Açar - Yaqub Əlioğlu

Torpaqların düşmənlərdən azad edilməsi xəbəri bütün məmləkət əhlinə yeni nəfəs vermişdi. Hamı bir-birinə gözaydınlığı verirdi. Sevinc göz yaşları, təkcə torpaq sevgisindən deyildi, bu göz yaşları həm də bir xalqın şərəf-ləyaqətinin özünə qaytarılmasının təntənəsindən süzülüb gələn, ürəklərə rahatlıq gətirən gözyaşları idi. Qəhrəman əsgərlərimizin kəndlərini ermənilərdən azad etdiyini eşidən Abbas müəllim evdəkilərə heç nə demədən üz tutdu cəbhə bölgəsinə! Yolda əsgərlərin yoxlama məntəqəsində yetirmələrinin əlində silah görən Abbas müəllim sevincini onlarla bölüşdü. Bu anlar necə də qürurverici idi. İyirmi səkkiz il yaşanmış hava şarı kimi çəkisizlik vəziyyətindən, Abbas müəllimin ayağı, sanki indi yerə dəyirdi. Göz yaşı üz qırışlarına ürəkdolu həyat sevinci verirdi. Şagirdləri hərbi «BTR»in üstündə onu doğma kəndə çatdırdı. Kəndin girəcəyində Abbas müəllim ayaqlarını ayaqqabının buxovundan azad etdi. Kənddən çıxanda əhd etmişdi, sağ-salamat yurduna qayıda bilsə, ayaqyalın torpağa ayaq basacaq. İndi həmin əhdə vəfa vaxtı idi.

Davamı →

Əli bəy Hüseynzadə | Öksüz yaxud son busə -

Altunsaçın atası Daşdəmir müharibə başlanarkən arkadaşı Hamid bəyin yanına gedər, kəndisini könüllü olaraq yazdırır, müharibə meydanına tələsir. İki ay qəhrəmancasına böyük davalarda bulunduqdan sonra, nəhayət dəhşətli bir vuruşmada köksündən yaralanır. Arxada bulunan xəstəxanaya gətirilir. Tam üç gün duyğusuz düşdükdən sonra uyğudan oyanıb, öləcəyini hiss edər-edəməz gözündən yaş axar bir hal ilə üzünü səmaya tutar:

Davamı →

Mən facebook-da necə qətlə yetirildim?

Bir neçə il əvvəlin söhbətidir, o zamanlar nadir hallarda istifadə etdiyimdən virtual aləmə xeyli addım, daha doğrusu, buradakı mühit, ab-hava, münasibətlər, müzakirələr, mübahisələr barədə təsəvvürüm çox azdı.
Günlərin gözəl bir günü idi. Elə facebook-dan tanıdığım bir nəfər 1937-ci il repressiyası zamanı Hüseyn Cavidin üzünə qoyulan şair-yazıçıların uzun bir siyahısını paylaşmışdı, göz atınca diqqətimi ilk çəkənlərdən biri Cəfər Cabbarlının adı oldu.

Davamı →

Elizabet Boin - Ürəyin ölümü

— XX əsrin roman yazarları arasında özünəməxsusluğu ilə seçilən ən parlaq simalardan biri modernist cərəyanın nümayəndəsi, ingilis-irland əsilli yazıçı Elizabet Bövendir.
Ceylanmumoglu.com saytı Aynur Mir Asif qızı Həsənovanın yazıçının "Ürəyin ölümü" əsəri haqqındakı araşdırmasını təqdim edir:
“Ürəyin ölümü” əsərində özgələşmə problemi

Davamı →

Ay işığında kəndə gətirilən şəhid

Bu hekayə Mir Cəlal adına hekayə müsabiqəsində həvəsləndirici mükafata layiq görülüb.
“Danışan tabutlar” silsiləsindən 1-ci hekayə
Axşam saat doqquzda evdə oturub xəbərlərə baxdığım vaxt hərbi komissarlıqdan zəng elədilər ki, Qarabağdan şəhid gətiriblər, təcili Aytəpə kəndinə aparmaq lazımdı.

Davamı →

Çağdaş alman hekayəsi - Hökumətin dostu

Həftənin sonunda jurnalistləri dəvət etdilər ki, hökumətin nə qədər dostu olduğunu onlara yerində göstərsinlər.
Bizə sübut etmək istəyirdilər ki, o narahat bölgə haqqında yazılanların heç biri həqiqətəuyğun deyil: nə işgəncələr, nə kasıblıq və hər şeydən əvvəl də, bitib-tükənməyən müstəqillik tələbləri...
Bizi çox nəzakətlə dəvət etmişdilər və çox da nəzakətli, şıq geyimli bir məmur jurnalistləri Operanın arxasında qarşılayıb hökumət avtobusuna apardı.

Davamı →

Salovyovun sevgilisini əlindən alan azərbaycanlı

Hər şey Salovyovun divanın altından tapdığı sancaqdan sonra başladı. Bu gümüşü, balaca sancaq onun içində yuxuya getmiş xatirələri qəfildən oyatdı… və xatirələr dörd bir tərəfdən onun üstünə hücum çəkdilər; biri boğazından yapışıb onu boğmağa başladı, biri qollarını burub sındırmaq istədi, digəri boynundan yapışıb onu yerə yıxmağa çalışdı, biri yumruqla ağzına-ağzına vurdu, bir başqası var gücüylə ayaqlarının arasına təpik ilişdirdi. Elə həmin zərbənin təsirindən Salovyov zingildəyib özünə gəldi. Ayırd eləyə bilmədi ki, neçə dəqiqədir əlində sancaq “çorta” gedib. Sancağı cibinə qoyub dərindən ah çəkdi, işə tələsdi.

Davamı →

Zapı haqqında bədii-fəlsəfi esse

  • Esse
“Mən bayquşam, eybəcər quşam, mən həm özümün, həm də balalarımın yaşaması üçün başqa quşları öldürürəm, mən öldürmək eşqi ilə, ölümlə məşğul oluram. Quş balalarını bəzən yuvasında ovlamaq üstündə siz məni təqsirləndirirsiz, amma siz bütün canlıları məhv edirsiz. Siz öz kitablarınızda quşların sürətlə uçmasından, qəşəngliyindən, sevişməsindən, məharətlə yuva tikməsindən, ana quşların öz balalarının qayğısına qalmasından ürək dolusu danışırsız, amma elə oradaca quşların necə bişirilməsindən, ilin nə vaxtında onların daha dadlı olmasından söhbət açırsız…”)Şarl De Koster “Ulenşpigel əfsanəsi” əsərindən)

Davamı →

Selektiv müdafiə

Təxminən 7-8 il əvvəl idi. Saytlardan birinin ofisində bir jurnalist və baş redaktorla söhbət edirdik. Söhbət cinsi təcavüzdən düşəndə, jurnalist, cavan oğlan gülə-gülə bir hadisə danışdı. Onun danışıdığı hadisədə, əmisi kənddə bir qızı zorlamışdı və buna görə ona heç nə etməmişdilər. Hadisədən daha dəhşətlisi, oğlanın bu söhbəti ağzı qulaqlarında, gülə-gülə danışması idi. Oğlan bu hadisəni elə xoşbəxtcəsinə danışırdı ki, biz quruyub qalmışdıq, amma redaktor Qabil Abbasoğlu özündə güc tapıb soruşdu:

Davamı →

Ağ-qara şəkil

Soldakı evin divarına vurulmuş xatirə lövhəsi utanmadan yalan danışır. Azərbaycanın Xalq Rəssamı, Professor Kamil Əliyev guya bu evdə yaşayıb yaratmışdır. Amma mən bu evin bünövrəsindən necə tikildiyini öz gözlərimlə görmüşəm axı!
Bir az qabaqda miniatür ölçülü Memar Əcəmi məqbərəsinə bənzəyən içməli su fontanına zəncirlə bənd edilmiş çuqun krujka da yoxa çıxıb.
Qədim karvanların izi ilə Buxara və Multanı karvarsaraylarının arasındakı iynə gözündən keçib Qız qalasının qarşısına çıxırsan və birdən burnuna yaş taxta və təzə lak qoxusu gəlir.
İndi bir daha xatırlayırsan ki, Elman dayı dünyasını dəyişib.

Davamı →