Axmaq olmadığın müddətcə səmimi olmaq çox təhlükəlidir

Bitmiş sevgini dostluqla ləkələməzlər.İnsanların 2 faizi düşünür, 3 faizi düşündüyünü güman edir, 95 faizi isə düşünməkdənsə, ölməyi üstün tutur.

Ağıllı adam ağılından, daha ağıllı adam başqalarının da ağılından istifadə edər.

Düşünən qadın – haqqında düşünülməyən qadındır.

Bitmiş sevgini dostluqla ləkələməzlər.

Kimisə sevmək onu daim başqası ilə müqayisə etmək deməkdir.

Alkoqol – həyat adlı əməliyyatda istifadə edilən anesteziyadır (narkoz).

Səhvlərlə dolu həyat, heç nə etmədən keçən həyatdan daha şərəflidir.

Adəmi həmişə qınayırdım ki, qadının sözünə uyub alma dərib...Amma indi düşünürəm ki, mən olsaydım, sahibi arxasını çevirəndə ağacdakı bütün almaları tezbazar udardım.

Oğru oğurluq edən deyil, həbs olunandır.

Azadlıq – məsuliyyətdir. Ona görə də, çox az adam buna can atır.


Ardı →

Nitşe yalan haqqında

Yalnız məntiqlə hərəkət etmək yalana gətirib cıxarır. Məntiq hələ hər şeyi həll etmir.Yalnız məntiqlə hərəkət etmək yalana gətirib çıxarır. Məntiq hələ hər şeyi həll etmir.

Bu yalançı dünyada həqiqət pafosu haradan gəlir? Əxlaqdan… Yunanların fəlsəfə ilə baş qatmaqları çox qəribədir. Gözəl yalan məşğuliyyəti. Lakin ondan da qəribə olan insanların həqiqət pafosunun dalınca düşməsidir. Platon dialektikanın hər şeyə hakim olduğu yeni bir dövlət arzulayır. O, gözəl yalanlar mədəniyyətini rədd edir.

«Yalançı qeyri-həqiqini həqiqi kimi göstərməyə çalışır, bu o deməkdir ki, o, insanlar arasındakı mövcud konvensiyanı pozur”.

Özünü müdafiədə, məcburi yalanda nəsə gizli bir həzz, fərəh doğuran mistik bir şey var: o, fərdi xilas etməyə yönəlir… Bütün yalanlar ehtiyacdan doğur. Yalan oyunu xüsusi qabiliyyət tələb edir. Əslində yalnız həqiqət ehtirası gerçək həzz doğura bilər. Ən böyük ehtiras sənət ehtirasıdır ki, həqiqəti bütünlüklə yalan qiyafəsində təqdim edir. Şəxsiyyət məfhumu, hətta mənəvi azadlıq üçün zəruri olan illuziyalar da belədir, bizim bütün həqiqət ehtiraslarımız da yalan üzərində qərar tutur. 

İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür.


Ardı →

Danışır Konfutsi

Oxudum, unutdum, gordum, xatırladım, etdim, oyrəndim.Dərin olan quyu deyil, qısa olan ipdir.

Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.

Ehtiyatlı adamlar az hallarda səhv edir.

Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər.

Əgər qüsurların varsa, onlardan xilas olmağa çalışmalısan və bundan qorxmamalısan.

Ətraflı çalış, doğru şəkildə, diqqətli düşün, düşündüklərini nəzərdən keçir, ciddi və səmimi şəkildə tətbiq et.

Heç kim uğur nərdivanını əlləri cibində çıxmayıb.

Hər şey bir gözəlliyə malikdir, lakin bunu hər kəs görməz.

İnsanlar məni tanımır deyə üzülməyəcəyəm; insanları tanımıram deyə üzüləcəyəm.


Ardı →

Qəza etməmiş qəza etsən

Sərnişinlərdən biri sürücünün yanına gedir və deyir:

-Namaz vaxtı keçmədən biraz dayanmağınızı xaiş edirəm.

Sürücü acıqla dillənir:

-Bu namazi da qəza et...Nə olacaq ki...

Oğlan sakit-sakit cavab verir:

Mən qəza etmədən birdən sən qəza etsən?...


Davamı →

Syan Tszıdan həyat fəlsəfəsi

Xeyirxahlıq mudafiəsizdir və ona gorə də o, bu gunə qədər movcuddur.İnsanların ən çox bilmək istədikləri şey, həyatdan əslində nə istəmələridir.

Hamı kim olmaq istəyirsənsə, heç kim ola bilməyəcəksən.

Əgər sən hamı kimi düşünürsənsə, sən artıq səhv edirsən. Çünki hamı fərqli cür düşünür.

Əgər sən hamının əvəzinə düşünürsənsə, sən yenə də səhv edirsən. Hərənin öz qayğıları var.

Özünəməxsus tərzdə və öz əvəzində düşün, amma yadda saxla ki, başqalarını düşünməməklə, sən ilk növbədə özünü düşünmürsən.

Əgər sən sual verirsənsə, demək artıq cavabın yarısı sənə məlumdur.
Ardı →

Qadın böyük qüvvədir

Məhəmməd Peyğəmbər (s.ə.s): «Dünyada məni 3 şey sevindirir: qadınlar, gözəl rayihə və gözlərimizi işıqlandıran namaz».

A.Avqustin: «Qadın elə bir mələkdir ki bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir».

Varren Beatti: «Qadınlar fil kimdirlər. Hamı baxmağı sevir, lakin heç kim evində bəsləmək istəmir».

Budda: «Qadın hər şeyi fitrədən bilir, kişi kitablardan öyrənir».

C.Elliot: «Dinc həyat sürən qadın ömrü boyu müharibə görməmiş ölkə kimidir».

Katerina Hepburn: «Sevgini adi qadınlar yaşayır, gözəl olanlar isə özlərini nümayiş etdirmək ücün sevgiyə vaxt tapa bilmirlər».

Viktor Huqo: «1 sevgilisi olan qadın mələkdir, 2 sevgilisi olan qadın canavardir, 3 sevgilisi olan qadın doğrudan da əsl qadındır»

XVI Ludovik: «Mənim üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır».
Ardı →

«Qabusnamə» kəlamları

QabusnaməHəya-abırla yaşayıb dolanmaq istəyirsənsə, başqalarını rüsvay etmə.

Aldanmaq istəmirsənsə, görülməmiş işi görülmüş hesab etmə.

Nadana hər şeyi qorumaq özünü nadanlıqdan qorumaqdan daha asandır.

Dostunun az olmasını istəmirsənsə, kin saxlayan olma!

Artıq dərəcədə kədərli olmaq istəmirsənsə, paxıl olma.

İncidilmək istəmirsənsə, özünə rəva bilmədiyini başqasına da rəva görmə.

İstəyirsən ki, sirrinin üstü açılmasın, başqalarının sirrini açma.

Zirək olmaq istəyirsənsə, öz üzünü başqalarının aynasında gör.
Ləyaqətsiz adamları diri hesab etmə.

Hər düşündüyünü etibarsız adama demə, lakin etibarlı adamdan da gizlətmə.

Nə qədər ki, gecə-gündüz gəlib gedir, illərin dəyişməsinə təəccüb etməyin.

İnsanlar bir dəfə peşman olduqları işlərdən nə üçün bir də peşman olsunlar?

Ən aldadılmış ona deyərlər ki, nağdı nisyəyə dəyişə.

Sənə pis deyəni onu sənə xəbər gətirəndən daha tez bağışla!
Ardı →

"Bismillah" ın siması

1. «Bismillah» ilahi rəng göstəricisi, tovhid cəhətinin nişanıdır. İmam Rza(ə) buyurmuşdur:
-«Bismillah» insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.

2. «Bismillah» tovhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. Allah adını başqa adlarla bir tutmaq isə şirk əlamətidir. Nə Allahın adı ilə yanaşı, nə də Onun adının yerinə başqa ad çəkməyək. Allahın təkcə zatı yox, adı da şəriksizdir.
Ardı →

EŞQ haqqında

Eşq hər şeyin səbəbi,başlanğıcı və sonudur ( Jan Batist Anri Lakorder:Fransız yazıçısı və ictimai-siyasi xadimi)
Şirin xəyallara uymaq,göz yaşları axıtmaq, ah çəkmək eşqin yol yoldaşıdır (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)
Eşqdə susmaq danışmaqdan faydalıdır (Yapon atalar sözü)
Ayrılıq əziyyətini görməyənin,eşq bəlasını çəkməyənin dərdi dərmansızdır (İmadəddin Nəsimi)
Ardı →

Həzrəti Muhəmməd ( s.ə.v. )

(Ey Rəsulum!) Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.  ( Qurani Kərim )

Həzrəti Muhəmmədi (s.ə.v.) ilk dəfə görən onu görən kimi heybətindən titrər, onunla bir yerdə olan isə ona aşiq olardı.  ( Hz.Əli )

Həzrəti Muhəmməd (s.ə.v.) bütün zamanların peyğəmbəri idi.  ( Jül Masserman: Amerika psixoloqu )

Həzrəti Muhəmmədin (s.ə.v.) insan olması ilə bütün insanlıq iftixar edir. Çünki o, oxuyub-yaza bilməsə də, on üç əsr əvvəl elə qanun və əsaslar gətirmişdir ki, biz avropalılar iki min il sonra da onun qiymətini və həqiqətini anlasaq, ən xoşbəxt nəsillər olarıq.  ( Şebol: Filosof  1924-cü ildə hüquq konqresindəki çıxışından.)
Ardı →