Sağrı gəlişi, körpənin tərs gəlməsi

Bu vəziyyət normalda doğuş kanalına başı ilə girməli olan uşağın anormal olaraq bud və ya ayaqları ilə girməsidir. Yəni normalda ana bətnində uşağın başı aşağıda olması lazım olarkən dalı aşağıda isə bu sağrı gəlişi adlanır. Hamiləliyin ilk aylarında və orta aylarında tərs dayandığı görülən körpələr əksəriyyətlə son aya qədər dönürlər və düz mövqeyə gəlirlər. Sağrı inkişafı, doğuş zamanı yaxınlaşmış hamilələrin 3-4 %-inda müşahidə olunur.
Davamı →

Hamiləlik zamanı varikoz

Əfsuslar olsun ki, hamilə qadınların əksəriyyəti varikoz xəstəliyinin risk qrupuna daxil olurlar. Bunun səbəbi əsasən aşağıdakılardır:
— çəkinin tez bir zamanda artması və bunun nəticəsində isə aşağı ətraflara düşən yüklənmənin artması;
— hamilə qadınların az hərəkətli və oturaq həyat tərzi sürmələri;
— ölçüləri artmaqda olan uşaqlığın kiçik çanaq damarlarına olan təzyiqi;
— damarlarda dövr edən qan kütləsinin artması və s.

Davamı →

Hamiləlik zamanı qadında baş verən dəyişikliklər

  • Qadın
— Hamiləlik zamanı qadının immun sistemi zəifləyir. Bu hamiləliyin saxlanması və normal inkişafı üçün olduqca vacibdir.

İmmun sistemimizin əsas vəzifəsi orqanizmə düşən yad hüceyrələri tapıb zərərsizləşdirməkdir. Yeni həyatın əmələ gəlməsində həm ananın, həm də atanın hüceyrələri iştirak edir. Atanın hüceyrəsi ana orqanizmi üçün yaddır və ananın immun sistemi onu potensial təhlükə kimi qəbul edə bilər. Bu səbəbdən körpəni müdafiə etmək üçün ananın orqanizmi öz immun sistemini qismən zəiflədir.
Davamı →

Hamilə qadınlar

Hamiləliyin normal cərəyan etməsi və əmələ gələ biləcək bir sıra mürəkkəbləşmə hallarının qarşısının alınması üçün əsas şərt rasional rejimə riayət edilməsidir. Hamiləlik dövründə qadın üçün həyata keçirilməsi zəruri olan bütün tədbirlər hər bir ayrı-ayrı halda fərdi olaraq tətbiq edilir.
Hamiləliyin axırıncı aylarında qarnın düz əzələlərinin aralanmasının qarşısını almaq məqsədilə qarnın möhkəm saxlanması üçün bel bandajı tətbiq edilməlidir. Bandaj taxılması və bağlarının bağlanması arxa ü stə uzanma vəziyyətində keçirilir. Xüsusi olaraq, qarnın ölçü və həcminə görə seçilmiş bandaj hamiləlikdən sonrakı dövrdə də taxılmalıdır.
Hamilələrdə venaların varikoz genəlməsibaşlıca olaraq aşağı ətraflarda müşahidə edilir, lakin xarici cinsiyyət üzvləri və uşaqlıq yolu sahəsində də ola bilər.
Davamı →