Dalay Lamadan buddist tövsiyyələr

Çox sayda insan heç bir dinə qulluq eləmir. Bu onların haqqıdır, kiminsə bu haqqı onların əlindən almağa ixtiyarı yoxdur. Əsas olan onların həyatının bir mənasının olmasıdır, başqa cür desək, xoşbəxt olmalarıdır. Amma söhbət başqalarına zərər vermədən xoşbəxt olmaqdan gedir. Çünki əgər bizim xoşbəxtliyimiz başqalarının əzab çəkməsindən keçirsə, əvvəl-axır biz də əzab çəkəcəyik.

İnsan ən çoxu 100 il ətrafında yaşayır. Geoloji dövrlərlə müqayisədə bu, çox cüzi müddətdir. Bu qısa dövrü ziyankarca xərcləsək, həyatımızı mənasız yerə sərf etmiş olarıq. Xoşbəxtlik hər kəsin haqqıdır və heç kim bunu başqalarının əlindən ala bilməz. Situasiya necə olursa olsun, insan xilqətinin başqasına əzab vermək kimi bir məqsədi olmamalıdır. Elmin və maddiyatın zirvələrinə dırmansaq belə, əgər yetərincə qayğı və mərhəmət göstərə bilmiriksə, deməli, həyatımız insana layiq həyat deyil. Başqalarına mümkün olan ən az zərəri verərək xoşbəxt yaşamaq – bütün insanların haqqı olan və həqiqətən də dəyərli olan bir həyatdır.
Davamı →

Syan Tszıdan həyat fəlsəfəsi

Xeyirxahlıq mudafiəsizdir və ona gorə də o, bu gunə qədər movcuddur.İnsanların ən çox bilmək istədikləri şey, həyatdan əslində nə istəmələridir.

Hamı kim olmaq istəyirsənsə, heç kim ola bilməyəcəksən.

Əgər sən hamı kimi düşünürsənsə, sən artıq səhv edirsən. Çünki hamı fərqli cür düşünür.

Əgər sən hamının əvəzinə düşünürsənsə, sən yenə də səhv edirsən. Hərənin öz qayğıları var.

Özünəməxsus tərzdə və öz əvəzində düşün, amma yadda saxla ki, başqalarını düşünməməklə, sən ilk növbədə özünü düşünmürsən.

Əgər sən sual verirsənsə, demək artıq cavabın yarısı sənə məlumdur.
Ardı →

Cemal Süreyanın söz xəzinəsindən

Cemal Sureya — Həyatda göz yaşlarıma layiq insan görmədim. Ya mənim göz yaşlarım dəyərsizdi, ya da uğrunda göz yaşı tökə biləcəyim insanlar mənasızdı.

— Uşaq vaxtı anama qəbirstanlıqdan qorxuram deyəndə, “ölüdən deyil, diridən qorx”- demişdi. Zamanla anladım ki, anam yenə haqlı imış.

— Bir kağıza “sənsizlik” yazdım və bu sözü yenə də çox bəyənirəm… Çünki “sənsizlik” sözü belə “sən”lə başlayır.

— Əvvəl sevgiliniz tərk edər sizi, sonra yuxunuz. Sonra nə sevdiyiniz geri gələr, nə də yuxunuz.

— Anasından şillə yediyi halda yenə “Ana”-deyə ağlayan bir uşaqdır EŞQ.

— İnsan okeanda ölməz, gedib bir qaşıq sevdada boğular.
Ardı →

Marqaret Tetçer aforizmləri

Margaret ThatcherDeməzdim ki, bəxtim gətirdi. Bütün həyatımı atama borcluyam. Maraqlıdır ki, balaca şəhərin kübar bir ailəsində öyrəndiklərim mənə seçkilərdə qələbə gətirdi.

İngiltərənin ehtiyacı – dəmir ledidir.

Məni tənqid edən insanlar mənim Temzanın dalğalarında necə addımlamağımı görsələr, deyərdilər ki, o, üzə bilmədiyi üçün belə edir. 

Bu günün İngiltərəsində “Marks və Spenser” (məşhur geyim istehsalçısı – G.Ə) Marks və Engelsə qalib gəlib.

Kiminsə haqqında fikir bildirmək üçün mənə on dəqiqə lazımdır. Ən qəribəsi odur ki, fikrim sonralar da sabit qalır.

Məncə, konsensus – öz prinsip, dəyər və strategiyandan imtina prossesidir. Heç kimin inanmadığı və heç kimin mübarizə aparmadığı bir şeydir.

Əlbəttə, bayağılıq var. Onlar həqiqəti əks etdirmək üçün mövcuddurlar. Qalibiyyət ehtirası hamımızın içində var. Qalibiyyət – məşqə, qalibiyyət üsulu isə ləyaqətə bağlıdır.

Əgər mən tək 48 nəfərə qarşı gedəcəmsə, həmin 48 nəfərə yazığım gəlir.
Ardı →

Çarlz Bukovskidən hikmətli sözlər

Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində «tox qarınla» yazırdı.

Arxandan vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışana da incinmə, onu insan yerinə qoyan yenə sənsən.

Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Ortada bir yerdəsənsə; Məndən uzaq ol.

Ardı →