Molyuskların su püskürtmə sistemi və generatorlar

Kalmar, mürəkkəb böcəyi və osminoq kimi başıayaqlı molyusklar su püskürtmə sistemi ilə üzürlər.
Mühəndislər molyuskların bu xüsusiyyətindən ilham alaraq sürət texnologiyasını təkmilləşdirməyə çalışırlar. Başıayaqlı molyuskların sürətlərini artırmaları üçün xüsusi sistem var. Mühəndislərin heyranlıqla və diqqətlə tədqiq etdikləri bu sistem qüsursuz işləyir.

Bu canlıların reaktiv üzmə sistemi uca Allahın onlar üçün yaratdığı xüsusi bədən quruluşlarından qaynaqlanır. Bəs, bu canlıların bədən quruluşu necədir?

Başıayaqlı molyusklarda daxili orqanların yerləşdiyi bədən boşluğunu əhatə edən manto adlı qalın dəri qatı var. Dəri qatının altında yerləşən əzələlər vasitəsilə bu canlılar bədənlərinə su toplayır və sonra bu suyu geri püskürərək üzürlər. Manto divarının içinə dolan su qıf formasındakı boru vasitəsilə püskürdülərək xaric edilir. Sistemin işləməsi eynilə kosmik gəmilərin istehsalındakı geri itələmə prinsipinə, başqa sözlə, raket sisteminə bənzəyir.
Davamı →

Tırtıl nə üçün kəpənəyə çevrilir?


Kəpənəkdən çox insanın xoşu gəlir. Lakin bu sözləri tırtıllar barədə deyə bilmərik. Ancaq bilməliyik ki, tırtıllar uçan gözəl varlıqların dünyaya göz açmasına şərait yaradır. 

Mahiyyətcə tırtıl, pup, kəpənək eyni canlıdır, lakin ayrı-ayrı inkişaf mərhələlərində. Düzdür, tırtılın taleyi daha qibtəedicidir, axı o, düz 3 il yaşaya bilir! Kəpənəklərin həyatı isə belə davamlı deyil: bəziləri cəmi bir neçə saat yaşayır. Çünki bu müddət ərzində özlərinə uyğun tay axtarıb tapmalı və sürfə qoymalıdırlar. Bəzi kəpənəklərdə hətta ağız dəliyi də yoxdur. Çünki onlar həyata bir məqsədlə — nəsli artırmağa gəlirlər. 
Davamı →

Ağacdələnlər

Bu dəstəyə daxil olan quşların əksəriyyətinin düz və yaxud azca əyilmiş uzun və güclü dimdiyi, yemi götürmək üçün nazik dili olur.

Nə üçün ağacdələnlərdə beyin silkələnməsi olmur?
Ağacdələnlər çox gərgin surətdə dimdikləri ilə ağacı oyurlar. Bununla da özləri üçün qida tapıb yeyirlər. Bu cür gur səslər meşədə 1 km-lik məsafəyədək yayılır.

Bəs, nə üçün başının bu cür fəal hərəkətindən ağacdələnlərdə beyin silkələnməsi olmur? Məlum olmuşdur ki, iskənəyəbənzər dimdik və güclü boyun əzələləri və telləri zərbələri yüngülləşdirir və beləliklə də onların beyni heç bir silkələnməyə məruz qalmır.

Ağacdələnlərə Cənubi Amerika meşələrində yaşayan parlaq quşlar-tukanlar da aiddir. Bu quşlarda ilk nəzərə çarpan şey onların nəhəng, parlaq rəngli dimdiyidir. Onun uzunluğu quşun bədəninin uzunluğuna bərabərdir, ancaq bu böyük dimdik çox yüngüldür, çünki orada hava boşluqları vardır. Tukanlar səsli-küylü, maraqlı və mehriban quşlardır. Parlaq rənginə baxmayaraq, tukanı tropik meşədə görmək elə də asan deyil.
Davamı →

Cüyürlər

Cüyür — Avropada ən xırda maraldır. Onun hündürlüyü 90 sm-dir. Erkək cüyürün uzunluğu 30 sm olan qısa buynuzları var. İlin sonunda cüyürlərin buynuzu düşür, fevralda isə onlar yenidən bitir. Bu mənada onlar yazda buynuzu düşüb, yayda yenidən bitən marallardan fərqlənirlər.

Yeni uzanmış cüyür buynuzları yumşaq və zərif olub, nazik məxməri dəri ilə örtülür. Sonradan isə bu dəri qopur və soyulur, ancaq bununla belə qan axmır və heyvan heç bir narahatlıq hiss etmir.
Davamı →

Bayquşlar

Bayquşlar yırtıcı gecə quşlarıdır. Onlar bir çox xüsusiyyətlərinə görə gündüz yırtıcı quşlarına bənzəyir, ancaq onların qohumu sayılmırlar. Bayquşlara ən yaxın tutuquşular və çobanaldadanlardır. 

Qəniməti gecənin qaranlığında tapmaqda bayquşlara onların gözəl eşitmə qabiliyyətləri kömək edir. Bayquşlar çox itigözlüdür və gözləri bir çox başqa quşlardan fərqli olaraq, başının böyürlərində deyil, qabaqda yerləşir. Və əgər bayquş arxasında nə baş verdiyini görmək istəyirsə, o, sadəcə olaraq başını öz oxu ətrafında döndərir, özü isə hərəkətsiz qalır.
Davamı →

Ayılar niyə qış yuxusuna gedir?

Ayılar qış yuxusuna gedən heyvanlara aid edilir. Bu, ona görə baş verir ki, ayılar qış fəslinə heç bir tədarük görmürlər. Çünki onlar əsasən bitkilərlə qidalanırlar. Qışın gəlişi ilə bitkilər də yox olur. İlin isti fəsilləri hesabına ayıların bədənində xeyli piy qatı əmələ gəlir.


Havalar soyumağa başlayanda özlərinə lazımi qədər yem tapa bilməyən ayılar mağaralarına girərək dərin yuxuya gedirlər. Bu yuxu istilər başlayanadək davam edir. Bu müddət ərzində ayılar qətiyyən qidalanmırlar. Onlar yay ərzində yığdıqları piyin hesabına yaşayırlar. 
Davamı →

Albаtrоs - Dünyаnın ən uzunqаnаdlı quşu


Аlbаtrоs çоx böyük — 3,5 metrə yaxın qаnаdlаrı оlаn dəniz quşudur. Həyаtının az qala 90 fаizini аçıq dənizlərdə keçirir və quru sаhəsinə demək оlаr ki, enmir.

Bu quş növünün ən əsаs xüsusiyyəti оnun dаyаnmаdаn uzun müddət uçа bilməsidir. Quş bunu qаnаdlаrını mümkün qədər geniş аçаrаq yerinə yetirir və bu hаldа qаnаdlаrın uzunluğu 3,5 metrə çаtır. Bu, quşlаr аrаsındа ən böyük qаnаd uzunluğudur.
Davamı →

İtlər niyə sahibini yalayır?

Adətən itlər sizi, digər itləri, özlərini, əşyaları, ağlınıza gələn hər şeyi yalayırlar. Mütəxəssislərin fikrincə, bunun müəyyən səbəbləri var.

İtlər niyə üzünüzü yalayır?
İtlər nəyisə yaladıqda endorfin istehsal edirlər. Bu da onlara xoşbəxtlik və rahatlıq verir. İnsanların stresslərini azaltmaq üçün fiziki məşqlərə bənzəyir. Bu hərəkətin daha məntiqli səbəbi isə üzünüzdəki bir çörək qırıntısı və ya yemək qoxusu ola bilər.

İtlər niyə ayaqlarınızı yalayır?
Hamamdan çıxdıqda ayaqlarınızı yalayırsa, bunun səbəbi onların islaq olması ola bilər. Başqa bir səbəbi isə dərinizdəki duzdur. Xüsusən tərli olduğunuz zaman daha çox yalamaq istəyirlər. Ayağınızın qoxusunun itinizə cazibədar gəlməsi isə sizin qoxunuz olmasından qaynaqlanır.
Davamı →

Pişiklərin bığları kəsilsə gəzə bilməzlər?

Mif: "Əgər bir pişiyin bığlarını kəssən qətiliklə yeriyə bilməz. Çünki bığlar pişiyin tarazlığını təmin etməsi üçündür.

Reallıq: Pişiklərin bığlarının gəzməkləri və tarazlığı ilə birbaşa heç bir əlaqəsi yoxdur. Aparılan sınaqlar, pişiklərin bığları olmayanda da gəzə bildikərini göstərir.

Məlumat 1: Pişiklərin bığları (Latınca: vibrissae) onların gəzməklərinə aidiyyatı olmasa da, çox əhəmiyyətli vəzifələr yerinə yetirən orqanlardır. Ancaq bu vəzifələr arasında, mifin içərisində keçən «tarazlıq » deyilən birşey yoxdu. Pişiklərin tarazlığı, demək olar hər məməli kimi daxili qulaqda olan orqanlarla təmin edilir.
Davamı →

Qarğalar / Quzğunlar 200-300 il yaşayırlar?

Mif: «Qarğalar müdrik heyvanlardır, 100-150 il yaşayırlar.»

Reallıq: Bir neçə yüz il yaşaya bilən tək bir qarğa növü belə yoxdur. Hətta qarğalar, insan ömrünün yarısı qədər belə uzun yaşaya bilməzlər. Bilinən onlarla Qarğa (Corvus cinsi heyvanlar) növünün və Quzğunların (Corvus corax növü qarğa) demək olar ki hamısının vəhşi həyatdakı ömürləri ən çox 15-20 ildir. Bəzilərinin ömrü yalnız 4-8 ildir. Ancaq çox xüsusi baxım altında, 30 ilə qədər yaşayanlar var. Qeydə alınan və bilinən ən uzun qarğa ömrü isə 40 ildir.

Davamı →