Kim daha uğursuzdur?

Hökmdar adamları ilə səhər tezdən ova çıxmışdı. Qarşıda hökmdar, arxada isə adamları gedirdilər. Bu vaxt qarşılarına yoxsul bir adam çıxdı. Hökmdar bu adamı görər-görməz atından yıxıldı. Qalxar-qalxmaz bu əmri verdi:

-          Dərhal bu adamın boynunu vurun.

Yoxsul adam hörmətlə diz çökdü və hökmdardan:

-          Ölümə layiq olmaq üçün nə etdim? – deyə soruşdu.

Hökmdarın cavabı isə qısa və konkret idi:

-          Çox güman ki, sən pis və uğursuz adamsan. Çünki səni görər-görməz atımdan yıxıldım. Bu qədər uğursuz adam ancaq ölümə layiqdir.

Yoxsul adam yenə hörmətlə hökmdara dedi:

-          Siz də mənim kimi səhər tezdən yola çıxdınız. Sizin gördüyünüz ilk adam mən idim, mənim gördüyüm ilk adam isə siz idiniz. Siz məni gördükdən sonra atınızdan yıxıldınız. Mən isə sizi gördükdən sonra öldürüləcəyəm. İndi siz deyin, kim daha uğursuzdur, siz, yoxsa mən?

Hökmdar adamın bu cəsur və ağıllı sözləri qarşısında qəhqəhə çəkdi və ona bir kisə qızıl verərək yola saldı.

Mənbə: «Ailəm» jurnalı


Davamı →

Hazırcavablıq nümunələri

Rus opera sənətçisi Petrovun üzünü qırxan bir dəllək onun üzünü kəsmiş,Petrov da onun alkoqolik olduğunu bildiyi üçün işarə ilə demişdi:
-Bunlar hamısı araqdandır.
-Doğru buyurursunuz.Araq insanın dərisini xarab edir-deyə dəllək qarşılıqlı cavab vermişdir.

Fransızlar Fransa Elmlər Akedemiyasında işləyən məşhur rus alimi Miaxyıl Lomonosovu sevmir və tez-tez onu “sancmağa” çalışırdılar.Bir dəfə öyrədilmiş bir təlxək Lomonosovun cibinin deşik olduğunu görür və onun cibinə baxaraq: “Deşikdən alim görünür?”-deyə soruşur.Lomonosov isə halını pozmayaraq: “Yox,deşikdən axmaqlar baxır”,-deyə cavab verir…
Ardı →