Bədənimiz niyə oksidləşmir

Canlılara enerji təmin edən ən fundamental reaksiya karbon və hidrogen birləşmələrinin oksidləşməsi, yəni yanmasıdır. Ancaq bu məqamda maraqlı bir sual yarana bilər: bizim bədənimiz, əsasən, karbon və hidrogen birləşmələrindən meydana gəlir. Bəs necə olur ki, bədənimiz oksidləşmir? Ya da niyə bədənimiz bir anda kibrit dənəsi kimi alovlanıb yanmır?

Bədənimizin oksigenlə təmasda olduğu halda, yanmaması, həqiqətən, heyrətləndirici bir vəziyyətdir. 

19-cu əsrdən bəri maraq doğuran bu sualın cavabı son yarım əsrdəki yeniliklər nəticəsində aydın olmuşdur. Biokimyəvi müşahidələr insan bədənindəki bəzi xüsusi fermentlərin yalnız oksigenin atmosferdə tapılan forması olan O2 ilə reaksiyaya girdiyini ortaya qoymuşdur. Hüceyrələrimizdəki bu xüsusi fermentlər, çox kompleks proseslər nəticəsində bədənimizdəki dəmir və mis atomlarını katalizator (sürətləndirici) olaraq istifadə edir və beləcə, oksigeni reaktiv hala gətirirlər.


Ardı →

Hidrogen

  • Kimya

Bir Şeydən Hər Şey: Hidrogen

“Hidrogen”, eyni Ərəb dilindəki qarşılığı olan “muvellidul-ma” (su meydana gətirən) kimi Yunan dilində də “su əmələ gətirən” mənasını verir (“su” mənasına gələn “hydro”, “əmələ gətirən” mənasında “genes”). İlk dəfə 1776-cı ildə Henri Kavendiş tərəfindən izolyasiya edilən, 1784-cü ildə su buxarını qızdırılmış metal üzərindən keçirərək hidrogen və oksigenə ayıran Anton Laurent de Lavoiser tərəfindən adlandırılan hidrogen; Kainatda ən çox və ən yayğın olan elementdir. Digər bütün elementlər başlanğıcdakı hidrogenin üzərinə bina edilən digər elementlərdən yaradılmışdır. Bu günkü məlumatımıza görə hidrogen kainatdakı bütün atomların %90-dən çoxunu və ümumi kütlənin dörddə üçünü təşkil edir. Ulduzları əmələ gətirən əsas elementdir. Günəşdəki bitişmə prosesi ilə birləşərək helium atomlarının nüvələrini əmələ gətirən hidrogen atomları çox miqdarda enerji meydana gətirir.


Ardı →