Hicab

Hicab nəyə lazımdır?
Örtünmək (hicab geymək) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (s.a.v.) itaət deməkdir.
Uca Allah Özünə və Rəsuluna (s.a.v.) itaət etməyi hamıya buyurmuşdur: «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır» (əl-Əhzab, 36).

Davamı →

Yuxuda hicab gormek

Yuxuda hicab gormek babanızdan miras qalan torpaq sayəsində ev alacağınıza, bütün problemlərinizin bitəcəyinə, sizi hədəf və gözləntilərinizə aparacaq yolda geri addım atmayacağınıza, birdən-birə zənginlikdən yoxsulluğa düşəcəyiniz, məşğul həyatda özünüzə kiçik bir səfərə çıxmaq üçün vaxt yarada biləcəyinizi və bir məsələdə dəstək alacağınızı, yeni bir iş həyatına sahib olmaq yerinə bir ifadəyə çevrilir. .

Davamı →

Qurani-Kərimdə İlahi qeyrətin nümayişi

  • Quran
Müqəddəs Quranda buyurulur: "Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar (öz fəsadlarından) əl çəkməsələr, mütləq səni onların əleyhinə qaldırarıq (ki, onların sürgün olunması əmrini verəsən). Bu zaman onlar bu şəhərdə yalnız az bir müddəti çıxmaq şərtilə, səninlə qonşu ola bilməzlər. (Onlar Allah tərəfindən) lənətlənmiş (və camaat tərəfindən qovulmuş) olaraq, harada ələ keçsələr tutulmalı (yaxalanmalı) və pis bir şəkildə və hamılıqla öldürülməlidirlər. (Bu cür əzab) Allahın bundan öncə gəlib keçənlər (onlara bənzəyənlər) barədə olan (cari) sünnəsidir və Allahın sünnəsində əsla bir dəyişiklik tapmazsan". ("Əhzab" 60-62).

Davamı →

Quran həqiqi hicabın hansı şəkildə olmasını, onun hikmət və fəlsəfəsini necə bəyan edir?

Hicab İslamın vacib hökümlərindən, fərdi və içtimai baxımdan ən zəruri məsələlərindəndir. Örtük mənasını verən hıcab anlayışı geniş məfhuma malik bir məsələdir. Bu örtük həm əxlaq və mənəviyyat sahələrini, həm də bədənin zahirinin örütlməsi kimi sahələri əhatə edir.
Mənəviyyat hicabı insanın daxılı aləminin, iffət və hayasının formalaşması mənasındadır. Bədənin örtülməsi isə bir növ daxildə formalaşan bu hisslərin tələbidir.

Davamı →

''Hicab'' kəlməsinin mənası

Müasir dövrdə qаdın örpəyi kimi işlədilən “hicаb” kəlməsinin əsl mənаsı nədir? Hicаb kəlməsi həm örtmək (məsdər), həm də örtük və hicаb mənаsınа işlədilir ki, əksər hаllаrdа pərdə mənаsını dа ifаdə еdir.

Bu kəlmə оnа görə örtük məfhumunu çаtdırır ki, pərdə örtük vаsitəsidir. Lüğət bахımındаn hər örtük hicаb dеyildir o, örtüklər hicаb аdlаndırıla bilər ki, pərdə аrхаsındа qаlmаq mənаsını çаtdırsın. Ürək ilə qаrın bоşluğu аrаsındа оlаn pərdə də ərəb dilində “hicаb” аdlаndırılır.

Əmirəl-möminin əli (ə)-ın Mаlik əştərə yаzdığı göstərişdə buyurulur: “Fəlа tutəvvilənnə еhticаbəkə ən rəiyyətikə” “Cаmааtın аrаsındа оl, оnlаrın gözlərindən uzаqdа оlmа; Hicаb səni cаmааtdаn аyırmаsın, əksinə özünü cаmааtın görüşləri və təmаsı üçün göstər ki, zəiflər və biçаrələr öz еhtiyаclаrını və şikаyətlərini sənə çаtdırа bilsinlər, sən də işlərin gеdişаtındаn хəbərdаr оlаsаn.”

İbni Хəldun öz müqəddiməsində “Fəslun fil-hicаbi kəyfə yəqəu fid-düvəli və ənnəhu yəzumu indəl-hərəmi” bаşlıqlı fəsildə bəyаn еdir ki, “hökumətlər təşkil оlunаn ilk zаmаnlаrdа hаkimlərlə cаmааt аrаsındа hеç bir fаsilə yох idi. Lаkin tədriclə оnlаrlа cаmааt аrаsındа pərdə əmələ gəlib qаlınlаşmаğа bаşlаdı, nəhаyət хоşаgəlməz nəticələr vеrdi.” İbni Хəldun hicаb kəlməsini örtük yох, yаlnız pərdə mənаsındа işlətmişdir.
Ardı →

Hicab ismətdir

Örtünmək (hicab geymək) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (s.a.v.) itaət deməkdir.
Uca Allah Özünə və Rəsuluna (s.a.v.) itaət etməyi hamıya buyurmuşdur: «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır» (əl-Əhzab, 36).

Uca və Qüdrətli Allah deyib: «Amma xeyr! (Ya Məhəmməd!) Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsüf) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar» (ən-Nisa, 65).
Ardı →

Hicab taxmaq günahdır?

Bu gün əziz oxucularımla cəmiyyətdə mövcud olan və çoxlarının diqqətindən kənarda qalan bir problemi bölüşmək istəyirəm. Söhbət Hicabdan gedir. Azad demokratik öklədə yaşamağımıza baxmayaraq, bugün hicablılara qarşı münasibət fərqlidi. Mən buna ayrıseçkilik də deyərdim. Bu ayrıseçkiliyi həm cəmiyyətin hicablılar haqqında düşüncə tərzi, həm də onlara qarşı münasibətində müşahidə etmək olar.
Ardı →

Hicab "ALLAH"ın əmridir

Bismillahir Rəhmanir Rəhim

Qiyamətin qopacağı gün məhz o gün hamı bir-birlərindən ayrılacaq (cinlər adamlardan, insanlar şeytanlardan, möminlər kafirlərdən və yaxşı iş görənlər pis iş görənlərdən). (Rum surəsi, 14 ayə.)
İmam Əli (ə) buyurmuşdur: «Bir kor kişi xanım Fatimeyi-Zəhranın evinin qapısının arxasına gəlib evə girmək üçün icazə istədi, Xanım Zəhra özünü örtdü. Bu zaman Peyğəmbər (s.ə.s) buyurdu: Nə üçün özünü örtürsən, halbuki, o kordur və səni görmür? Xanım Fatimə (s.ə) dedi: Düzdür ki, o, məni görmür, lakin mən onu görürəm və o, qoxulu şeyləri iyləyə bilir. Allahın Rəsulu xanım Fatimə (s.ə.) sözündən çox sevindi və buyurdu: Şəhadət verirəm ki, sən mənim canımın bir parçasısan.»

Ardı →