Evdə pişik saxlamaq

Evdə pişik saxlamağın psixologiyamıza müsbət təsir etdiyi hamıya məlumdur. Belə ki, pişiyi olan insanlar digərlərinə nisbətən daha xoşbəxtdirlər. Amma bununla belə, bu kiçik dostlarımızı evdə saxlayarkən bəzi problemlər də qaçınılmazdır. Əgər siz də evdə pişik saxlayırsınızsa verəcəyimiz məsləhətlər işinizə yarayacaq.

Təmizliyi unutmayın
Evdə pişik saxlayırsınızsa daha çox təmizlik məsələsinə diqqət etməlisiniz. Çünki pişik olan ev tez-tez kirlənir və mikrobları özünə cəlb edir. Xüsusilə də, onların tükləri evin hər yerinə tökülür. Lakin bununla belə, gözünüz qorxmasın. Hər gün evinizi təmizləyib, tozsoranlayıb, silsəniz heç bir problem olmaz.
Davamı →

Ev heyvanı saxlamağın faydaları

Ev heyvanları insan orqanizmi üçün olduqca faydalıdır. Alimlər bunu öz tədqiqatlarında  sübuta yetiriblər. Məlumat «Journal of Personality and Social Psychology» jurnalında dərc olunub. Məqalədə ev heyvanı saxlamağın 6 faydası haqda söz açılıb: 

Özünə əminlik hissini yüksəldir.

Ev heyvanı saxlayan insanlar tək yaşayanlarla müqayisədə özlərinə daha çox əmindirlər. Onlar daha çox üsniyyətcil və fobiyalardan kənar olurlar. 

Allergiya riskini azaldır.

Çoxları allergiyadan qorxaraq evdə heyvan saxlamaq istəmir. Ancaq alimlər əksini iddia edirlər. Əgər insanın uşaqlıqdan heyvanla kontaktı olursa, onun allergiya riski 50% azalır. 
Ardı →

Termit yuvaları

Heç kim termit koloniyasının torpağın üstündə inşa etdiyi yuvanı gördükdə təəccüblənmədən keçməz. Çünki termit yuvası hündürlüyü təxminən 5-6 metrə çatan memarlıq nümunəsidir.

Bir termitin boyu ilə inşa etdiyi yuvanın hündürlüyünü müqayisə etdikdə onun özündən təxminən 300 dəfə böyük memarlıq layihəsini müvəffəqiyyətlə həyata keçirdiyini görərik. Lakin bunun daha da təəccüblü cəhəti termitlərin kor olmalarıdır.

Kor termitlərin tikdiyi bu nəhəng yuvaları heç görməyən biri bunların qum təpələrinin üst-üstə yığılması ilə əmələ gəldiyini düşünər. Ancaq termit yuvası mükəmməl bir plan əsasında inşa edilir.

Belə ki, termit yuvasının içində tunellər, keçidlər, ventilyasiya sistemləri, xüsusi göbələk becərmə bağçaları və təhlükəsizlik çıxışları var.


Ardı →

Heyvanlar

      

Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Alimlərin son hesablamalarına görə Yer planetində yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvan növlərini əmələ gətirən fərdlər istər böyük-kiçikliyinə, istərsə də kütlə etibarı ilə çox müxtəlifdir. Məsələn, məməli heyvanlardan olan göy balinanın kütləsi 150 ton, kiçik qonurdişin kütləsi isə 3 qramdır. Həmçinin balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar, qurdlar, cücülər və digər heyvanlar arasında nəhənglər və cırtdanlar vardır.


Ardı →

Heyvanlar da yuxu görürlərmi?

catAparılan tədqiqatlar bəzi heyvanların yuxu gördüklərini təsdiqləyir. Məməli heyvanların böyük bir hissəsinin yuxu gördüyü çoxdan məlumdur. Əgər pişik, ya da it saxlayırsınızsa, yatarkən onların gözlərində, ağızlarında (hətta bığlarında) yuxu gördüklərinin əlamətlərini müşahidə edə bilərsiniz. Çox güman ki, onlar yaddaşlarında saxladıqları müxtəlif «vizual informasiyalardan» meydana gələn yuxular görürlər. Məməli heyvanlarla yanaşı, bəzi quş növləri də yuxu görürlər. Hətta məməlilər arasında yexidnadan başqa bütün heyvanların yuxu gördükləri müəyyən edilmişdir. Sürünənlərin yuxu görməməsi isə yuxunun sabit bədən temperaturu ilə (və ya başqa sözlə, istiqanlılıqla) bağlı olaraq inkişaf etdiyini göstərir.

 

Ailəm jurnalı


Davamı →

Heyvanlarla bağlı maraqlı faktlar

— Yalnız erkək bülbüllər cəh-cəh vurur. Onlar bununla dişi cütlüklərinə sadiqliklərini nümayiş etdirirlər.
— Ən nəhəng it senbernar cinsindən olan itdir. 5 yaşında onun ağırlığı 140 kiloqrama çatır.

— Ən uzun soxulcan Atlantik Okeanın Avropa sahillərində yaşayan lineusdur. Onun uzunluğu 15 metrə çatır.
— Vəhşi heyvanlarla ət yeməyənləri fərqləndirmək çox asandır: vəhşilərin gözləri ovunu görməsi üçün kəllə sümüyünün önündə, «vegetarianlar»ınkı isə düşmənlərini görmələri üçün kəllənin kənarlarında yerləşir.

— Əqrəblər təxminən 2 il, gənələr isə 10 ilədək ac qala bilir.

— İlanlar heç nə yemədən 3 il yuxulaya bilir.

  — Fil 4 dizi olan yeganə heyvandır.

— Dişi itlər erkəklərlə müqayisədə daha çox qapır.

— Akulalarda xərçəng xəstəliyinə immunitet var.

— Akula ovuna hücum edən zaman gözlərini yumur ki, qorxmuş şikar onları yaralamasın.

— 12-ci mərtəbədən yıxılan pişiyin sağ qalmaq ehtimalı 7-ci mərtəbədən yıxılan pişiklə müqayisədə daha çoxdur.

— Kəpənəyin mədəsi yoxdur.

— Şimpanze güzgüyə baxmaqla özünü tanıya bilən yeganə heyvandır.

— Mavi balinanın dili 4 ton ağırlığındadır.

— Pələnglərin yalnız tükü yox, dərisi də zolaqlıdır.

— Zürafənin dilinin uzunluğu 45 santimetrə çatır.

— Balinanın ürəyi dəqiqədə cəmi 9 dəfə döyünür.

— Delfinlər bir gözü açıq yatır.

— Erkək meymunlar dəqiqliklə kişilər kimi keçəlləşir.

Mənbə: HƏFTƏ İÇİ qəzeti
Davamı →

Zürafə | Ən uzun boyunlu heyvan

Bəlkədə onları dünyanın en qəribə heyvanı saymaq olar. Zürafələr haqqında çoxlu məlumatlar olsada onlar haqqında tam dəqiq məlumat almaq çətindir. Onlar haqqında ən çox bilinən xüsusiyyətlər verilşişdir. Qeyd etmək yerinə düşər ki, zürafələrin olduqca heyrətamiz xüsusiyyətləri var. Bunlardan biri o qədər uzun olan boyunlarının digər bütün məməlilər kimi sadəcə 7 fəqərə vasitəsilə daşına bilməsidir. Heyrətamiz digər bir xüsusiyyətləri də vücudlarının uzun boyunlarının üzərində olan beyinlərinə qan çatdırmada çətinlik çəkməmələridir. Bir az düşünüldüyü zaman o qədər uzağa qanın verilməsinin nə dərəcədə çətin olduğunu görə bilərik. Ancaq zürafələr bu mövzuda çox çətinlik çəkmirlər, çünki ürəkləri qanı lazım olduğu qədər uzağa apara bilən xüsusiyyətlərə sahibdir. Bu da onların rahat yaşayışlarını davam etdirə bilmələrinə imkan yaradır.
Ardı →

Zoologiya

Zoologiya heyvanat aləmini öyrənən elmdir. Zoologiya yunan sözü olub, zoon — heyvan, loqos — elm deməkdir. Geniş mənada isə zoologiya heyvanat aləminin müxtəlifliyini, heyvanların quruluşunu və həyat proseslərini, onların inkişafını, həyat tərzini, yayılmasını, xarici mühitin müxtəlif amillərdən asılılığını, heyvanat aləminin tarixi inkişaf qanunauyğunluqlarını öyrənən elmdir.
Heyvanat aləmi təbiətin maraqlı, insanları özünə aludə edən cazibədar bir hissəsidir. İnsanlar onlardan maddi nemətlər istehsal etməklə yanaşı, həm də onlardan mənəvi zövq alırlar. Məhz buna görədir ki, insanlar yarandıqları ilk dövrlərdən heyvanlarla maraqlanmış və onlara sıx bağlanmışlar.


Ardı →

Heyvanlar aləmi

Yer üzərində 2 milyondan çox heyvan növü mövcuddur. Onları tanımaq və öyrənmək üçün 2 böyük qrupa — İbtidailər və Ali heyvanlar qruplarına bölmüşlər. Bu şöbələr isə tiplərə ayrılır. Hazırda onurğasız heyvanların 23, onurğalıların isə bir tipi mövcuddur.
Heyvanlar Yer kürəsinin hər yerində — quruda, torpaqda, şirin sularda, dənizlərdə yayılmışlar. Onlara dəniz səviyyəsindən 8000 metr hündürlükdə və Dünya okeanının 11000 metrə çatan dərinliklərində rast gəlinir. Bir çox heyvanlar gizli həyat keçirdiklərindən onları insanlar görə bilmir. Bəzi heyvanlar çox kiçik olduğundan görünmürlər. Bir çox heyvanlara isə tez-tez rast gəlinir.
Heyvanların da bitkilər kimi, təbiətdə, insan həyatında böyük əhəmiyyəti vardır. Onların bəziləri bitkilərin tozlanmasında, toxumların yayılmasında, torpağın münbitləşməsində, gübrələnməsində iştirak edirlər. Bitkilərlə heyvanlar təbiətdə qarşılıqlı əlaqədə yaşayırlar.


Ardı →