Eristika: mübahisədə qalib gəlmək haqda elm

Hər birimiz müxtəlif mübahisə və diskussiyalarda iştirak etmişik, buna görə də mübahisənin aparılmasının ümumi prinsipləri nəzəriyyəsiz də hamımıza məlumdur.

Mübahisə – rəylərin, mövqelərin toqquşmasıdır, mübahisənin gedişi zamanı tərəflərdən hər biri müzakirə olunan problem haqda anlayışını dəlillərlə əsaslandıraraq müdafiə edir və əks tərəfin rəyini inkar etməyə çalışır. 

Mübahisə – ziddiyyət yaradan məsələlərin aydınlaşdırılması və həlli üçün, hələ tam aşkar olmayan və inamlı əsasını tapmayan məfhumun anlaşılması üçün mühüm vasitədir.Hətta əgər mübahisənin iştirakçıları sonda razılığa gələ bilmirlərsə belə, mübahisə gedişində onlar həm qarşı tərəfin, həm də özlərinin mövqelərini daha yaxşı aydınlaşdıra bilirlər.
Davamı →

Kim haqlıdır?

Professor konfrans salonuna girdi. Ancaq salonda ilk sırada oturan bir qocadan başqa heç kim yox idi. İstər-Lecture-hallistəməz çıxış edib-etməmək barədə tərəddüd etdi. Buna görə də, qocadan:

— Burada yeganə adam sizsiniz. Sizə görə mən çıxış etməliyəm, yoxsa etməməliyəm? — deyə soruşdu.

Qoca cavab verdi:

— Oğlum, mən adi bir mehtərəm. Ona görə də, bu məsələləri o qədər də başa düşmürəm. Ancaq əgər axıra getsə idim və bütün atlarımın qaçdığını, bir atımım qaldığını görsə idim, yenə də ona yem verərdim…


Ardı →

Mübahisə

mubahisəMübahisə həyatımızın qaçılmaz parçasıdır. Evdə, işdə, küçədə mübahisə edən adamlara rast gəlirik. Mübahisə edən adam içini, xarakterini gizləyə bilmir, necə varsa, elə də görünür. Baxırsan ki, birisi boğazının damarları şişə-şişə danışır, bir az səsinin tonu, bir az əl-qol hərəkətləri, bir az da ordan-burdan gətirdiyi misallarla dediyini qarşı tərəfə məcburi də olsa, qəbul etdirmək istəyir.
Kənardan obyektiv münasibətlə o mənzərəni müşahidə edəndə yüksək səs tonu ilə mübahisə edənlərin söylədiklərinin yalandan başqa bir şey olmadığını açıq-aydın görə bilirsən. Əmin olursan ki, onunku həqiqəti ortaya çıxarmaq yox, sadəcə olaraq, inadını qəbul etdirməkdir.

İndi təsəvvür edin ki, o yüksək səslə danışan adamın yerində sizsiniz və onu da təsəvvür edin ki, kənardan baxana necə görünürsünüz.
Necə görünəcəksiniz?
— Əlbəttə ki, pis!
Hər işdə olduğu kimi, mübahisə etməkdə də bir ədəb, bir üslub var. Allah-Təala Qurani-Kərimdə bu haqda belə buyurur:
“Əhli-kitabla mübahisə edərkən ən gözəl şəkildə və üslubda mübahisə edin”.


Ardı →