Hamiləliyə hazırlıq

Hamiləlik zamanı baş verə biləcək fəsadların və müxtəlif inkişaf qüsurları ilə doğula biləcək uşaqların sayını mümkün qədər azaltmaq üçün hamiləliyə əvvəlcədən hazırlaşmaq lazımdır. Bu hər 2 iştirakçı tərəfə, yəni qadın və kişiyə aiddir.

Tərəflər ilk növbədə qan qrupu və rezus-faktorlarını müəyyən etməlidirlər.

Belə ki, qadının qanı rezus-mənfi, kişinin qanı rezus-müsbət olarsa, hamiləlik zamanı rezus-konflikt baş verməsi müayinəsi ilə müəyyən etmək tələb olunur. Belə ki, əgər qadin hamiləiyə qədər süni uşaqsalma, cərrahi əməliyyatına məruz qalıbsa, ona qan köçürülübsə və ya hamiləlik 1-ci deyilsə, onun qanında xüsusi rezus-anticisimlərin (əks-cisimciklərin) əmələ gəlmə ehtimalı olur.

Hamiləlikdən qabaq qadın və kişinin QİÇS, hepatit B və C, sifilis, xlamidioz, toksoplazmoz, mikoplazmoz, sitomeqalovirus, herpes (I və II tip sadə herpes virusları), məxmərək və digər infeksion və virus xəstəliklərinin laborator müayinəsindən keçmələri də məsləhət görulur. Müayinələrin nəticələri həkimə təqdim edildikdən sonra, tələbat olduğu halda, hamiləliyə qədər olan müddət ərzində müalicə kursu almaq və peyvəndlərin (missal üçün, məxmərəyə, B hepatitə qarşı) olunması lazım ola bilər.
Ardı →

Hamiləlik və peyvəndlər

Hamiləliyə hazırlıq dövründə qadına bəzi peyvəndlərin vurulması lazım ola bilər.

Uşaqlar və əksər hallarda böyüklər üçün yüngül hesab edilən məxmərək xəstəliyi hamiləlik zamanı yoluxan qadınlar üçün çox təhlükəlidir. Hamiləlik dövründə ananın məxmərəklə xəstələnməsinin nəticəsi olaraq doğulan körpədə katarakta, ürək qüsurları, karlıq, bədən sümüklərinin, qara ciyər, dalaq və sidik-cinsiyyət orqanlarının inkişaf qüsurları, sinir sisteminin, xüsusilə baş beyinin zədələnmələri kimi müxtəlif patoloji hallar baş verir.

Hamiləlik dövründə məxmərək xəstəliyinə yoluxmanın əsas profilaktikası — hamiləliyə hazırlıq dövründə bu xəstəliyə qarşı peyvəndin edilməsindən ibarətdir. Məxmərək xəstəliyinə qarşı peyvəndin edilməsinə qərar verməzdən əvvəl, sizdə bu infeksiyaya qarşı immunitetin olub-olmamasını yoxlamaq məqsədi ilə qanda məxmərək viruslarına qarşı anticisimlərin müəyyən edilməsi üçün xüsusi laborator müayinədən keçmək lazımdır.
Ardı →

Gələcək analar üçün 7 "olmaz"

Xaricdə istirahət etmək olmaz
Әnənəvi olaraq, hesab edilir ki, hamilə qadın təyyarə ilə uçmamalı və iqlim dəyişməməlidir. Birinci bəndə gələrkən, həqiqətən də ehtiyatlı olmaq lazımdır. Lakin hamiləlik normal keçdikdə, 24‐26 həftəyə qədər təyyarə ilə rahat uçmaq olar.

Hamiləliyin sonuncu müddətlərində aviasəyahətlər artıq məsləhət deyil. Uçuş zamanı atmosfer təzyiqinin kəskin dəyişməsi baş verir. Hamilə qadın aşağı təzyiq zonasına düşərkən, vaxtından əvvəl doğuş riski əmələ gəlir. Sağlamlıq ilə əlaqədar olan əlavə problemlər vəziyyəti bir qədər də ağırlaşdırır.

Bəzi hallarda hamilələr yüksək meteohəssalığa malikdir və hətta adi hava dəyişməsinə reaksiya verir. Hamiləliyin pozulması təhlükəsi olan qadınlar daha çox hava proqnozlarına diqqət yetirməlidir. Sinoptiklər aşağı təzyiq vəd edirsə, o gün hamilə qadının evdə qalması və istirahət etməsi məsləhətdir.

İqlimə gəldikdə isə, burada da çox şey qadının sağlamlığından asılıdır. Әlbəttə, Bakı qışından Tailanda, yaxud Dominikan Respublikasına getməyə dəyməz. Misirdə isə gələcək anaya daha xoş olacaqdır. Lakin belə eksperimentlər yalnız sakit hamiləlik zamanı mümkündür. Әks halda, yumşaq Qara dəniz və ya Aralıq dənizi iqlimi ilə məhdudlaşmaq lazım gələcəkdir. İstirahət etmək üçün ən əlverişli mövsüm erkən yay və ya payızdır.
Ardı →

Hamilə qadınlar üçün ideal qarderob

Hamilə qadının qarderobunun necə göründüyü barədə nə vaxtsa düşünmüsünüzmi? Burada heç də həmişə həcmli koftalar və ya geniş cinslər əsas olmur. Müasir dünyada bir çox hamilə qadınlar “sağlam qidalanma” obrazını əsas tutaraq, nəticədə artıq çəki almaqdan qurtulurlar. Bəs məşhurlar geyim seçimində nələrə üstünlük verirlər? Buro 24/7 redaksiyası qadın bədənini ən gözəl şəkildə vurğulayan və eyni zamanda gizlədən ən doğru obrazları seçib.

Keyplər və over-size paltolar, axıcı siluetləri olan boş geyimlər və hündür beli olan ətəklər, rezinli şalvarlar və boş cinslər, geniş sviterlər, bluzkalar və kişi biçimli jaketlər hamilə məşhurların qarderobunun əsas geyimləridir.
Ardı →

Çoxdöllü hamiləlik

İnkişafın ən erkən dövrlərində mayalanmış döl yumurtası iki (üç, dörd, beş) eyni hissəyə bölünə bilər. Bunların hər biri müstəqil səkildə böyüməyə başlayır. Belə əkizlərə bir yumurta əkizləri və ya monoziqot əkizlər deyirlər.

Onlar eyni cinsli, eyni qan qruplu, xarici görkəmcə və xasiyyətcə çox oxşar olurlar. Hətta çox vaxt eyni xəstəliklə eyni vaxtda xəstələnirlər.

Əgər yumurtalıqda eyni vaxtda bir neçə yumurta hüceyrəsi yetişərək müxtəlif spermatozoid tərəfindən mayalanarsa, uşaqlıq daxilində bir neçə embrion ola bilər. Belə əkizlər müxtəlif yumurta əkizləridir. Bu əkizlər bir-birindən müxtəlif vaxtlarda doğulmuş bacı-qardaş kimi fərqlənir, çünki genetik quruluşlarına görə onlar tamamilə müxtəlif adamlardır. Onlar həmçinin müxtəlif qan qrupuna, cinsə, xarici görkəmə və xasiyyətə malikdirlər.

Bir yumurta əkizlərinin dünyaya gəlməsi təsadüfi haldır. Statistik məlumatlara görə müxtəlif ölkələrdə onun rast gəlmə ehtimalı təqribən eyni olub hər 1000 doğuşa təqribən 3–4 sayda olması nisbətindədir. Müxtəlif yumurta əkizlərinin doğulma ehtimalı isə, insanın genlərində “proqramlaşdırılır”. Məlumdur ki, insanın qohumlarında əkiz uşaqlar (söhbət ancaq müxtəlif yumurta əkizlərindən gedir!) anadan olmuşsa, həmin ailədə də çoxdöllü hamiləliyin ola bilməsi ehtimalı başqa ailələrə nisbətən bir neçə dəfə artmış olur.
Ardı →

Hamiləlik zamanı yuxusuzluq

  • Qadın
Hamiləlik zamanı qadınların çoxunda ilk günlərdən yuxusuzluq müşahidə edilir. 2-ci üç aylığında bu hal keçib gedir və hamiləliyin sonuna yaxın yuxusuzluq qadınlar üçün yenidən ciddi problemlərdən birinə çevrilir.

Yuxusuzluğa “qalib” gəlmək üçün aşağıdakılara riayət edin:

— gərginlikdən uzaq olun. Gün ərzindəki yorğunluq çox vaxt rahat yuxuya getməyə əngəl olur;

— siz gündüzlər yatmağa öyrəşmişsinizsə, bu adətdən bir neçə günlüyə imtina edin. Bu zaman gecə yuxusu daha dolğun olacaq;

— yuxudan əvvəl ağır yemək yeməyin;
Ardı →

Hamiləlik dövründə anemiya

Hamilə qadınlarının bir çoxlarında hamiləliyin 2-ci və xüsusən də 3-cü trimestrlərində (3-aylığında) anemiya inkişaf edir. Anemiyanı «qanazlığı» da adlandırırlar.

Lakin bu o demək deyil ki, anemiyadan əziyyət çəkən insanda qan həqiqətən azdır. Qanın miqdarı normal olur, lakin qanın tərkibində olan hemoqlobin zülalının və eritrositlərin (qırmızı qan hüceyrələri) miqdarı azalmış olur.

Anemiya özünü necə büruzə verir? Bir çox hallarda hamiləlik dövründə qadınlarda ümumi zəiflik, təngnəfəslik, baş gicəllənməsi, özündən getmə kimi hallar baş verir. Bəzi hallarda isə anemiyanın daha ciddi əlamətləri də (saçların tökülməsi, dırnaqların kövrəkləşməsi, ağız bucaqlarında çatların yaranması, əllərin içəri səthinin və burunun altında olan üçbucağın bir qədər saralması) meydana çıxa bilər. Hamiləlik dövründə qadınlarda ağır formalı anemiyalar olduğu halda, onlarda ürəkdöyünmə ilə müşayət olunan ürək çatışmazlığı, bədəndə şişkinliklərin yaranması, arterial təzyiqin enməsi kimi əlamətlər də yarana bilər.


Ardı →

Hamiləlik müddəti və əlamətləri

Qadınlarda hamiləlik orta hesabla 9 təqvim (10 mama) ayı, başqa sözlə, 40 həftə (280 gün) davam edir. Hamiləliyin başlanğıcı son menstruasiyanın (aybaşı) ilk günündən hesablanır.

Ancaq bu zaman ovulyasiyanın (mayalanmaya hazır olan yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) günü dəqiq məlum olmadığı üçün bu üsulu da dəqiq hesab etmək olmaz.

Hamiləliyin başlanğıcı həmçinin dölün tərpənişinin ilk günündən hesablamaqla da müəyyən etmək olar. Belə ki, bu təxminən 1-ci hamiləliyin 20-ci həftəsinə, təkrar hamiləliyin isə 18-ci həftəsinə təsadüf edir.

Hamiləlik qadın yumurta hüceyrəsinin kişi yumurta hüceyrəsi (spermatozoid) ilə uşaqlıq borusunda birləşməsindən — mayalanmadan başlayır. Mayalanmış yumurta hüceyrəsi bölünməyə və uşaqlıq borusu ilə hərəkət etməyə başlayır və 7-8 gün ərzində uşaqlıq boşluğuna çatır. Bölünmə yolu ilə artan və “blastomer” adlanan hüceyrələr kompleksi ifraz etdikləri fermentlərin təsiri ilə uşaqlığın selikli qişasını əridərək oraya implantasiya olurlar (birləşirlər). Əgər mayalanmış yumurta hüceyrəsi uşaqlığa deyil başqa yerə (uşaqlıq borusu, yumurtalıq və ya qarın boşluğuna) implantasiya edirsə, bu zaman patoloji hal sayılan uşaqlıqdankənar hamiləlik baş verir ki, bu da mütləq cərrahi müdaxilə tələb edir.
Ardı →

Hamiləlik zamanı dəridə olan problemlər

Hamiləlik zamanı qadının bütün orqanizmi müxtəlif dəyişikliklərə uğrayır. Dəri də burada istisna deyil.

Hamiləliyin, demək olar, ilkin müddətlərində qadının dərisində piqmentasiya artır. Bunun da nəticəsində qadının üzündə və boyun hissəsində müxtəlif ölçülü və formalı piqment ləkələri əmələ gəlir. Əsasən belə ləkələr qadının alnında, burnunda, dodağın altında olur. Həkimlərin müşahidələrinə əsasən, belə piqment ləkələri hamilə qadınların 90%-ndə əmələ gəlir.

Qarabuğdayı qadınlarda belə piqmentasiya daha tez-tez hallarda olur. Bu ləkələrdən qorxmaq, utanmaq və xüsusilə də onlarla mübarizə aparmaq lazım deyil. Uşaq dünyaya gəldikdən sonra piqment ləkələri tez bir zamanda yox olacaq.


Ardı →

Hamiləlikdə saç tökülməsi

  • Qadın

Hamiləlik dönəmində saç tökülməsinə tez-tez rast gəlinir. Mütəxəssislər hamiləlikdə saç tökülməsinin qarşısını almaq üçün bəzi məsləhətlər verir.

Hamiləlikdə hormonlardakı dəyişikliklərə və xüsusiyyətlərə ostrojenə bağlı olaraq saçların uzanması müddəti artır. Doğuşdan sonra bir çox hamilə qadınların saçları tökülməyə başlayır.

Dermatoloq Ersoy Hazneci doğuşdan 6 sonra saç tökülməsinin dayandığını və saçın gurlaşmağa başladığını söyləyir. Lakin hamiləlikdən sonra saç tökülməsi əvvəlki gurluqda və qalınlıqda olmaya bilər. Hamiləlikdə vücudda tüklənmə də hormonlara bağlı olaraq arta bilər.

Doğuşdan sonra 6-9 ay ərzində bu tüklər də itir. Hamiləlikdə bu tüklərdən xilas olmaq üçün təraş və mum üsulundan istifadə edə bilərsiniz. Ancaq tük tökücü kremlərin istifadə edilmək ziyandır və qadağandır.


Ardı →