Sican ilə Dəvə

Çox əvvəllər, özünü bəyənmiş ərköyün bir siçan ilə, ağıllı və təvazökar bir dəvə yaşayardı.
Bir gün qarşılaşıb yoldaş oldular.
Siçan:
-Sənə bələdçilik etməliyəm! dedi. ..Səni istədiyim yerə aparmalıyam!...
Dəvə yoldaşının həyasızca təklifinə razı oldu. Bir müddət getdikdən sonra kiçik bir dərə kənarına çatdılar.
Dəvənin diz qapaqlarına belə çatmayan su, Siçan üçün ucsuz-bucaqsız bir dəniz kimi idi...
-Mən buradan keçə bilməm deyə pıçıldadı qorxuyla...
Dəvə :ınə gözləyirsən? dedi. Bələdçi öndən gedər, dal  görək suya...
-Amma… deyə kəkələdi Siçan, görmürsənmü su çox dərin?
Siçan xəcalətli olmuş, boyundan böyük işlərə girişdiyi üçün qıpqırmızı olmuşdu...
-Sizin üçün kiçik amma, mənə görə çox böyük bir su. ...deyə inlədi. Mən artıq bələdçi olmaqdan imtina edirəm. Kaş ki daha əvvəldən düşünsəydim də boyumdan böyük işlərə girişməsəydim.
-Bəli, dedi Dəvə, yumşaq bir səslə, hər kəs öz həddini bilməli və əsla hiyləçi qürura qapılmamalı…
Davamı →

İki qul

Bir gün padşah iki qul satın  aldı. Qullardən biri çox təmiz üzlü inci dişli biriydi,. Digəri olduqca çirkin idi, dişləri çürümüşdü.
Padşah o gözəl üzlü qula lütfkarlıq göstərib onu hamama göndərdi. Dişləri çürümüş ağızı iy verən köləni yanına çağırdı. Özünü çox bəyəndiyini lakin yoldaşının özü haqqında çox  pis şeylər söylədiyini ifadə edərək, onun da yoldaşının pis xasiyyətlərini söyləməsini istədi. Lakin kölə yoldaşına toz qondurmadı  onu tərifləyici sözlər söylədi. Padşah nə etdisə heç cür o köləyə yoldaşı haqqında pis bir söz dedirdə bilmədi.
Nəhayət ikinci qul hamamdan gəldi. Padşah onu da sınamaq üçün hüzuruna çağırdı. Onu tərifləyici sözlər söylədi.
" Nə qədər zərif və lətif olmusan. Kaş ki o biri qulun sayıb tökdüyü pis xasiyyətlərin də olmasa nə olardı." dedi və onu da digər qul kimi sınamaq istədi.
Bunun üzərinə qul hirsləndi, köpürdü və yoldaşı haqqında pis şeylər deməyə başladı.
Bir az danışdıqdan, yoldaşının pisliklərindən bəhs etdikdən sonra padşah onu susdurdu:
— «Yetər artıq ikinizin də özünü, əslini anladım, onun ağızı iy verir, sənin isə icin iylənmiş, bundan sonra sən o doğru şi sözlü və gözəl xasiyyətli qulun əmrindəsən haydı get.» dedi.
Davamı →

Yalan yarışması

Padşah bir gün, «Mənə yalan söyləyə bilənə bir küp dolusu qızıl verəcəyəm!» demiş.
Yalançılar dərhal saraya qaçmaqa başlamışlar yalan danışsınlar;
Yalançı: «Bir quş, aslanı qapıb yuvasına apardı».
Padşah «Burda yalan yoxdur Quş qartaldır, aslan da quzu qədər kiçik bir bala. Qapib aparar təbii!..''
Yalancı :»Qonşu ölkədə bir eşşəyi kral etdilər!.."


Ardı →

Fədəkarlıq və nəticəsi

Bir gün müdriklərdən birinə: «Sevginin yalnız sözünü edənlərlə, onu yaşayanlar arasında nə fərq vardır?» deyə sual verirlər. Baxın göstərim demiş, müdrik. Əvvəl sevgini dildən könülə endiməyənləri çağırıb, onlara bir süfrə hazırlamışlar. Gələnlərin hamısı yerlərinə oturmuşlar.
Bu zaman qabların içində isti şorbalar və onun  arxasındanda dərviş qaşıqları deyilən bir metr boyunda qaşıqlar gətirilmişdir.
«Müdrik bu qaşıqların ucundan tutub yeyəcəksiniz» deyə bir də şərt qoydu. Yaxşı deyib, yeməyə başladılar şorbaları. Lakin nə baş versə yaxşıdır? Qaşıqlar uzun olduğundan yeməkləri heç cür töküb axıtmadan apara bilmirdilər agizlarina. Ən sonunda bacara bilmediklərini görüb, eləcə aç qalxdılar süfrədən.
Bundan sonra dərviş, sevgini həqiqətən bilənləri çagiraq yemeye deyir. Üzləri aydın, gözləri sevgi ilə gülümsəyən insanlar gelib oturdular süfrəyə bu dəfə.
«Buyurun» dəyincə, hər biri uzun boylu qaşıqları şorba ilə doldurub, sonra qarsısındakı qardaşına uzadaraq içdilər.
Beləcə hər biri digərini doyurub və şükredərək qalxdılar süfrədən. Budur demiş müdrik, kim ki, gerçək süfrəsində yalniz özünü görər və doymağı düşünərse,  o aç qalacaqdır. və kim ki, qardaşını düsünüb doyurarsa, şübhəsiz o da qardaşı tərəfindən doyurulacaqdır. Bunu da unutmayın, gerçək bazarında alan deyil, verən qazanclıdır daim.


Davamı →

Yaşlı adam və balıq

Bir adam, bir yeməkxanaya girdi, bu sırada yemekxanaya bir başqa yolçu daha girdi və ikisi birdən aşbazdan yeməyə bir şey istədilər. Lakin aşbazdan  yemək olaraq yalnız bir balıq olduğunu söylədi və bunu paylaşmalarını təklif etdi. Bunun üzərinə yaşlı adam, aşbaza, «Mən balığın yalnız başını yeyəcəyəm» dedi. aşbaz bunun səbəbini soruşdu, yaşlı adam da, «Balıq başı zəkanı artırar, balıq başı yeyən insan ağıllı olar» dedi. Bunun üzərinə o biri yolçu dərhal atıldı və yaşlı adama:
«Balıq başını niyə sən yeməlisən, mən yemək istəyirəm» dedi. Yaşlı adam da etiraz etmədi və balığın böyük gövdəsini yedi və bir gözəl qarınını doyurdu. O biri yolçu isə yalnız balığın başını yeddi və sonra yaşlı adama seslendi:«sən böyük gövdəni yeddin qarınını doyurdun mən yalnız başı yedim aç qaldım» dedi.
Yaşlı adam da bu sözlərə belə cavab verdi :
«Bax necə ağıllandın.»


balıq əti



Davamı →

Möcüzə

Sally, kiçik qardaşı George haqqında ana və atasının danışmalarını eşitdiyi zaman yalnız səkkiz yaşında idi. Qardaşı ağır xəstə idi və onu qurtara bilmək üçün əllərindən gələn hər şeyi etmişlərdi, Georginin yalnız çox bahalı bir əməliyyatla xilas olma şansı vardı lakin bunun üçün lazımı qədər pulları yox idi. Atasının, ümidsiz bir şəkildə anasına belə pıçıldadığını eşitmişdi. «Yalnız bir möcüzə onu qurtara bilər.» Bu sözləri eşidər eşitməz, yavaşca öz otağına getdi Sally. Donuz formasındakı pul topladıqı qabı gizlədiyi yerdən çıxardaraq içindəki pulları yavaşca yerə tökərək saymağa başladı. Yanılmaya düşməmək üçün tam üç dəfə saydı pul qabindaki çıxardığı  xırda pulları. Sonra hamısını cibinə qoyaraq tələsiklə evdən çıxıb, küncdəki əczaxanaya getdi.


Ardı →

Qaşıqdakı yağ (hekayə)

Bir tacir xoşbəxtliyin sirrini öyrənməsi üçün oğulunu insanların ən müdrikinin yanına göndərmiş.
Cavan bir çöldə qırx gün getdikdən sonra, nəhayət bir təpənin üzərində olan gözəl qalaya çatır. Müdrik burada yaşayırmış.
Bir müdriklə qarşılaşmağı gözləyən bizim qəhrəman, girdiyi salonda qızğın bir mənzərəylə qarşılaşır.
Tacirlər girib çıxır, insanlar bir küncdə söhbət edir, bir orkestr şirin melodiyalar çalır. Dünyanın dörd bir tərəfindən gəlmiş ləzzətli yeməklərlə dolu bir masa da vardı.
Müdrik sırayla bu insanlarla danışırdı və bizim cavan öz sırasının gəlməsi üçün iki saat gözləmək məcburiyyətində qalır.
Ardı →

Su pərisi | Mirmehdi Ağaoğlu

Surxay gözlərini açanda dan yeri təzəcə ağarırdı. Göyüzünə səpələnmiş yastı buludlar şirin pambıq kimi çəhrayı rəngə boyanmışdı. Gözlərini qaldırıb ətrafa nəzər saldı. Sahil boyu uzanan yulğun kolları başdan-başa şehə bələnmişdi. Ətrafı yulğun kollarının düyüvari yarpaqlarından süzülən şeh damlalarının islatdığı şoran torpağın duzlu qoxusu ilə yulğun kollarının turşməzə qoxusu bürümüşdü.
O birdən-birə özünə gəldi. Xəfifcə başı ağrayırdı. Axşam içdiyi arağın təsiri hələ gedirdi. Ayağa qalxıb özünə nəzər yetirəndə tamamən çılpaq olduğunu anladı. Çölün düzündə lüt olmasından bir anlıq utanc hissi keçirən Surxay tezcə əl atıb bayaq başını qoyduğu salofan paketdən paltarlarını çıxarıb geyinməyə başladı.


Ardı →

Mərəz | Mirmehdi Ağaoğlu

-Arvad, daha dözə bilmirəm.
Pəncərə qabağındakı stolun arxasında əyləşib həyətdə çəpər düzəldən oğluna tamaşa edən yaşlı kişi astadan arvadına söylədi. Qapı kandarında əyləşmiş arvadı  badımcan soyurdu. O əllərini döşəməyə dayayıb ağır-ağır ayağa durub ərinə yaxınlaşdı. Astadan  qulağına:
— Çil çolpanı kəsim?
— Bilmirəm, ay arvad. Bilmirəm. Ürəyim partlayır! Guya elə bilirsən ürəyimə sinir? Hər dəfə elə bilirəm zəqqun  yeyirəm.- Bunu deyib kişi susdu. Əlini atıb stolun üstündəki filtrsiz “Astra”dan  birini  götürüb alışdırdı. Üzünü yenidən pəncərəyə çevirdi. Bu dəfə dağılıb köhnəlmiş çəpəri düzəldən oğluna deyil, ucsuz-bucaqsız çöllüyə zillədi gözlərini.


Ardı →

İnsanı düzəltdim...

Bir həftənin yorğunluğundan sonra bazar səhəri qalxdığında bütün həftənin yorğunluğunu çıxarmaq üçün əlinə qəzetini götürdü və bütün gün miskinlik edib evdə oturacağını düşündü.
Elə bunları düşünərkən uşağı qaçaraq gəldi və kinoya nə vaxt gedəcəklərini soruşdu.
Ata uşağına söz vermişdi, o həftə sonu kinoya aparacaqdı amma heç çölə çıxmaq istəmədiyindən bir bəhanə uydurması lazım idi.
Sonra qəzetdəki dünya xəritəsi gözünə ilişdi.
Əvvəl dünya xəritəsini kiçik parçalara ayırdı və uşağına; əgər bu xəritəni düzəldə bilsən səni kinoya aparacağam
dedi sonra düşündü;
«Nə yaxşı, xilas oldum, ən yaxşı coğrafiya professorunu belə gətirsən bu xəritəni axşama qədər düzəldə bilməz.»
Aradan on dəqiqə keçdikdən sonra uşaq atasının yanına qaçaraq gəldi və
«Ata xəritəni düzəltdim artıq kinoya gedə bilərik» dedi.
Atası əvvəl inana bilmədi və görmək istədi. Gördüyündə də hələ də heyrətlər içində idi və bunu necə etdiyini soruşdu.
Uşaq; «Mənə verdiyin xəritənin arxasında bir insan vardı» dedi...
İNSANI DÜZƏLTDİYİM ZAMAN, DÜNYA ÖZBAŞINA DÜZƏLMİŞDİ…


Davamı →