Süjetli əsərlərdə və heykəltəraşlıqda insan obrazı

Süjetli əsərlərdə təsvir olunan əşyalar, onları əhatə edən mühit nə qədər əhəmiyyətli olsa da, burada başlıca rol insana məxsusdur. Kompozisiyada hər şey onun obrazının açılmasına xidmət edir.
Görkəmli rus rəssamı İlya Repinin yaradıcılığında insan münasibətləri, əmək fəaliyyəti, gerçək və həyati xarakterlər realist sənətin ən yüksək zirvəsində təsvir edilmişdir.
Repinin yaratdığı obrazlar qalereyası çox müxtəlif və genişdir.

Davamı →

Hərb tariximiz rənglərin işığında

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan təsviri sənətimizin mövzu palitrasında hərb tariximizə  həsr olunmuş müxtəlif janrlı əsərlər xüsusi yer tutur. Bunu şərtləndirən başlıca səbəb bu hərb tariximizin kifayət qədər qədim olmasıdır. Elə Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşirin naməlum tişə ustası tərəfindən hazırlanmış tunc heykəlində (VII əsr) də hərb tariximizin əski işartıları görünməkdədir. Eldəgizlərin əsgərini əks etdirən plastika nümunəsi də bu qəbildəndir.
Davamı →

Cəlal Qaryağdının macəraları

Heykəltəraş Cəlal Qaryağdının  ləzzətli söhbətləri olardı. Səməd Vurğunla, Rəşid Behbudovla ova çıxmağından, “palçıq adamlar” düzəltməyindən, sonra onlara görə aldığı ətək-ətək  pulları xərcləməyindən elə şirin-şirin danışardı ki, bir də görürdün, qaş qaralıb, axşam düşüb. Onunla “Nəriman Nərimanov” metrostansiyası yaxınlığındakı köhnə emalatxanasında elədiyimiz söhbətlər,  bu səmimi, sadə, dəli-dolu adamın danışdığı məzəli əhvalatlar qışın soyuğunda içimizi isidərdi…
Davamı →

Fazil Nəcəfov

Müasir Azərbaycan heykəltəraşlığının ən parlaq nümayəndələrindən biri olan Fazil Nəcəfov görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun yetirməsidir. Mövzu və janr müxtəlifliyi, plastik formaların incə duyumu, mövzunun mahiyyətinə uyğun müasir formalar, təsir və özünüifadə vasitələrinin axtarılması Fazil Nəcəfovun yaradıcılığının ilk illərindən etibarən hiss olunmağa başlayır.
Davamı →

Bakının adsız heykəlləri – onları necə tanıyaq?

Bakı öz tarixi memarlıq nümunələri ilə zəngindir. Şəhərin tarixi simasını daha da rövnəqləndirən, uzaq keçmişin izlərini yaşadan binalar, saraylar, digər tikililərilə yanaşı, görkəmli insanların xatirəsinə ucaldılan abidələri də maraq doğurur.

Paytaxtımızda ilk heykəl 1922-ci ildə qoyulub. Böyük satirik şair Mirzə Ələkbər Sabirin heykəli müsəlman Şərqində ilk belə abidə hesab olunur. İndi Bakıda, eləcə də bölgələrimizdə heykəltəraşlıq əsərləri geniş yayılıb. Bu həm ölkəmizin mədəni inkişafının göstəricisi, həm də tarixi şəxsiyyətlərimizə verilən dəyərin bir örnəyidir.

Amma Bakıda bir sıra heykəllər var ki, onların üzərində şəxsin kimliyi, bəzi hallarda şəxsin doğum və ölüm tarixi, eyni zamanda heykəlin müəllifinin kim olduğu qeyd edilməyib. Əlbəttə, tariximizdə elə önəmli şəxsiyyətlər var ki, onların adlarını görmədən də kimliyi bəlli olur. Sözsüz ki, bu yanaşmanı bütün heykəllərə aid etmək mümkün deyil. Ölkəmizdə çoxlu beynəlxalq tədbirlərin keçirildiyi, turist axınının artdığı bir vaxtda bu məsələ daha çox aktuallıq kəsb edir.
Davamı →

Bürünc əl

İtalyan heykəltəraş Giuseppe Penone, təbiətə və insan əlaqələrinə yönəlmiş sənət əsərləri ilə tanınır. Ağaclar Panonenin işlərinin əksəriyyətində aparıcı rol oynayır. Bu əsərlərin ən məşhurlarından biri sənətçinin 1968-ci ildə düzəltdiyi «Bürünc əl» heykəlləridir.

Giuseppe Penone bürünc əli illər əvvəl Dallasdakı Nasher Heykəl Mərkəzində yeni əkilən ağacın üzərinə yerləşdirir. Zamanla ağac böyüdükcə və gövdəsi qalınlaşdıqca, heykəldə yeni bir görünümə bürünür. Sənətçinin yerləşdirdiyi əlin bürünc nüsxəsi olan bu bürünc əl, ağacın gövdəsini normaldan fərqli şəkildə dəyişirmiş kimi görünür. Heykələ “Continuerà a crescere tranne che in quel punto” yəni "Bu hissənin xaricində böyüməyə davam edəcək" adının verilmiş olması əsəri daha mənalı edir.
Davamı →

Medalyer sənəti

Heykəltəraşlığın bu sənət növü qədim tarixə malikdir. Təxminən e.ə. VIII-VII əsrlərdən qiymətli metallardan hazırlanmağa başlanılıb. Bədii həlli vaxtilə sikkə hazırlanması ənənələrinə tapınsa da, sonrakı dövrlərdə (XIV-XV əsrlərdən başlayaraq) bədii dəyərli müstəqil sənət sahəsi kimi inkişaf edib. Tədqiqatçılar Azərbaycanda bu sənətin qədim tarixə malik olması qənaətindədirlər. XX əsrdə isə təbliğat vasitəsi kimi xüsusilə duyulan olmuşdur. P.Xryunov (Şopen, M.Qorki, Ş.Müslümov,S.Bəhlulzadə,M.F.Axundzadə, M.Ə.Sabir), A.Rüstəmov (N.Nərimanov,C.Cabbarlı, Nəsimi,M.P.Vaqif), eləcə də Ş.Şərifov, S.Quliyev, A.Əliyev və başkaları bu sahədə yaddaqalan nümunələr yaratmışlar.

"İmadəddin Nəsimi" - Aslan Rüstəmov. 1973. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.

“İmadəddin Nəsimi” – Aslan Rüstəmov. 1973. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.


Ardı →

Vera Muxina

Vera MuxinaBeş Stalin mükafatı ilə təltif edilmiş heykəltəraş Vera Muxina şəxsiyyətə pərəstiş dövrünün sənətkarlarından sayılır. Bu mükafatlar ona nəyə görə verilmişdi, halbuki onun yalnız üç əsəri daha məşhurdur: işıqlı gələcək rəmzi olan «Fəhlə və kolxozçu», Qorki və Çaykovskiyə həsr olunmuş iki heykəl. Lakin bu əsərlər onun gerçək həyatını və yaradıcılığını ört-basdır edən aysberqin görünən tərəfidir.
Vera Muxina həqiqətən də «Fəhlə və kolxozçu»nu yaratdıqdan sonra məşhur oldu və bu əsər Qızıl meydan, Mavzoley və Böyük teatr kimi ölkənin fərqlənmə nişanına çevrildi.
Elə bu gündə, insanlar bu heykələ tərəf təbəssümlə baxırlar, lakin 1937-ci ildə Parisdəki Ümumdünya sərgisində göstərilmək üçün yaradılmış bu möhtəşəm kompozisiyaya görə parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırdılar. Hələ o vaxt Romen Rollan rəy kitabında yazırdı:
«Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik.»
Məşhur qrafik, Muxinanın yaşıdı Frans Mazerel isə tribunadan deyirdi: «Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü. Biz bütün gecəni ondan danışırıq». Mazerel «Fəhlə və kolxozçu»nu müasir dünya heykəltəraşlığında müstəsna hadisə sayırdı. Pafosla səslənsə də deməliyik ki, Muxinanın bu əsəri həqiqətən də fransızların çox xoşuna gəlmişdi, əbəs yerə deyil ki, bu heykəl Eyfel qülləsinin yaxınlığında yerləşdirilmişdi. Onlar «gənc sovet nəhənglərini» yeni dünyanın nümayəndələri kimi qəbul edirdilər, lakin parislilərin bu xahişi yuxarıları qane etmədi və heykəli vətəninə gətirdilər ki, dövrün ən əsas abidəsi kimi qalsın. Maraqlıdır, görəsən parislilər necə reaksiya verərdilər, Vera Muxinanın bu heykəl haqqında əvvəlki ideyası belə idi: fəhlə və kolxozçu çılpaq olmalı idi. Onları dövlət komissiyası «geyindirmişdi».


Ardı →