Ən nadir görülən 10 heyvan

Dünyamızın möhtəşəm heyvanlar aləmi hər birimizə heyran olmaq üçün səbəb verir. Bu yazıda, təəccübləndirici dərəcədə nadir görülən on heyvanı araşdıracağıq. «Heyvan» anlayışı bizim üçün həm təbiətin gözəlliyini, həm də qorunmağa ehtiyacı olan canlıları xatırladır.

Davamı →

Heyvanlara münasibət

Dərin düşünən, mənəviyyatı zəngin insan Allahın yaratdığı hər canlıya sevgi və şəfqət hissi ilə yaxınlaşmalıdır. Gördüyü hər canlını Allahın yaratdığı və onun qarşısına çıxardığı bir möcüzə kimi qəbul etməlidir. Düşünməlidir ki, gördüyü varlıqlar ana təbiətin deyil, müqəddəs Yaradıcının əsərləridir və bu əsərləri təbiətin qanunları ilə deyil, müqəddəs Yaradıcının qanunları ilə qiymətləndirməlidir.

Ötən aylarda müxtəlif Tv kanallarda və sosial internet şəbəkələrində heyvana edilən vəhşilik nümunəsi ilə bağlı yayımlanan xəbərlər göstərdi ki, həqiqətən də cəmiyyətimiz mənəvi baxımdan tam inkişaf etməyib. Hər kəsə aid olmasa da, əksəriyyətin düşüncə sistemində natarazlıq vardır.


Davamı →

Heyvanlar haqqında maraqlı 20 məlumat

Maraqlı məlumatlar silsiləsindən  bu dəfəki mövzumuz heyvanlardır.
Heyvanlar aləmi öz rəngarəngliyi və ecazkarlığı ilə həmişə insanoğlunu heyrətləndirməyi bacarmışdır. Bu yazıda heyvanlar haqqında bir-birindən maraqlı 20 məlumat öyrənmiş olacağız.

1.Dünyada tək qanadsız quşu Yeni Zelandiyada yaşayan kivi quşudur.

2.Heç bir pələngin zolaqları bir-biriylə eyni deyil.

3.Fillərin qoxu qabiliyyəti çox güclüdür və suyun qoxusunu kilometrlərlə uzaqdan ala bilirlər

4.Birə öz ölçüsündən 100 dəfə böyük hündürlüyə  tullana bilir.

5.İtlər cəmi 10 fərqli səs çıxarda bildiyi halda pişiklərdə bu rəqəm 100-dür. 

6.İlbizlərin qanıgöy rəngdədir.

7.Mavi balinanın dili yetkin bir filin çəkisi qədərdir. 

8.Ən sürətli balıq olan yelkən balığı saatda 68 mil (109 km) sürətlə üzə bilir.

9.İtlərin tər vəziləri yoxdur,  onlar pəncələrindən tərləyirlər.

10.Qarğalar bir yuvadan quş yumurtası oğurlamaq istədikdə,onlardan biri yuvanın sahibinin başını qatır,digəri isə yuvadan yumurtaları daşıyır.



Davamı →

Dünyanın ən təhlükəli 10 heyvanı

1. Mığmığa — Bu canlıların özləri əslində təhlükəsiz olsalar da, insanlar üçün təhlükəli hesab edilən bir sıra xəstəliklərin daşıyıcılarıdır. İl ərzində 700 milyon insanı qızdırma, malyariya, tularemiya kimi xəstəliklərə yoluxduraraq onların 2 milyonunun ölümünə səbəb olurlar.


Ardı →

Frankenstein Heyvanlar


 Maraqlı və tük ürpədici bir sənət sahəsi hesab edilən «Frankenstein Heyvanlar»Enriki Qomez De Molina tərəfindən icra edilirdi. De Molina fərqli heyvan bədənlərinin hissələrini birləşdirib dolduraraq yeni qəribə heyvan formaları əldə edirdi. Lakin 2012-ci ildə nəsli kəsilmək təhlükəsində olan vəhşi heyvan cinsini material kimi istifadə etdiyinə görə De Molina 20 ay həbslə və istifadə etdiyi qaçaq heyvan hissələrinə görə isə hissə başı 80.000 dollar cərimə ilə cəzalandırıldı. Bu heyvan heykəlləri çox qəribə, ürpədici və maraqlı olsada arzu edirik ki, bu sənət növü uzun müddət davam etməz. Çünki heyvanlar canlı daha gözəldir.                    
Ardı →

Mənfəət qurbanları.

«Animal Planet». Bu kanaldakı maraq dolu verlişləri izləməyə dəyər. Canlı aləm, heyvanların dünyası obyektivlərdə o qədər dəqiq, təmiz əks olunub ki, insan bəzən gözünü çəkə bilmir.  Amma bəzən gördüyün haqsızlıqlar da insanın canını yandırır. Düşünürsən ki, biz insanlar öz mənfəətimiz uğurunda çox səhv işlər görür, çox qanlar axıdırıq. Bəlkə də bu təbiətin qanunlarından biridir, belə ki, heyvanlar da, insanlar da- hər kəs nə tapırsa, onunla qidalanır, bunun sayəsində yaşayır. Amma düşünəndə görürsən ki, biz insanlar lap ağını çıxardırıq. Heyvanlardan hər sahədə istifadə edib, pul qazanır və bununla da haqsızlığa yol açırıq.



Ardı →