Ürəkbulanma üçün Svartsman

Keçən il “Gündəyməz” saytında Abdulla İsmayıloğlunun mənim haqqında yazdığı “ŞvartsMan üçün ürəkbulanma” yazısı çap olundu.  Guya mənim tənqid edib. Halbuki məni yazılarımdan tanıyanlar tənqidlə işim olmadığını bilir. Mən başqaları kimi tənqidçi deyiləm, hücumçuyam. Tənqid etmək dişilikdir, hücum etmək kişilik.

Davamı →

Bir qızın gündəliyindən – Çexovdan iki qısa hekayə

13 oktyabr. Axır ki, bizim də küçəmizdə bayramdır! Baxıram və gözlərimə inana bilmirəm. Pəncərəmin qarşısında hüdürboylu, yaraşıqlı, qarasaç, qaragöz bir oğlan var-gəl edir. Bığlarına söz ola bilməz! O, artıq beşinci gündür ki, sübh tezdən ta gecə yarısınacan gözlərini pəncərəmizdən çəkmir. Özümü elə göstərirəm ki, guya buna diqqət yetirmirəm.

Davamı →

Aminlə başlayan duamın yazısı

Ədəbi mühit də həyatın bir guşəsidir. Dəyişimləri, gəlişi-gedişi var bu aləmin də. Bir az da söz kürsüsüdür ədəbiyyat aləmi. Ürəyində sözü olanlar, Qələmə gücü çatanlar özlərində cəsarət tapıb sözlərini başqalarına da eşitdirmək istərlər. Ya da bu sonrakı mərhələ olur.
Müasir Azərbaycan ədəbiyyatı yenə öz ritmi ilə gələnləri qarşılayır, gedənləri yola salır. Haqqı çatmayanları zamanın ələyindən keçirib unutdurur, haqqı çatanları Haqqa çatandan sonra da fani dünyada belə əbədiyaşar edir əlahəzrət SÖZ. Bu yazımızda ədəbi cameədə maraqlı hekayələri ilə diqqət çəkməyi bacarmış Sumqayıt ünvanlı, Göyçə — Qaraqoyunlu kökənli gənc yazar Amin Namazlının barəsində fikirlərimi bölüşmək istədim.

Davamı →

Şahinlərin gözümdən tamam düşməsi haqqında

İgidin adını eşit, üzünü görmə.
Atalar məsəli

Hər gün səhər bir saat, saat yarım parkda piyada gəzirəm. Gəzməzdən əvvəl parkdakı quşları yemləyirəm. Evdən çıxanda özümlə üç-dörd dilim çörək, iki-üç ovuc çiy günəbaxan tumu götürürəm. Tumları bazardan alıram.
Həqiqətən quşları yemləmək çox əla məşğuliyyətdir. Adamın beyni dincəlir. Quşbazları indi başa düşürəm. Heyf ki, şəraitim yoxdur. Şəraitim olsaydı məmnuniyyətlə göyərçin saxlayardım.
Bəzən quşları yemlədiyim zaman quşlar qəfildən, həyacanla pərən-pərən düşürlər. Bir anda uçub dörd tərəfə dağılışırlar. Başım çıxmır niyə belə edirlər. Ətrafa diqqətlə baxıram. Gözümə heç bir şübhəli canlı dəymir.

Davamı →

Bakını niyə xaraba qoydular

Həmid Piriyevin hekayələrindəki razyana qoxusu çoxdan məni özünə çəkib, hələ Nərmin Kamal son müsahibəsində onun haqqında danışmamışdan, Seymur Baycan bu yaxında yazı yazmamışdan əvvəl.
Onun hekayələrini birinci dəfə oxuyanda Abşeronun, Bakı bağlarının havasını duymuşdum, qeyri-ixtiyari uşaqlığım yadıma düşmüşdü. Deyəsən, “Şaftalı çiçəkləri fəsli” adlanan həmin hekayəsini oxuyandan sonra Həmiddən müsahibə də götürmüşdüm.

Davamı →

Bumbuz qadın | Ömər Xəyyam

Ənvər Məmmədxanlının əziz xatirəsinə...

Gözləri küçəyə zillənmişdi, fəqət ağlı hardasa – lap uzaqda veyllənirdi.
Uzaqda deyəndə ki… polislər, hərbiçilər… – ağlı bir küçə uzaqlaşa, ya uzaqlaşmaya…
Çit pərdə qabarır, stula ilişib çırpınır, boşalıb çəkilir.
Güləndam kətan ağlarını, yastıq üzlərini, qırmızı naxışlı əl-üz dəsmallarını ipə asır, ağlar yellənir, Səmədin içində bir cüt qanad titrəyir.
Güləndam əyilir, qalxır…
Ağların arasında ağ xəyalın sirli-sehrli rəqsi…
Güləndam ağ quşa çevrilir, ağların arasından ağ işığa bülənd olur.

Davamı →

Toy gecəsi mahnıya görə döyülən gəlin

Hər gecəm oldu kədər
Qüssə-fəlakət sənsiz...

Nizami Gəncəvi

Toyu olsa da, içində sevinc yox idi. Yaxşı ki, adətə görə gəlin köçən qızlar özünü ağır aparmalıydı. Yoxsa o, sevinib-oynamamağını, atılıb-düşməməyini nəylə əsaslandıra bilərdi?! Dərdə-qəmə batdığından toy adamları xəbərsizdilər. Gəlin elə belə olur da. Başını aşağı salır, için-için düşünür, hətta kövrəlir, ağlayır. Oynatsalar, cəmi bir, ya iki dəfə oynayır. O da elə belə, yalandan. Yox, möhkəm dayanmışdı. Ağlamırdı. Hər gözünün üstündə gözəllik salonunda azı yarım saat işləmişdilər. Heyfi gəlirdi ağlayıb üzünü-gözünü yaman günə qoymağa. Gözünün qorasını tökməməyə çalışırdı, özünü bərk tuturdu. Hələ gözündəki linzalar! Hönkürə-hönkürə ağlamaq istəyirdi halbuki. Duvağını, üstündəki kirayəsi min manata olan gəlinlik paltarını söküb dağıtmaq istəyirdi. Xəyalında bunların hamısını eləyirdi də. Ətrafdakıların heyrət içindəki reaksiyalarını izləyirdi də.

Davamı →

Azərbaycanlı yazıçının əkiz qüllələrə həsr etdiyi hekayə

Qospitaldan çıxıb maşına tərəf getdi. Köhnə «06» «Jiquli»ydi. On beş il qabaq, səksən altıncı ildə, sovet vaxtı mühəndis işlədiyi zavodda növbəyə durub almışdı. Qapını açıb oturdu, qabaq oturacaqların arasından üstünə «taksi» yazılan lövhəni götürüb sol əliylə maşının damına bərkitdi.
Qospitala cərrahla görüşməyə gəlmişdi. Ortancıl qızı əməliyyat olunmalıydı. Hansı həkimin ağzını aramışdısa, xərcinin 300 dollardan az olmayacağını demişdilər. Hərbi cərrahı bir köhnə tanışı nişan vermişdi. «Həm işinin ustasıdır, həm də gözü tox adamdır», demişdi.

Davamı →

Selincerin fləşbəkləri

"Çox istəyirəm ki, imkan düşən kimi mənə bir cümlə belə olsa, cavab yazasınız".
Selincerin Unaya yazdığı çoxsaylı məktublardan biri bu cümləylə başlayırdı və o məkublar elə çox idi ki… Ta gəncliyindən başlayaraq müharibənin fəsilləri dəyişən günləri bitənə kimi.
Una iki yaşı olanda atası anasından ayrılır, bəlkə elə buna görə qız atasına ürəkparçalayan məktublar yazıb cavab almaması səbəbindən, sonralar "Çovdarlıqda uçurumdan qoruyan”ın müəllifini laqeyd şəkildə cavabsız qoyurdu.

Davamı →