Dünyanın ən güclü heyvanları

Təbiətdə insanlardan başqa hansı canlıların daha güclü, daha sürətli olması hər zaman maraqlıdır. Bir çox heyvanlar var ki, gücləri ilə insanı heyrətləndirir.

Lir quşu
Bu heyvanın ən mükəmməl gücü gördüyü hər bir səsi təqlid edə bilməsidir. Onun bu qabiliyyəti o qədər inkişaf edib ki, təkcə quşların və heyvanların səslərini deyil, hətta fotoaparatın, meşədə ağac kəsən elektrik mişarının da səsini qüsursuz şəkildə təqlid edə bilir.

Davamı →

Heyvanlar da yuxu görür?

Heyvanların yuxu görüb-görmədiklərini bilmirik. Lakin tədqiqatçıların onların yuxu görüb-görmədikləri ilə bağlı məlumatları var.

İlk növbədə onu bildirək ki, pişiklər, itlər və təbiətdə yaşayan varlıqlar hər zaman tədqiqatçılar tərəfindən araşdırılıb. Mütəxəssislər bunu araşdırarkən iki fərqli yola müraciət edirlər. Birincisi, yuxunun mərhələlərində heyvanların davranışlarını araşdırmaq, ikincisi isə yuxu əsnasında göstərdikləri beyin fəaliyyətlərinin insan beyninə bənzəyib-bənzəmədiyini anlamaq. 1960-cı illərdə insanların REM yuxusu mərhələsində maraqlı hərəkətlər etdikləri təsbit olunub. Bu hərəkətlər yuxu əsnasında əzələlərin iflic olduğu sanıldığına istiqamətli bir tapıntı kimi dəyərləndirilib.
Davamı →

Dünyanın ən tənbəl heyvanları

Tənbəl heyvanlar Orta və Cənubi Amerikada yaşayan Meqaloniçidae, Bredipodidae nəslinə aid 6 növə məxsus orta böyüklükdəki məməlilərdir. Bu məməlilər bütün məməlilər arasında ən yavaş hərəkət edən heyvanlar olaraq bilinir. Dəqiqədə ən çox yarım metrə qədər hərəkət etdiyi hesablanıb.

Tənbəl heyvanlar gündə 15-18 saat yatır. Qalan vaxtlarda yemək yeyir, yatdıqları ağacları dəyişirlər. Bu məməlilər çox yemək yemədikləri və su içmədikləri üçün təbiətə zərəri olmayan heyvanlar kimi tanınır. Tənbəl heyvanlar kəskin pəncələri sayəsində ağac budaqlarından tərs istiqamətdə sallanmış vəziyyətdə yaşayarlar. Yerə ancaq yatdıqları ağacı dəyişdirmək və təbii ehtiyacını ödəmək üçün düşərlər.
Davamı →

Pişik cinsləri

Bəlkə də çoxunuzun evində pişik var. Bəs onun hansı cinsdən olduğunu bilirsinizmi?

Abyssinian
Bir az inadkar xüsusiyyəti ilə tanınan bu pişiklər sahibinə qarşı olduqca nəzakətlidir. Qısa tükləri olan Abyssinian cinsli pişiklərin ovçuluq xüsusiyyəti var.

Davamı →

İt, yoxsa pişik?

Pişik saxlamaq istəyənlərlə it həvəskarları arasında hər zaman gizli mübarizə gedir sanki. Hərə öz seçimində haqlı olmağa çalışır. Lakin elm adamları heyvansevərlərə müjdə olan araşdırmanın nəticəsini təqdim edib. 600 universitet şagirdinin iştirak etdiyi araşdırmada it və pişik sevərlərin fərqli və ortaq xüsusiyyətləri ortaya qoyulub. 

Davamı →

İti insandan üstün edən 13 fərq

Heyvanlar arasında it insana ən sadiq canlıdır. Üstəlik, insanlardan fərqli və üstün xüsusiyyətlərə malikdir.

1. İnsan ona edilən pisliyi unutmur və intiqam alır. İt də unutmur, amma nə intiqam planları cızır, nə də intiqam alır.

2. İnsan həmişə daha çoxunu istəyir. İt bir parça sümük, yatacaq yer və bir az şəfqətlə kifayətlənir.

3. İt durduğu yerdə heç kimi öldürməz, yalnız özünü qorumaq və aclıqdan ölməmək, yəni həyatda qalmaq üçün bir cana qıya bilər. İnsan isə səbəbsiz belə, insan öldürə bilər.
Davamı →

İnsanlara şəfa verən beş heyvan

Bioloqlar müəyyən ediblər ki, bəzi heyvanlar həqiqətən də insanları müalicə etməyə qadirdir. Şəfa verən beş heyvan sırasına at, pişik, it, ilan və arı daxildir. Tədqiqatçılar heyvanat aləminin bu nümayəndələrinin hansı sahədə daha bacarıqlı olduğunu aydınlaşdıra biliblər.

Məsələn, atlar dayaq-hərəkət aparatı xəstəliklərini müalicə edir, travma və yaralanmadan sonra bərpa prosesinə yardımçı olur. Atlar alkoqol və narkotik asılılığına qarşı mübarizə aparanlar üçün də ideal seçimdir.
Davamı →

Mikrob təmizləyən qarışqalar

Elm adamları qarışqaların çox təsirli mikrob təmizləmə üsulundan istifadə etdiyini aşkarlayıb. İsveçli tədqiqatçılar müəyyən ediblər ki, tüklü meşə qarışqaları (formica paralugubris) yuvalarına qatran yığırlar. Ancaq qarışqaların seçdiyi qatran bizim bildiyimiz qatranlara bənzəmir. Çünki onun malik olduğu xüsusi kimyəvi maddələr xəstəlikləri qarışqa yuvalarından uzaq tutur.

Qarışqalar yuvalarını əhatə edən qozalı ağaclardan bərkimiş şirə dənəciklərini yığırlar. Yığılan qatranın miqdarı 20 kiloqrama çatır.
 
Lozanna Universitetinin professoru  Mişel Çapuisat və tədqiqat qrupu qatranın antiseptik xüsusiyyətini test edib, qatran olan və olmayan yuvalarda müşahidələr aparıblar. Qatransız yuvada üç qat daha çox göbələk törəməsi və xəstəliyə səbəb olan bakteriyaların artması təsbit edilib.
Ardı →