Kobradan daha zəhərli balıq

zəhərli balıq
Dünyanın ən zəhərli heyvanları arasında ilk 5-likdə yer alan daş balığı İstanbul akvariumunda nümayiş etdirilir.

Kral kobradan, sarı əqrəbdən daha zəhərli olan bu balığın belindəki 13 zəhərli tikana dəyən canlılar iflic olurlar. Qayaya bənzəyən daş balıq Hind və Sakit okeanında yaşayır.


Ardı →

Hörümçək toru

Təbiət yenə də öz heyrətləri ilə bizi düşündürməyə davam edir. Son illərdə bizi heyrətlər içərisində buraxan gerçəklərdən biri də hörümçək torunun dünyanın ən dayanıqlı maddələrindən biri olduğunu öyrənməmiz oldu.

 Hörümçək toru həqiqətən hər yönüylə müdhiş xüsusiyyətlərə malikdir. Bəzən bir peyğəmbəri təhlükədən qorumaq üçün, bəzən isə bir ov vəsaitidir. Hörümçəklər digər böcəklərdən fərqli olaraq səkkiz ayaq və səkkiz gözə sahibdirlər.

Böyümə mərhələsində bir qıç qırılsa yerinə yenisi gələ bilər. Bədənləri iki parça olub arxa qisimindəki bezlərdən şəbəkə istehsalı başlayar, buradakı çox incə dəliklərdən maye və damlalar halında verilən şəbəkə vəsaiti çölə çıxar çıxmaz donar.


Ardı →

Qarabağ atı

Qarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazın ən qədim at cinsi hesb edilir. Hazırda Azərbaycan Respublikasında milli at cinsidir.
Qarabağ atı

Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Xankəndi, Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır.


Ardı →

Canavar

Canavar- canlı təbiətin bir hissəsi olub, ağıllı və cəsarətli yırtıcı heyvandır. Bir çox əsatirlərdə onun faydalı və ziyankar olduğu göstərilir.
Hələ min illər bundan əvvəl insanlar əkinçilik və heyvandarlıqla məşğul olmamışdan qabaqcanavarla yaxın əlaqədə olmuşlar.
Amerika alimi D. Miç qeyd edir ki, canavar olan ərazidə sığınlar əkiz doğur. Canavar olan qoruqlarda dırnaqlı heyvanlar sürətlə çoxalır. Bəzən çobanlar sürüdə xəstəliklərin baş verməsini canavarda görürlər. Lakin bu fikir düzgün sayılmır.
Canavar ən təkmilləşmiş yırtıcıdır. O, maşından, silahlı adamdan və s. asanlıqla qoruna və gizlənə bilir. Bəzən yaxınlıqda olan sürünün hesabına qidalandıqdan sonra daha ona yaxın gəlmir.
Davamı →

Sürətli heyvanlar

Vəhşi heyvanların yaşamaq üçün ən çox ehtiyac hiss etdikləri şey qaçmaqdır. Bu, bəzən onlara ovçularından xilas olmaq,
bəzən də ovlarını əldə etmək üçün lazımdır. Ancaq hər iki halda məqsəq eynidir: yaşamaq. Elə isə dünyanın ən sürətli heyvanları
hansılardır? Aşağıda onlardan bir neçəsini sizə təqdim edirəm...

1. GepardPişik ailəsinin bir üzvü olan gepard dünyanın ən sürətli məməli heyvanı kimi ilk yeri tutur. Çünki gepardların sürəti nə az,
nə çox, düz 120 kilometrə çata bilir. Ən qəribə məqam isə onun bu sürətə 3 saniyədə çatmasıdır.

Ardı →

Tırtıldan Kəpənəyə

Belə bir sual ortaya çıxır. Görəsən sizin 450-500 sayda yumurtanız olsa və bunları bayırda bütün təhlükələrə mühafizə etmək lazım gəlsə nə edər bilərdiniz? Onların külək kimi təbii şəraitin təsiri ilə açılıb dağılmalarının və korlanmamasının qarşısını ala bilən bir tədbir görməyiniz şübhəsiz ki, ən ağıllı olandır. Dünyada bir dəfəyə ən çox yumurta qoyan canlılardan biri olan ipəkqurdu (450-500), yumurtalarını qorumaq üçün çox ağıllı üsuldan istifadə edir: Yumurtaları ifraz etdikləri yapışqan maddə ilə (iplə) bir-birinə bağlayaraq ətrafa dağılmalarına mane olur.Yumurtadan çıxan tırtıllar ilk iş olaraq özlərinə münasib budaq tapır və daha sonra da eyni iplə oraya bağlanırlar.
Ardı →