Hamiləlik zamanı dəridə yaranan çatlardan necə xilas olmaq olar?

  • Qadın
Hamiləlikdə, yaxud kökəlib arıqladıqda dəridə çatlarla rastlaşırıq. Bəzi dərilər elastik olur, bu tip dərilər çatlamır. Dərinin çatlamaması, gözəl olması üçün gündəlik 2.5-3 litr su və duş qəbul edilməlidir. Dəri çatlarına əsasən hamiləlik zamanı rastlaşılır. Belə olduqda hər zaman istifadə etdiyimiz kimi dərinin elastikliyini qorumaq üçün kimyəvi qatqılı kremlərdən yox, təbii yağlardan istifadə etmək lazımdı.

Ardı →

Hamiləlikdən sonra kiloların atılması

Qidalanmağınıza diqqət edərkən həm südünüzü artıra bilər, həm də hamiləlik kilolarınızdan xilas ola bilərsiniz!

9 ay həyəcanla gözlədiyiniz körpənizi qucağınıza götürdünüz. Ancaq bir tərəfdən də körpəmi südümlə bəsləyə biləcəyəmmi və hamiləlik dövrü boyunca aldığım kilolardan xilas ola biləcəyəmmi narahatlığı da başlayır. 

Ardı →

Hamiləlik zamanı idmanın faydaları

Hamiləykən məşq etmək əhəmiyyətlidir. Hamiləlik müddətində edilən idman qadınla bərabər körpə üçün də çox faydalıdır. Məşğul olduğunuz idman növünə diqqət edin.

Yoga
Yogadaki bəzi mövqelər hamiləlikdə qətiyyən edilməməlidir. Bu səbəblə dərsləri yalnız hamilələrə xüsusi yoga dərsləri verən təcrübəli müəllimlərdən götürməlisiniz. Bu dərsləri hər yerdə çox asanca tapa bilərsiniz. 
Ardı →

Hamiləlik zamanı stomatoloji problemlər

Bu gün müasir stomatologiyada hamiləlikdə yaranan ağız boşluğu problemləri və onların həlli üsulları önəmli yer tutur. Günümüzün şərtlərində uşaq sahibi olmağı düşünən şəxslərin diqqət etməsi lazım olan bir çox ünsürlər vardır. Hamiləliyin əvvəlində fol turşusu əsaslı, hamiləlikdə isə Ca, Mg və s. minerallarla zəngin həblərin dölə və anaya müalicəni davametdirici məqsədlə tövsiyəsi aktual məsələlərdəndir. Bütün bu kompleksləri təbii qidalarla və bitki mənşəli həblərlə əvəz etmək heç də pis olmazdı. Çünki mineral balansın pozulması bilavasitə ana namizədə stomatoloji problemlər yaradacaq. Bunun üçün də ilk növbədə hamilə xanım detallı stomatoloq müayinəsindən keçməlidir, diş əti, selikli qişada olan problemlər öyrənilməlidir. Bundan sonra isə kariyesli, pulpitli və periodontiti olan dişlər və iltihabı olan diş əti müalicə edilməlidir. Müalicənin taktikasında təcili olmayan cəhdlər, məsələn, estetiklik və s. doğum sonrasına da buraxıla bilər.

Hamiləlikdə hormonal disbalans nəticəsində diş ətində “hamiləlik gingiviti”, yəni diş ətinin yayılmış iltihabi xəstəliyi çox müşahidə olunur. Bu zaman diş ətində tünd qızartı, ağrılar, keyimə hissi və qanamalar olur.

Qanamalar fırçalama zamanı daha da artır. Bu da hamilə xanımın bu proseduru yarımçıq kəsməsinə gətirib çıxarır. Gingivit artdıqca normal diş əti cibləri dərinləşir. Bura toplanan mikroblar (stafilokok, streptokok, aktinomiset, kandida göbələkləri) güclü qoxu yaradır və kariyoz proseslərə stimulyasiya verir. Bu bakteriyaların qana keçməsi anaya və inkişaf edən dölə nəzərəçarpacaq dərəcədə təsir edir.

Kariyoz proseslərin hamiləlik zamanı artmasını əvvəllər Ca2+ ionunun çatışmazlığı ilə əlaqələndirirdilər. Aparılan araşdırmalar bunun normal Ca həbi qəbul edən xanımlarda da olduğunu göstərir. Bu gün tibdə bu problemin əsas səbəbinin qalxanabənzər vəzin arxasında olan paratiroid vəzlərdə olduğu tapılıb. Bu düyü həcmində olan vəzlərin hormonu parathormon qanda kalsiumu sümüklərdən və dişlərdən ayırmaq hesabına artırır. Bunun nəticəsində dişlərdə destruksiya gedir, mikroflora isə kariyoz prosesə təkan verir. Eləcə də II-III trimestrlərdə intensivləşən gəyirmə və qusmalar zamanı mədə və onikibarmaq bağırsaq mühitləri (ferment və HCl) ağız boşluğuna evakuasiya olunur. Bu da mina qatında hidroksiapatitlərin dağılmasına səbəb olur. Bunun üçün xanımlar maarifləndirilməlidir. Gəyirmə və qusmalardan sonra ağız boşluğu ya ilıq su ilə, ya da müalicəvi Teasept çayı ilə mütləq yaxalanmalıdır.

Ardı →

Hamiləlik zamanı ürəkbulanması

Hamiləlik zamanı qadınların bir çox hissəsi ürək bulanması halları ilə üzləşir. Adətən ürək bulanması qadınlarda hamiləliyin əvvəlində olur və bu simptom baş vermiş hamiləliyin ən birinci simptomlarından sayılır.

Lakin əgər qadın bu hallarla üzləşmirsə, narahat olmağa dəyməz. Bəzi qadınlar hamiləliyin əvvəlindən axırına kimi ürəkbulanmasını hiss etmir. Bu heç bir «anormallığın» əlaməti deyil, əksinə bu əsl müvəffəqiyyətdir.

Onu da nəzərinizə çatdıraq ki, əgər hamiləliyin ilk həftələrində (10-cu həftəsinə kimi) qadında ürəkbulanması hissi birdən tam yox olarsa (dünən var idi, bu gün isə yoxdur), bu hamiləliyin pozulmasından xəbər verə bilər. Bu halda mütləq həkimə müraciət etmək və USM-dən keçmək lazımdır.

Adətən ürəkbulanması hamiləliyin 5-ci-6-cı həftəsində başlayır və 11-ci-12-ci həftələrində tam yox olur. Bəzi hallarda isə bu hal hamiləliyin 16-cı həftəsinə kimi davam edir (çoxdöllü hamiləlik zamanı, qadında mədə-bağırsaq sistemi xəstəlikləri olduqda və s.).


Ardı →

Hamiləlik zamanı ağrılar

Hamiləlik zamanı qadınların bir çoxu ağrılarla rastlaşır. Bəzən belə ağrılar hamiləliklə, bəzən isə digər xəstəlik və pozulmalarla bağlı olur.

Adətən qarın nahiyyəsində olan ağrılar qadınları çox narahat edir. Lakin bu heç də o demək deyil ki, hamiləlik təhlükə altındadır. Belə ağrılar mədə-bağırsaq sistemində olan pozulmalarla əlaqəli ola bilər. Ümumillikdə isə hamiləlik mədə-bağırsaq orqanların fəaliyyətinə güclü təsir edir. Böyüməkdə olan uşaqlıq bağırsaqları sıxır. Hamiləliklə bağlı olan proqesteron hormonunun artması da bağırsaqların normal fəaliyyətini pozur. Məhz bu səbəbdən hamilə qadınlar tez-tez qəbizlikdən və digər həzm proseslərin (qıcqırma, meteorizm və s.) pozulmalarından əziyyət çəkir. Qəbizlik ağrılara və ağırlıq hissiyyatının əmələ gəlməsinə səbəb ola bilər. Bu kimi hallarla mübarizə aparmaq üçün qadın hamiləlik zamanı düzgün qidalanmalı və gün ərzində 4-5 dəfə kiçik porsiyalarla qida qəbul etməlidir. Bundan əlavə hamilə qadın mümkün qədər çoxlu gəzməli və fiziki hərəkətlər etməlidir ki, bağırsaqların fəaliyyəti yaxşılaşsın.


Ardı →

Hamiləlik qadınları daha ağıllı edir

Hamiləlik qadınları daha ağıllı edir.
Mayami Universitetinin alimlərinin apardıqları araşdırma bu fikirləri deməyə əsas verir. Araşdırmalar nəticəsində bəlli olub ki, uşaq dünyaya gətirmiş qadınlar digər qadınlara nisbətən daha çox informasiya yadda saxlaya bilirlər.

Hamiləlikdən sonra qadınların yaddaşının zəifləməsi barədə sözlər şayiədən başqa bir şey deyil.
 
  Təcrübələrdə 10 aylıqdan tutmuş 2 yaşa qədər uşağı olan 35 nəfər qadın iştirak edib. Həmin qadınlara 10 saniyə ərzində üzərində simvollar olan şəkil göstərilib. Sonra qadınlardan xahiş olunub ki, yadda saxladıqları simvolları yazsınlar.

  Sonra üzərində əvvəlki simvolların da yer aldığı başqa kağız göstərilib. Qadınlardan xahiş olunub ki, əvvəlki vərəqdə olan simvolları da desinlər. Qadınlar bu tapşırıqların öhdəsindən uğurla gəliblər.
  
 Qeyd edək ki, hamiləlik dövründə qadınların orqanizmində bir sıra dəyişikliklər olur. Həmin vaxt baş beynin həcmi 5%-ə qədər azala bilər. Lakin doğuşdan 6 ay sonra hər şey dəyişir.
Davamı →

Uşağın cinsinin planlaşdırılması

İnsan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir.

Qadınların xromosom dəsti – 46XX, kişilərin – 46XY. 44 xromosom hər insanın bütün xüsusiyyətlərindən (gözlərin, saçların, dərinin rəngi, maddələr mübadiləsi və s.) məlumat daşıyır, qalan 2 xromosom isə – cinsi xromosomlardır.

Spermatozoid və yumurta hüceyrəsində 23 sayda xromosom olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom. Qadınlarda bütün yumurta hüceyrələrində yalnız bir X cinsi xromosomu (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidi isə ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).

Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti (genotipi) formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər.


Ardı →

Doğuşdan sonrakı depressiya

depressiyada olan qadınDoğuşdan sonrakı depressiya adından da göründüyü kimi, doğuşdan sonra yaranan bir depressiya növüdür. Depressiya bəzən hamiləlik zamanı baş verir, amma doğuşdan sonrakı depressiya olaraq adlandırıla bilməsi üçün bu depressiya qadın körpəsini dünyaya gətirdikdən sonra da davam etməlidir. 
Doğuş sonrası depressiya körpə dünyaya gətirmiş hər 100 qadından 10-15nin məruz qaldığı bir durumdur. Bir çox qadın bu məsələ ilə bağlı duyğu və düşüncələrini başqaları ilə paylaşmadığından dolayı əsl rəqəmlər əslində bundan daha çox da ola bilər.
Doğuş sonrası depressiyanın əlamətləri hər depressiya ilə demək olar ki eynidir. Bu, özünü pis hiss etmə və gündəlik həyatda olan şeylərə qarşı istəksizlikdir. Tək fərq, bu əlamətlərin doğuşdan sonrakı ilk 3 ay içində ortaya çıxmasıdır. Bəzən doğuşdan bir neçə ay sonra da depressiya başlaya bilər. Amma depressiya doğuşdan bir il sonra başlayıbsa buna doğuşa bağlı depressiya deyə bilmərik.


Ardı →

Hamilə qalmaq üçün 6 gün

Mütəxəssislər övlad sahibi olmaq istəyən cütlüklərin cinsi həyatlarını yenidən proqramlaşdırmasını tövsiyə edir.
 Onların fikrincə, hamilə qalmaq istəyən qadınlar üçün bir ay boyunca 6 gün çox əhəmiyyətlidir. Qadının hamilə qalması üçün ən uyğun dövr menstruasiyanın ilk günündən etibarən 11-17-ci günləri arasıdır. Bu günlərdə hamilə qalma şansının artdığı deyilir.
 Mütəxəssislər planlaşdırılmış hamiləliyin həm ana, həm də körpə üçün sağlam olduğunu söyləyir: “Əvvəlcə qadın fiziki və ruhi baxımdan analığa hazır olmalıdır. Xüsusilə hamilə qalmamaq üçün həblərdən istifadə edən qadınlar ən az 3 ay əvvəl həbləri buraxmalı, keçən müddətdə nəzarətli cinsi əlaqədə olmalıdır. Hamilə qalmazdan 2 ay əvvəldən başlayıb, hamiləliyin ilk 3 ayında da davamlı olaraq gündə 0,4 mg. fol turşusundan istifadə körpədə sinir sistemində problem olma ehtimalını 80 faiz azaldır. Əgər ananın daha əvvəl belə problemli körpəsi olubsa, fol turşusundan istifadə gündə 4 mg-ya çatdırılmalıdır”.
Davamı →