".........mən əminəm ki,hər nə olur olsun sən mənim əlimi buraxmayacaqsan"
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Cümə axşamı idi. Ella indicə Stiv-i görmüşdü və o çox xoşbəxt idi. Stivdən başqa, hamı bilirdi ki, Ella üç ildi onu sevir, ancaq heç vaxt ona deyə bilmirdi. İstər-istəməz, nə vaxt Stivi görürdüsə, o gülümsəyirdi. Stiv həmişə onun üzünü təbəssümdən əskik etmirdi. Hər gecə onun haqqında fikirləşərdi, və onların birlikdə olmasını arzulayardı. Ancaq bu gün, o daha çox xoşbəxt idi, çünki üç gündən sonra, Ellanın ad günü olacaqdı və o Stivi də dəvət edəcəkdi. Biologiya dərsindən sonra, Ellanın ən yaxın dostu, Ceyn Stivi bir yana çəkdi və Ellanın ad günü haqqında ona dedi. Ceyn ona dedi ki, Ella ilə dost kimi görüşə getsin. Ceyn ona dedi ki, Ella dünyanın ən xoşbəxt qızı olacaq, əgər sən bunu etsən. O soruşanda ki, niyə Ceyn ona hər şeyi dedi. O məmnuniyyətlə Ellanın ad günündə onu dost kimi restorana aparmağı qəbul etdi.
Yaşlı kasıb bir qadın var idi.Artiq o bu həyatdan tamamilə əlini üzmüşdü.Bu dünyada heç bir dayağı,köməyi yox idi.Sonunda o qərara gəlir ki, allaha məktub yazsın.Məktubu yazıb poçt qutusuna atır.Poçtalyon məktubları götürüb hamisini üzərində göstərilən ünvanlara payladı.Lakin onun əlində qalmış son mektubun üzerinde ünvan yox idi. Sadəcə bu sözlər yazılmışd«Allaha məktub''.Poçtalyon bu yazını oxuyub təəccüblənir və marağı ona üstün gəlir. O məktubu açıb oxuyur.Qadın yazdığı məktubda allahdan imdad diləyir 15manat pul istəyirdi.
Poçtalyonun bu mektubu yazan şəxsə yazıği gəlir və o,qərara alır ki,öz yoldaşları ilə birləşib şəxsin ehtiyacı olan pulu düzəltsinlər.Lakin pulun hamısını yığa bilmirlər.Onlar öz aralarında 14manat yığa bilirlər.Yığdıqları pulu zərfə qoyub üzərinə allahdan cavab yazırlar.Nəhayət zərf qadına çatır.Qadın zərfi açıb rəbbinə müraciət edir:
-Ya rəbbim sənə minnətdaram səsimi eşitdin.Ancaq səndən bir xahişimdə var.Mənim pulumu poçtalyonla göndərmə.Çünki o mənim pulumun üstündən 1 manat götürüb!