Kuklalaşan gənclərimiz - Mərhum rejossorumuz nə demək istəyirdi?

İnsan talelərinin tarixi hadisələr fonunda göstərilməsi Balkan kinematoqrafiyasının fövqəladə fəndlərindən biri kimi məni daim yaxşı mənada təəccübləndirib.
Heç biri siyasi instansiyaya xidmət etməyən, süni patriotizmdən uzaq orijinal insan taleləri müstəvisində tarixi hadisələrin həlli texnikasını gördükdə təəssüflənib eyni motivi kino sənətimiz üçün arzulamışam. Hətta, qürublara zilləndiyim qərib axşamlarda bu motivdə mətn işləməyə niyyətlənib uzun-uzun düşünmüşəm.

Davamı →

Aləmi bürüyən ədəbiyyat ətri

Dünən Sərdar Aminlə həmişəki kafedə oturub çay içirdik. Samirə Əşrəfin hekayəsinin tərsin, avandın çevirir, yazıçılığın verdiyi impulsdan danışırdıq. Söhbətin şirin yerində uşaq üzlü, ancaq cüssəli gənc xanım stolumuza yaxınlaşdı. Kafe-kafe, adam-adam gəzməkdən üz-gözü tər içində, əlində ətir dəstəsi… Yaxınlaşan kimi aləmi ətir qoxusu götürdü, xanımın təri, səliqəsiz geyimi yaddan çıxdı. Hiss etdim ki, kafedə ətir alan olmayıb. Əl atıb birini seçdim, alıb Sərdara bağışladım. Qız o qədər yorğun idi, kiminsə ətir alıb-almaması artıq ona maraqlı deyildi…

Davamı →

Rasim Qaraca - Yazmamaq mədəniyyəti

Elçinin bir hekayəsinin təhlili
Müasir milli ədəbiyyatımızın hekayə ustalarından söz düşəndə ilk sıralarda Elçin Əfəndiyevin adı çəkilir. Xaricdə çap olunan hekayə antalogiyalarında da Elçinin adını Anardan sonra hər zaman ikinci sırada görmüşəm. Lakin mən özüm, artıq adı mifləşmiş olan bu yazıçının əsərlərini sonuncu dəfə ən azı 30 il bundan əvvəl oxumuşam. Kulis.az saytında bu yaxınlarda yayınlanmış bir hekayəsi (“Ağadadaşın kişi sözü”) təsadüfən qarşıma çıxanda, vaxtilə mənim şeirlərimə yazdığı tərifli sözlərə bir qarşılıq olsun deyə xoş məramlı bir şeylər yazmaq məqsədilə oxumağa başladım… Oxumağa başladım, amma tezliklə xəyal qırıqlığına uğradım. Oxuduğum hekayə sadəcə yazı vərdişi olan və  yazmağa pataloji həvəsi olan birinin cızmaqarasından başqa bir şey deyildi. Azərbaycanda hekayə janrının görkəmli nümayəndəsinin, xalq yazıçısının nə üçün belə zəif hekayə yazdığını anlamaqda çətinlik çəkirəm.

Davamı →

Doymuşam, yadımdan çıxıb - Nurlana İşıq

Yox, yox! Bu nə yeddi qazan aş yeyən Koroğludur, nə də banka- banka mürəbbələri qarnına ötürən Karlson. Bu mənim Zunud kəndində yaşayan babam Umuddu. Özü də çox yemək onun indiki adəti deyil, lap çoxdankı adətidir. Adət dəyişilmir onsuz da.
Güllər qarı dağdan bir vedrə zoğal yığmışdı. Dağ zoğalı xırda olur, amma dadı dərman olur. Güllər qarı fikirləşdi ki, (ümumiyyətlə, o, həmişə fikirli olurdu, altı uşağın qarnını razı salmaq  asan məsələ deyil) nə qədər uşaqlar məktəbdədirlər, tezcə mürəbbəni bişirsin, sonra da təndirə çörək yapsın.

Davamı →

Sevinc Elsevərin Ağrı hekayəsi

Ağrıdan ikiqat olmuşdu, səhərdən dırnaqlarıyla döşəyi eşirdi. Hər ay ev əhli narahatlığından, əzilib-büzülməyindən, anasının işə buyurmağa qıymamasından, ayağına qalın yun corab geyindirməsindən Səmranın halından hali olurdular. Həmin günlərdə çalışırdılar qızı rahat buraxsınlar, işə-gücə, ora-bura yollamasınlar. Hətta əzazil qardaşı Rüstəmin də onda bacısına ürəyi yanır, yaxasını rahat buraxırdı. Həmin günlərdə arvadını döyəndə Səmranı da arvadına qatıb döymürdü.

Davamı →

Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz

Həyatımız, reallığımız özü cansıxıcıdır. Bəlkə, ona görə müasir gənclərin yazdıqları hekayələr ürəyimizi bu qədər sıxır? Biz işıqlı, sonu nikbinliklə bitən, nikbinlik aşılayan əsərlər gözləyirik. Onlarsa ancaq dərddən-qəmdən, məişətdəki davalardan, çətinliklərdən, insanların pozulmuş münasibətlərindən yazırlar.
Nərmin Kamalın “Müharibə qurtardı” hekayəsini oxuyanda mənim də ürəyim sıxıldı. Ancaq bu sıxıntı acığıma gəlmədi. Bu sıxıntı hekayədən qabaq da məndə vardı. Mənim kimi ürəyi sıxıntılı bir adamın, mənə bənzər adamın yazdığı hekayə idi bu.
Deməli, məni anlayan birinin.
Anladığım birinin.

Davamı →

Div olanda noolar? – Günel Şamilqızının povesti

 O, Məlikməmməd olanda dünya nağıl dövrünü yaşayırdı. Nağılçı üç almanı paylayandan sonra bütün körpələr yuxuya getdi. O da başqa zamana, başqa dünyaya düşdü. Hər şey atasının bağında, həmişəki kimi alma üstündə başlamışdı. Kimsə onun padşah atasıyla zarafat eləmişdi ki, bu ağaclarda bitən bəhər ölümsüzlük gətirir. Bəlkə də almalar oğurlanmasaydı, padşah bu axmaq zarafata inanmazdı. Amma görünür, kimsə şahdan da betər inanmışdı meyvə yeməklə fələkdən əbədi həyat oğurlaya biləcəyinə.

Davamı →

Evlənsən də peşmansan, evlənməsən də

Yay tətilini bol günəşli, qızılqumlu dənizdə gənc və gözəl həyat yoldaşı Baharla birgə keçirən İsa birdən qəti şəkildə münasibətlərinin dalana dirəndiyini başa düşür, anlayır ki, artıq bu cür ağrılı evliliyi davam etdirməyin mənası yoxdur. O, Bahara dost qalmaq şərtiylə ayrılmağı təklif edir, qadın isə ondan o qədər əlini üzüb, dərhal: “Ayrılaq, heç dost qalmaya da bilərik”, — deyir.

Davamı →

Şlyapalı Dayanacaq

Günlərin bir günü, ayların şən ayı, illərin xoş ili, həftənin ilk səhəri İşığın nənəsi yuxudan ayılıb gördü ki, masanın üstündə yaşıl almalarla dolu meyvə qabına söykədilmiş bir məktub var. Nənə ipək şalını çiyninə salıb, eynəyini gözünə  taxdı və məktubu oxumağa başladı...
«Nənəcan, sabahın xeyir!
Mən sənin nağıllarda danışdığın Xoşbəxtlər şəhərini axtarmağa gedirəm. Oranı tapan kimi qayıdacağam və səni də özümlə ora aparacağam. Mən qayıdanacan balkondakı pomidor şitillərimizə yaxşı bax. Öpüb bağrıma basıram səni».

Davamı →