Qeyri adi hind filmləri-Video

Yəqin ki, hər biriniz ömürünüzdə bir dəfə də olsun Hind filmi izləmisiniz.Ən maraqlı hind filmlərini toplayıq məqalə halında birləşdirib Sizlərə gülüş,heyrət bir az da fantastika «Hədiyə» etmək istədim.Hind filmlərı haqqında fikirlərinizi Şərhlərdə oxuyacağam.
Beləliklə filmləri təqdim edirəm.
       
Ardı →

Hind kinosu

  • Kino

Hər bir hindli üçün kinematoqraf ilk məhəbbət kimidir. Onu heç nə məhv edə bilməz. Hindistanda ən ucuz əyləncələrdən biri, qaranlıq zalda ekran qarşısında oturmaq və bütünlüklə kino adlı nağılın sehrinə qapılmaqdır. İldən-ilə hind filmlərinin estetikası dəyişir, lakin ümumi sxem olduğu kimi qalır. Mövzu olaraq bu filmlərdə mahnılar, rəqslər, musiqi və göz yaşlarını öz-özünə axmağa məcbur edən melodramatik süjet həmişə var. Hind kinosunun mövcud olduğu 100 il ərzində onun pərəstişkarlarının axıtdığı acı göz yaşlarının miqdarını heç kim bilmir. Lakin hind filmlərinə və axıdılan göz yaşlarını bir yerə toplasaq, ikinci Hind okeanının yaranmasına bəs edirdi
Hind kinematoqrafiyasının yaranma tarixi 1900-cü ildə Kəlküttə və Bombey şəhərlərində canlanmış fotoşəkillərə bənzəyən ilk süjetlərin çəkildiyi vaxtdan hesablanır. Həmin tarixdən iyirmi il sonra hind kinosu artıq cəmiyyətin sevimlisinə çevrildi. Ölkədə milli dildə filmlər çəkilməyə başladı, onlarla birlikdə ilk kino ulduzları, kadrarxası mahnıları oxuyan müğənnilər meydana gəldi. Bu müğənnilər Hindistanda kino ulduzlarından heç də az deyillər.


Ardı →