Ruslan Mollayev “ Turist ”
— Heç narahat olmayın çantalarınız lap aylarla yadınızdan çıxıb burada qalsa kimsə onlara dəyməz. İndi sizi restorana aparacaqlar orda nuş eləyənəcən biz də veşlərinizi avtobusa yerləşdirəcəyik.
Beləcə, restoranın qapısını açıb içəri dəvət etdilər, masanın qarşısına gətirib, stulu çəkib rahatca əyləşdirdilər. Saatımı açıb xüsusi qutuya qoydular. Dərin qab gətirib rus sayağı əllərimi yuyub, qurutdular. Afisiyant belimə nalça qoyub, iki dəqiqəyə hər şeyin hazır olacağını bildirdi. Operativ işləsinlər deyə bütün restoran işçilərinin ayaqlarında rolik vardı. Məndən kənarda oturanlara diqqət yetirəndə gördüm ki, afisiyantın biri müştərinin əllərini, biri ciynini, digəri də başını sinəsinə sıxaraq ağzını açıb, dördüncü afisiyant da qaşıqnan kişinin ağzına yemək verir. Arxamda isə bir nəfər sakit sup içir, başının üstündə də bir nəfər əmr gözləyirmiş kimi dayanıb. Restoranda mənimlə birlikdə üç müştəri idik. Abu — hava xoşuma gəlmədiyi üçün masadan durub getmək istədim. Çiynimdən astaca, sanki sığallayaraq:
— Əyləşin yeməyiniz hazırdı, bu dəqiqə gəlir. – dedilər.
Baş afisiyant qarşıma gəlib baş əydi:
— Narahat olmayın, çantalarınız avtobusa yerləşdirilib. Siz bizim torpaqlara gəldiyiniz üçün biz çox məmnunuq. Bildiyiniz kimi biz dünyada qonaq pərvərliyimizlə seçilirik. Odur ki siz burada bizim gözəl təamlarmızdan dadmalısınız.
— Bu bizim dünyada çoxları tərəfdən mənimsənilmək istənilən milli yeməyimizdir. — dedilər.
– Siz nə danışırsınız?! Nə hesab? Bunlar hamısı sizə bizim hesabımızdandır. Bu torpaqlara gəldiyiniz üçün…
Təəccüb içində, təşəkkür edib restorandan çıxdım. İşçilər baş əyib məni yola saldılar.
— buyurun, bağışlayın saatınız. – deyib saatı uzatdı. Saatı götürüb, o adamı soruşdum,
— bu nə haldı? Niyə o adamı bu qədər yedizdirirlər? O artıq yemək istəmir axı.
— Elədir, deyib - bir dəfə də baş əyib çıxıb getdi. Kefim kök, uzaqdan suyu süzülə - süzülə gələn kəndlimizi görüb, daha da sevindim.
- Əlövsət sən burda neynirsən?! – soruşdum.
Yaxınlaşıb, gözlərini qıyaraq altdan yuxarı məni süzüb: ala buy, elli sənsən ?! Varrı olassan, tanımadım, lap turistlərə oxşayırsan. Ala bu nə saç – saqqaldı?! Eləbil Londondan gəlmisən. Şortikə, koftayazada bax.
Söhbət etdiyimizi görüb restoranın qapısı açıldı, rolikdə dörd nəfər bizi əhatəyə alıb, baş afisiyant üzünü mənə tutub dilləndi: Siz bizim doğma dildə danışa bilirsiniz?
Əlbəttə, mən elə sizlərdənəm də, bayaqdan ingilis dilində danışırsız, məndə sizin danışdığınız dildə cavab verirəm. Yeməklərə görə çox sağ olun, xeyli vaxt idi milli mətbəximiz üçün darıxmışdım. Pul da götürmədiniz, heç yaxşı çıxmadı.
Axı niyə? – soruşdum.
Baş afisiyant:
- Sizin yeməli olduğunuz yemək qalıbmış. – bildirdi.
6 sentyabr 2019 — cı il.
Davamı →