəlinir.

Bundan əvvəl Ohayo Universiteti (ABŞ) alimləri tərəfindən aparılmış araşdırma göstərib ki, 30 yaşa yaxın uşaq dünyaya gətirən qadınlar 15-24 yaşlar arası doğan qadınlarla müqayisədə 40 yaşında daha sağlam idi və özünü daha yaxşı hiss edirdi.
Davamı →

Bu günlərdə hamilə qala bilərsiniz

Hamiləliyin baş tutması üçün qadın yumurta hüceyrəsinin və kişi spermatozoidin «görüşmə»si tələb olunur.

Bu isə menstrual dövrünün yalnız müəyyən günlərində baş verə bilər. Bu hansı günlərdir? Menstrual dövr zamanı qadında adətən 1, daha nadir hallarda 2-3, hətta 4 yumurta hüceyrəsi inkişaf edir. Yumurtalıqda inkişaf edən yumurta hüceyrəsi ovulyasiya günü yumurtalıqdan çıxır və uşaqlıq borusuna düşür. Yumurta hüceyrəsi yalnız 1 gün ərzində yaşayır.
Davamı →