Hialuron turşusunun dəriyə təsiri

Məlumdur ki, hialuron turşusu dərinin əsas tərkib hissələrindən biri olub dəriyə həcm verir və onun hidratasiyasını (mayeni ozündə saxlama qabilliyətini) təmin edir. O, orqanizmdə hialuronidaza fermentinin və sərbəst radikalların təsiri altında metobolizmə uğrayanda karbon qazı və suya parçalanır.

Hialuron turşusu öz ölçüsündən 700 dəfə çox su molekullarını tutub saxlamaq qabiliyətinə malikdir. Bu dəriyə həm nəmlilik, həm də həcm verir.

Hialuron turşusu biotexnoloji yolla streptokokların fermentasiyasından alınır. Bu yolla alınan hialuron turşusu özündə zülal saxlamadığı üçün orqanizmdə heç bir allergik reaksiyaya səbəb olmur və dərinin komponentlərinin kimyəvi tərkibinə tam uyğundur. 
Davamı →

Möcüzəvi turşu

Son zamanlar gialuron turşusu ilə gözəllik inyeksiyaları bütün dünyada ən populyar cavanlaşdırıcı prosedurlar sırasındadır. Yalnız ABŞ-da hər il 2 milyon insan gialuron turşusu ilə inyeksiyalara üz tutur.

Bu inyekisyalar dərinin vəziyyətini yaxşılaşdırır, dərini daha möhkəm, cavan və dartılmış edir. Həmçinin gialuron turşusu 90% kosmetik filerlərin tərkibinə daxildir. Filerlər sallanmış dərini «qaldırmaq» və itirilmiş həcmi doldurmaq üçün müxtəlif yerlərdə (üz, dodaqlar, boyun, çənə) istifadə olunur.

Niyə məhz gialuron turşusu?
Gialuron turşusu ilk dəfə öküzün gözündən alınıb. Bu tam təbii maddədir və insan bədəninin bir çox toxumalarına daxildir. Yəni bu maddə orqanizm tərəfindən "özününkü" kimi qəbul olunur və bu mənada heç bir problemlərə səbəb olmur.
Davamı →