Süjetli əsərlərdə və heykəltəraşlıqda insan obrazı

Süjetli əsərlərdə təsvir olunan əşyalar, onları əhatə edən mühit nə qədər əhəmiyyətli olsa da, burada başlıca rol insana məxsusdur. Kompozisiyada hər şey onun obrazının açılmasına xidmət edir.
Görkəmli rus rəssamı İlya Repinin yaradıcılığında insan münasibətləri, əmək fəaliyyəti, gerçək və həyati xarakterlər realist sənətin ən yüksək zirvəsində təsvir edilmişdir.
Repinin yaratdığı obrazlar qalereyası çox müxtəlif və genişdir.

Davamı →

Sənətkarın gözəllik meyarı

Həyatda rəngli bir ömür yaşamaq, insanlara mənəvi gözəllik bəxş etmək hər kəsə nəsib olan bəxtiyarlıq deyil. Uca Yaradan belə bir ömrü ən çox incə, zərif, romantik təbiətli insanlara, qəlbi saf duyğularla süslü olan sənət xiridarlarına bəxş edir. Bu xüsusiyyətlər sənət adamlarının həyat tərzində, davranışında, daxili aləminin gözəlliyində özünü büruzə verir. Bu füsunkarlıq o qədər bənzərsiz, rayihəli ki, yazda çiçəkləyən ağaclar, minbir rəngə çalan gülzarlıq təki adamın ruhunu oxşayır. Bütün bunları sadəcə təsəvvür etmək, uzaqdan-uzağa duymaq belə, insanı ehtizaza gətirir. Bəs görəsən, xarakterik cizgilər, fərdilik və özəlliklər həqiqi sənətkarda necə yaranır?
Davamı →

Alberto Cakometti

İsveçrəli heykəltəraş, rəng ustası və qrafik rəssam Alberto Cakometti XX əsr təsviri sənətinin ən böyük nümayəndələrindən sayılır. O öz yaradıcılığında kubizm və sürrealizmin təsirini hiss edirdi. Müəllif öz heykəllərinin əksəriyyətini böyük fransız heykəltəraşı Rodenin yaradıcılığının təsiri altında yaratmışdır.
Cakomettinin ilkin işləri realist tərzdə işlənilib, lakin sonralar o, ku- bizmin təsiri altına düşür, Afrika incəsənəti, Okeaniyanın arxaik plastikası, qədim Amerika incəsənəti ilə maraqlanır. Çox fərqli istiqamətlərdə fəaliyyət göstərən rəssamlar — Pikasso və Matiss rəngkarlıq və heykəltəraşlıq əsərlərində bu sayaq motivlərdən istifadə ediblər.
Davamı →

Fazil Nəcəfov

Müasir Azərbaycan heykəltəraşlığının ən parlaq nümayəndələrindən biri olan Fazil Nəcəfov görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun yetirməsidir. Mövzu və janr müxtəlifliyi, plastik formaların incə duyumu, mövzunun mahiyyətinə uyğun müasir formalar, təsir və özünüifadə vasitələrinin axtarılması Fazil Nəcəfovun yaradıcılığının ilk illərindən etibarən hiss olunmağa başlayır.
Davamı →

Qadın, gözəllik və təsviri sənət

İnsan zəkası, ruhu, məhəbbəti XX əsr və XXI yüzilliyin əvvəllərində də gözəl planetimizin həyatında baş verən çaxnaşmalara, müharibələrə, soyqırımlara, saysız-hesabsız siyasi hadisələrə baxmayaraq, mədəniyyət, mənəviyyat, elm, maarif, incəsənət, ədəbiyyat və başqa humanitar sahələrdə böyük xarüqələr yaratmışdır.

Əsrlər boyu xeyirlə-şər qüvvələri arasında gedən mübarizələr texniki tərəqqi dövrümüzdə dəhşətli hal alıb. Şeytan cildinə girmiş məkrli adamlar ulu Tanrımızın insanlara bəxş etdiyi gözəllikləri, saf duyğuları, ləyaqəti, ali, kamil insan ruhunu, tolerantlıq, dostluq hisslərini yırtıcı, dağıdıcı psixologiyası ilə məhv etməyə çalışırlar. Milyonlarla insanların eli, obası, yurdu viran qalır. Bu fəlakətdən baş götürüb qaçan insanlar qaçqın, köçkün vəziyyətinə düşürlər.İnsanların taleyinə biganəlik, multikultural dəyərlərin unutdurulması, ikili standart siyasəti günün bəlasına çevrilib. 
Davamı →

Avqust Rodin

Avqust Rodinin fəaliyyəti haqqında qısa xarakteristika verərkən adətən onun yaradıcılığı ilə dünyanı dəyişdirən rəssamlara aid olduğunu deyirlər. Həqiqətən də bir çox müasirləri və davamçıları Rodini XIX əsrin sonu — XX əsrin əvvəllərinin görkəmli heykəltəraşı hesab edirlər.

O, təhsilinə Paris Gözəl Sənətlər Akademiyasında başlayıb, 1864-cü ildən daşla işləyib və artıq 1871-ci ildə Brüsselin fond birjasında dekorativ fiqurlar düzəltməsi üçün sifariş alıb. Eyni zamanda Rodin hələ Mikelancelo və Donatellonun plastikasının təsiri altında idi, eləcə də qotik heykəltəraşlıq tərzinə meyl edirdi. O bu tərzdə olan «Burnu sınmış insan» əsərini 1864-cü ildə yaratmışdı.

Rodinin ilk işləri cəmiyyət üçün o qədər qeyri-adi idi ki, ilk öncə onu qəbul edə bilmirdilər. Heykəltaraşı məşhurlaşdıran onun «Düşünən adam» heykəli oldu. Bu heykəlin qəhrəmanı “Bibi” ləqəbli sadə bir insandır. O, “Həvva", «Adəm», «Qüsurlu oğul», "Əzab" heykəllərinin də müəllifidir.
Davamı →

Bakının adsız heykəlləri – onları necə tanıyaq?

Bakı öz tarixi memarlıq nümunələri ilə zəngindir. Şəhərin tarixi simasını daha da rövnəqləndirən, uzaq keçmişin izlərini yaşadan binalar, saraylar, digər tikililərilə yanaşı, görkəmli insanların xatirəsinə ucaldılan abidələri də maraq doğurur.

Paytaxtımızda ilk heykəl 1922-ci ildə qoyulub. Böyük satirik şair Mirzə Ələkbər Sabirin heykəli müsəlman Şərqində ilk belə abidə hesab olunur. İndi Bakıda, eləcə də bölgələrimizdə heykəltəraşlıq əsərləri geniş yayılıb. Bu həm ölkəmizin mədəni inkişafının göstəricisi, həm də tarixi şəxsiyyətlərimizə verilən dəyərin bir örnəyidir.

Amma Bakıda bir sıra heykəllər var ki, onların üzərində şəxsin kimliyi, bəzi hallarda şəxsin doğum və ölüm tarixi, eyni zamanda heykəlin müəllifinin kim olduğu qeyd edilməyib. Əlbəttə, tariximizdə elə önəmli şəxsiyyətlər var ki, onların adlarını görmədən də kimliyi bəlli olur. Sözsüz ki, bu yanaşmanı bütün heykəllərə aid etmək mümkün deyil. Ölkəmizdə çoxlu beynəlxalq tədbirlərin keçirildiyi, turist axınının artdığı bir vaxtda bu məsələ daha çox aktuallıq kəsb edir.
Davamı →

Bürünc əl

İtalyan heykəltəraş Giuseppe Penone, təbiətə və insan əlaqələrinə yönəlmiş sənət əsərləri ilə tanınır. Ağaclar Panonenin işlərinin əksəriyyətində aparıcı rol oynayır. Bu əsərlərin ən məşhurlarından biri sənətçinin 1968-ci ildə düzəltdiyi «Bürünc əl» heykəlləridir.

Giuseppe Penone bürünc əli illər əvvəl Dallasdakı Nasher Heykəl Mərkəzində yeni əkilən ağacın üzərinə yerləşdirir. Zamanla ağac böyüdükcə və gövdəsi qalınlaşdıqca, heykəldə yeni bir görünümə bürünür. Sənətçinin yerləşdirdiyi əlin bürünc nüsxəsi olan bu bürünc əl, ağacın gövdəsini normaldan fərqli şəkildə dəyişirmiş kimi görünür. Heykələ “Continuerà a crescere tranne che in quel punto” yəni "Bu hissənin xaricində böyüməyə davam edəcək" adının verilmiş olması əsəri daha mənalı edir.
Davamı →