Hamiləlik və laktasiya dövründə COVID-19 riski

Hamiləlik zamanı qadın orqanizmində bir sıra hormonal dəyişikliklər baş verir ki, bu da dolayı yolla immun sisteminin zəifləməsinə, orqanizmin bakterial və viruslu xəstəliklərə qarşı həssaslığının artmasına gətirib çıxarır. İmmun sistemi orqanizmin yad cisimlərə qarşı təbii müdafiə reaksiyasıdır.
Hamiləlik dövründə ananın immun sisteminin zəifləməsi və ana bətnindəki körpənin immun sisteminin hələ tam inkişaf etməməsi bir sıra bakteriya və viruslara qarşı yoluxma riskini artırır. Bu səbəbdən hamilə qadınların özlərini virus və infeksiyalardan qoruması olduqca vacibdir.

Davamı →

Sağrı gəlişi, körpənin tərs gəlməsi

Bu vəziyyət normalda doğuş kanalına başı ilə girməli olan uşağın anormal olaraq bud və ya ayaqları ilə girməsidir. Yəni normalda ana bətnində uşağın başı aşağıda olması lazım olarkən dalı aşağıda isə bu sağrı gəlişi adlanır. Hamiləliyin ilk aylarında və orta aylarında tərs dayandığı görülən körpələr əksəriyyətlə son aya qədər dönürlər və düz mövqeyə gəlirlər. Sağrı inkişafı, doğuş zamanı yaxınlaşmış hamilələrin 3-4 %-inda müşahidə olunur.
Davamı →

Hamiləlikdə fol turşusu

Hamilə qalmazdan əvvəl fol turşusunun əhəmiyyəti
Əgər siz gələcək aylarda hamilə qalmağı planlaşdırırsınızsa, fol turşusu əlavələri qəbul etmək yaxşı olardı.  Fol turşusu hamiləliyin ilk mərhələlərində körpənizin onurğa və beyninin sağlam inkişafı üçün çox vacibdir. Kifayət qədər fol turşusu qəbul etməsəniz, körpənizdə spina bifidanın yaranma təhlükəsini artırırsınız (onurğa sütununun hamiləliyin ilk ayında bağlana bilməməsi) Həmçinin, fol turşusu bol olan qidaları da qəbul etmək əhəmiyyətlidir, çünki vitaminlər bütöv qidadan alındığı zaman daha yaxşı absorbsiya edilir və bitki fermentləri assimiliyasiyaya kömək edir.
Davamı →

Hamiləlik zamanı varikoz

Əfsuslar olsun ki, hamilə qadınların əksəriyyəti varikoz xəstəliyinin risk qrupuna daxil olurlar. Bunun səbəbi əsasən aşağıdakılardır:
— çəkinin tez bir zamanda artması və bunun nəticəsində isə aşağı ətraflara düşən yüklənmənin artması;
— hamilə qadınların az hərəkətli və oturaq həyat tərzi sürmələri;
— ölçüləri artmaqda olan uşaqlığın kiçik çanaq damarlarına olan təzyiqi;
— damarlarda dövr edən qan kütləsinin artması və s.

Davamı →

Hamilələrin məhəl qoymadığı test erkən düşük yaradır

Hamiləlik müddətində qadında bir sıra xəstəliklər baş qaldıra bilər. Bu, hormonal dəyişikliklərlə əlaqəlidir.
Bəziləri belə problemlərə ciddi yanaşsa da, buna məhəl qoymayanlar da mövcuddur.
Hamiləlik zamanı ən çox rastlanan belə problemlərdən biri hipotireozdur, yəni qalxanabənzər vəzin funksiyasının aşağı olması (TSH yüksəkliyi). Bu problemə məhəl qoymadıqda isə istənilməyən nəticələr baş verə bilər.
Davamı →

Hamiləlik zamanı qadında baş verən dəyişikliklər

  • Qadın
— Hamiləlik zamanı qadının immun sistemi zəifləyir. Bu hamiləliyin saxlanması və normal inkişafı üçün olduqca vacibdir.

İmmun sistemimizin əsas vəzifəsi orqanizmə düşən yad hüceyrələri tapıb zərərsizləşdirməkdir. Yeni həyatın əmələ gəlməsində həm ananın, həm də atanın hüceyrələri iştirak edir. Atanın hüceyrəsi ana orqanizmi üçün yaddır və ananın immun sistemi onu potensial təhlükə kimi qəbul edə bilər. Bu səbəbdən körpəni müdafiə etmək üçün ananın orqanizmi öz immun sistemini qismən zəiflədir.
Davamı →

Sağlam hamiləliyə hazırlıq

Uşaq planlaması və döllənməyə hazırlıq cütlüklər üçün xüsusi ərəfə olmalı, kişi-qadın ən azı 2 il əvvəldən öz həyat tərzi və sağlamlıqlarında dəyişiklik etməklə, sağlam uşaq dünyaya gətirmək üçün ciddi işlər görməlidir. Bura artıq çəki atmaq, arıqlamaq, siqareti azaltmaq, düzgün qidalanmaq və bəzi vitaminlərin defisitini aradan qaldırmaq aiddir.

Bir çox həkimlərin qoyduğu 3 ay vaxt, xüsusən fol turşusunun, D vitamini və s. tez-tələsik 2-3 aya qəbulu ilə kifayətlənmək düzgün deyil. 
Davamı →

Hamilələrdə sidik-ifrazat yollarının infeksiyaları

Hamiləlik zamanı ifraz olunan hormonların sidik-ifrazat yollarının, sidik axarlarının quruluşunu dəyişərək sidiyin böyrəklərə geri qayıtmasına səbəb olur.

Sidikdə olan infeksiyalar sadə sistitlə yanaşı ciddi böyrək xəstəliklərinə gətirib çıxara bilər. Belə hallar hamilələrdə tez-tez təsadüf edilir və vaxtında müalicə olunmazsa düşüklərə və vaxtından qabaq doğuşa səbəb ola bilər.

Hamilə qadınlar hamiləlik müddətində düzgün və sağlam qidalanmaları, bol su icməli və ən əsası daim həkim nəzarətində olmalıdırlar.
Davamı →

Hamiləlikdə qanaxmalar

Hamiləlik baş tutduğu andan qadın aybaşıdan kəsilir və qanaxma olduğu halda qadınlarda qorxu hissi, həyacan başlayır. Qanaxmaların bir necə səbəbi var, bunlardan bəziləri ciddi fəsadlara gətirə bilər.

Hamiləlik zamanı rast gəlinən 7 qanaxma səbəbi:
1. Cinsi əlagədən sonra olan qanaxma tez-tez rast gəlinən səbəblərdən biridi. Bu uşaqlıq boynunun hamiləlik hormonları təsirindən yumşalması nəticəsində olur, qısa müddətli, açıq çəhrayi, təkrarlanmayan şəkildə olur. Bu halda zərərsizdir. Uşaqlıq boynunda olan iltihabi proses belə halların olmasına gətirə bilər. Belə hal baş verdikdə həkiminizə müraciət etmək lazımdır. Uşaqlıq boynu yoxlandıqdan sonra hamiləliyin 12-ci həftəsindən sonra ehtiyac olan müalicəni ala bilərsiz.
Davamı →

Hamiləlikdə varikoz

Əfsuslar olsun ki, hamilə qadınların əksəriyyəti varikoz xəstəliyinin «risk qrupuna” daxil olurlar.

Bəs bunun səbəbi nədir?
— çəkinin tez bir zamanda artması və bunun nəticəsində isə aşağı ətraflara düşən yüklənmənin artması;
— hamilə qadınların az hərəkətli və oturaq həyat tərzi sürmələri;
— ölçüləri artmaqda olan uşaqlığın kiçik çanaq damarlarına olan təzyiqi;
— damarlarda dövr edən qan kütləsinin artması və s.

Bütün bunlar aşağı ətraf damarlarında qanın axmasını çətinləşdirir ki, bunun da nəticəsində onların genişlənməsi baş verir.
Davamı →