ən pak və ən çirkin üzvlər

Bir gün ağası Loğmana dedi: Mənim üçün bir qoyun kəs.

Loğman qoyunu kəsdi.

Ağa dedi: onun ən pak iki üzvünü mənim üçün gətir!

Loğman onun ürək və dilini ona apardı.

Ağa soruşdu: onda bu iki üzvdən pak bir üzv yox idi?

Loğman buyurdu ki yox!

Ağa sakit qaldı.Başqa vaxt ağa dedi: Mənim üçün bir qoyun kəs.

Loğman qoyunu kəsdi.

Ağa dedi: onun ən çirkin iki üzvünü çölə tulla.

Loğman onun ürək və dilini çölə atdı.

Ağası dedi: Sənə dedim ən pak yerini mənə gətir ürək və dilini gətirdin.Sonra dedim ən çirkin iki üzvünü tulla yenə ürək və dilini tulladın.

Loğman buyurdu: Əgər bu iki üzv sağlamdırsa heç bir üzv onlardan dadlı deyil. Əks təqdirdə, ən çirkin üzvlərdir.


Davamı →

Heç vaxt ruhdan düşmə...

Əlləri, ayaqları olmayan bir adam yerə yıxıldıqdan sonra ayağa qalxır. İkinci dəfə yerə yıxılır və yenə ayağa qalxır. Üçüncü dəfə yerə yıxılır və yenə ayağa qalxır. Və kənardan diqqətlə ona baxan adama belə deyir: «Hər bir adam həyatda az və ya çox belə ümidsiz vəziyyətə düşə bilər. Hətta yenidən ayağa qalxmaq üçün hər hansı bir vasitədən və ya imkandan məhrum da ola bilər. İndi sizdən soruşuram, mən 100 dəfə ayağa qalxsam və 100-ündə də yıxılsam, yenidən ayağa qalxmaq üçün ümidimi itirməliyəmmi? Yəni, mən artıq 101-inci dəfə sınaqdan çıxarmaq barədə düşünməməliyəmmi? Nə yazıq ki, mənim elə bir haqqım yoxdur. Çünki yaşamaq istəyirsəmsə, necə olursa-olsun, ayağa qalxmalıyam. Elə indi ayağa qalxmağa çalışdığım kimi...» 

Ailəm jurnalı


Davamı →

Elm haqqında aforizmlər

(Ey  Rəsulum! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.  ( Qurani Kərim)
Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək.  (Hz.Muhəmməd s.ə.v.)
Ardı →